Qalibaf: İran ABŞ dan hər hansı məktub gözləmir
Icma.az, Apa.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
ABŞ Prezidenti Donald Trampın danışıqlarla bağlı bəyanatı yalnız aldadıcı bir cəhddir.
APA-nın “Mehr”-ə istinadən verdiyi xəbərə görə, bunu bu gün İran İslam Şurası Məclisinin sədri Məhəmməd Baqer Qalibaf parlamentdə çıxışında bildirib.
Məhəmməd Baqer Qalibaf ABŞ-ın İranı tərksilah etməyə çalışdığını qeyd edib, Tehrandan yeni güzəşt üçün təhdidlər altında aparılacaq danışıqların sanksiyaların ləğvinə gətirib çıxarmayacağını, yalnız İranın alçaldılmasına yönələcəyini vurğulayıb: “Ona görə də ABŞ-dan hər hansı məktub gözləmirik”.
Qeyd edək ki, Donald Tramp martın 6-da İranın Ali Rəhbəri Ayətullah Seyid Əli Xameneiyə məktub göndərdiyini və nüvə proqramı ilə bağlı İranla razılaşmaya üstünlük verdiyini açıqlayıb. Xamenei isə dünən bəyan edib ki, Tramp öz tələblərini irəli sürməyə çalışır, lakin İran bunu qəbul etməyəcək.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:132
Bu xəbər 09 Mart 2025 13:40 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















