Icma.az
close
up
RU
Qalmaqal səngimir: Nura Suri bu dəfə jurnalistə cavab verdi Nə deyirlərsə, onu yazır

Qalmaqal səngimir: Nura Suri bu dəfə jurnalistə cavab verdi Nə deyirlərsə, onu yazır

Icma.az, Gununsesi saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Jurnalist Kübra Məhərrəmova son günlər ətrafında qalmaqal səngiməyən Mədəniyyət Nazirliyini müdafiə edib.

“İndi Mədəniyyət Nazirliyi olmasın, siz olun. Belə sənətkarı qoyub dünən əlinə dəf alanı tədbirə aparasınız? Dəf almağı bir yana, danışığını və özünü idarə etməyi bacarmayan bir vaqon adamı niyə xarici səfərlərə aparsınlar?!”

Gununsesi.info  xəbər verir ki, müğənni Nura Suri isə jurnalistin bu fikirlərinə şəxsi sosial şəbəkə hesabında cavab verib.

O paylaşımında qeyd edib:

 “Deməli, bu Kubra vaxtilə də sifarişli yazı yazdığını özünə demişdim, nəticədə məni hər yerdən blok etdi. Guya əvvəl dost idik. Amma görünür, kim ona hansı göstərişi verirsə, elə onu da yazır. Yazdıqları isə absurd, arqumentsiz və məntiqsiz olur.

Bu ölkədə hər gün bir dövlət qurumu haqqında xəbərlər oxuyuruq, görürük. Son beş ildə Prezidentin qərarı ilə neçə-neçə məmurun vəzifədən azad olmasının, dövlət büdcəsini mənimsəməkdə ittiham olunmasının şahidi olmuşuq. Yəni bu adamların xalqa xidmət etmədikləri göz önündədir. İndi isə guya “ağıllı fikir” söyləyirmiş kimi çıxış edib müğənnilərə hücum çəkir ki, toylardan pul qazanırlar, deməli, xalqa xidmət etmirlər.

Müğənnilərin hansı əziyyətləri çəkdiyini nə bilir, nə də anlamağa çalışır. Bunun üçün insanda az da olsa işlək beyin olmalıdır. Bir mahnının ərsəyə gəlməsi üçün lazım olan xərci heç olmasa bir dəfə araşdırsın”.

O bildirib ki, müğənnilər məhz xalqa xidmət edir.

“Bütün dövlət tədbirlərində, xeyriyyə aksiyalarında, uşaq evlərində, şəhid və qazi ailələrindən tutmuş, onlarla sosial layihədə təmannasız yardım və ifa edən kimdir? – Müğənnilər.

Üstəlik vergi də ödəyirik. Mahnı, aranjiman, klip, studiya, konsert zalının kirayəsi – bütün xərcləri öz cibimizdən qarşılayırıq. Konsert verən müğənnilər dövlətə vergi ödəyir, yüzlərlə insan işlə təmin olunur, ailələrinə çörək aparır. Sonra da gəlib deyirlər ki, guya müğənni xalqa xidmət etmir. Bu, çox səthi və cahil bir yanaşmadır.

Ay “qazi hörməti bilən” Kubra Məhərrəmova… mənim anam qazidir. Valideynlərim hərbiçidirlər, qazidirlər. Onların övladına edilən haqsızlıqlara niyə susursan?

Sənə görə Mədəniyyət Nazirliyində Mənzər Nurəliyeva xalqa xidmət edir?

Bu nə cəfəngiyyatdır?

Bir də sənə bir şeyi xatırladım:

Xalqa xidmət təkcə xəstəxana və ya ordu ilə məhdud deyil.

Əgər sənin məntiqinlə getsək:

– həkim maaş alanda xidmət etmir?

– müəllim əmək haqqı alanda xidmət etmir?

– aktyor teatra bilet satanda xidmət etmir?

Bunlar da maaş alır, onlar da pul qazanır – bəs deməli, heç biri xalqa xidmət etmir?

Bundan əlavə, sənin yazında Qazi, TƏBİB, təcili yardım, sərhəd xidməti kimi mövzulara toxunmaq sadəcə manipulyativ ritorikadır. Bunların müğənnilərlə müqayisəsi absurddur. Heç bir məntiqi əlaqəsi olmayan emosional müqayisələrdir”.

Gununsesi.info 

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:73
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 19 Noyabr 2025 22:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda müqəddəs Ramazan ayı nə vaxt başlayır?

04 Yanvar 2026 10:12see347

“Hər bir Azərbaycan vətəndaşına ildə 5 kq palma yağı yedizdirilir...”

03 Yanvar 2026 12:48see248

Amerikanı kim kəşf edib? Əlbəttə ki, ermənilər!

04 Yanvar 2026 13:20see212

Cəlilabadda “KamAz”la “Hyundai” toqquşdu KONKRET

04 Yanvar 2026 22:07see190

Maduro əməliyyatının sirləri açılır: Xeyli kubalı ölüb

04 Yanvar 2026 15:52see188

Bakıya bu tarixdə qar yağacaq Dəqiq gün AÇIQLANDI

04 Yanvar 2026 06:07see163

Nofəl Şahlaroğlu: Pula görə etdiyimi görsən, ürəyin bulanar

03 Yanvar 2026 23:35see160

Görünməz təhlükə: Arktika buzundakı çatlar və duman iqlim bombası yaradır

04 Yanvar 2026 21:26see160

İlham Yadullayev: Çalışacağıq ki, komandaya yeni futbolçular dəvət edək

03 Yanvar 2026 13:04see159

Birbank ın bu xidməti niyə işləmir?

05 Yanvar 2026 08:08see153

Baktelekom abunəçilərinin NƏZƏRİNƏ: Tarif paketləri dəyişir

05 Yanvar 2026 04:33see149

Ukraynada kadr islahatlarının gerçək səbəbi: Zelenskinin yeni hərbi siyasi strategiyası

03 Yanvar 2026 22:08see145

ABB də xəbərdarlıqsız komissiya

05 Yanvar 2026 06:43see143

Qarabağ Antalyada Özbəkistan və Polşa klubları ilə qarşılaşacaq

03 Yanvar 2026 23:33see142

CAR da qorxunc qətl: Gənc oğlan ayin zamanı ata anasının gözü qarşısında güllələndi

04 Yanvar 2026 12:17see141

Bu gün Fövqəladə Hallar Nazirliyi işçilərinin peşə bayramıdır

04 Yanvar 2026 05:26see141

Zelenski Trampla görüşəcək

04 Yanvar 2026 00:10see140

“Temu” Azərbaycan bazarından “çıxarılır”?

03 Yanvar 2026 17:38see139

Maduro Nyu Yorka gətirilib Fotolar

04 Yanvar 2026 09:15see136

Ekspertlər ən etibarlı 10 krossoveri açıqladı SİYAHI

04 Yanvar 2026 00:03see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri