Icma.az
close
up
RU
Qalmaqallı muğam müsabiqəsi: "Qaliblər nə qohumum, nə tələbəm deyil" AÇIQLAMA

Qalmaqallı muğam müsabiqəsi: "Qaliblər nə qohumum, nə tələbəm deyil" AÇIQLAMA

Bakupost saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.


Xəbər verdiyimiz kimi, IX “Muğam” Televiziya Müsabiqəsinin nəticələri bəzi iştirakçılar tərəfindən narazılıqla qarşılanıb. Onlar çıxışların qeyri-obyektiv qiymətləndirildiyini, ədalətsizliklə üzləşdiklərini iddia ediblər.

Müsabiqənin münsiflərində biri, Xalq artisti Mənsum İbrahimov yarışma ətrafında gedən narazılıqlarla bağlı Bakupost.az -a danışıb. O, bütün bunların əvvəlki illərdən fərqli olaraq, builki müsabiqədə cəmi 3 mükafatçıya yer verilməsindən qaynaqlandığını deyib:

“Bu dəfə müsabiqədə 7 nəfər finala çıxdı. Onların hər biri çox istedadlıdır. Sadəcə, bu dəfə bizə 3 yer verdilər, ona görə də münsiflər üçün çox çətin oldu. Həftələr ərzində toplanan ballar da nəzərə alındı və 6 nəfər münsif arasında səsvermə oldu. Nəticədə səs çoxluğu ilə 3 nəfər seçildi. Seçilənlər arasında mənim nə tələbəm var, nə qohumum var. Əslində o seçilməyən, narazılıq edən Kənan 4 il mənim tələbəm olub. Təbii ki, istəyərdim ki, mənim tələbəm də orada yer tutsun. Aycan da mənim tələbəm Təyyar Bayramovun tələbəsidir. O da çox istedadlı ifaçıdır. Ümumiyyətlə, finala çıxanların hər biri çox istedadlı ifaçılardır.

İştirakçıların kənarda qalmaqla bağlı fikirləri ilə razıyam. Sadəcə, müsabiqənin gedişatında bildirildi ki, bu dəfə 3 yer ayrılıb. Biz 3 yeri 7 ifaçı arasında bölə bilməzdik”.

Mənsum İbrahimov Xalq artisti Səkinə İsmayılovanın münsiflərin qərarları ilə bağlı iradlarına da münasibət bildirib:

“Kaş ki, Səkinə xanım da orada olaydı. O, səhhəti ilə bağlı finalda iştirak edə bilmədi. Təbii ki, hər bir münsifin öz fikiri var. Orda Səkinə xanımdan başqa 6 nəfər səs verdi".

Qeyd edək ki, iştirakçı Kənan Novruzov mükafatlandırma mərasimində ona təqdim olunan diplomu qəbul etməyib. Daha sonra isə özünə qarşı haqsızlıq olunduğu ilə bağlı açıqlama verib. Digər narazı iştirakçı Aycan Şükürlü isə etirazını videomüraciət ilə bildirib və nəticələrə yenidən baxılmasını istəyib.

Aysel,

BakuPost


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:86
embedMənbə:https://www.bakupost.az
archiveBu xəbər 28 Avqust 2025 15:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qara Qarayeva və Rəşad Hüseynova vəzifə verildi

11 Yanvar 2026 21:02see180

“Sabah” və “Şamaxı” yoxlama oyununda üz üzə gələcək

11 Yanvar 2026 13:28see177

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see175

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see158

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see156

Həmişə özüm almışam, ərimin almasını gözləməyə səbrim çatmayıb

11 Yanvar 2026 00:31see153

Xoruldama infarkt və insult riskini artırır

11 Yanvar 2026 14:19see149

Karvan Yevlax heyətini gücləndirdi... Birinci divizion təmsilçisi ilə

10 Yanvar 2026 22:57see148

Nadir şahdan bu günə: İran Türkiyə Səudiyyə Ərəbistanı üçbucağı

12 Yanvar 2026 08:57see147

Ucuz ev almağın YOLLARI: Sosial mənzil mexanizmləri necə işləyir?

11 Yanvar 2026 17:29see146

Azərbaycan üzərindən Rusiya şəkəri Ermənistana göndəriləcək

10 Yanvar 2026 17:50see145

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see144

Rafael Məmmədova YÜKSƏK VƏZİFƏ VERİLDİ KONKRET

11 Yanvar 2026 23:00see139

“Liverpul”da ağır itki “Qarabağ”la oyunu buraxacaq

11 Yanvar 2026 17:11see138

Evini baha qiymətə satmaq üçün qonşunun itlərini daşlayırmış SUMQAYITDAKI GÖRÜNTÜLƏRLƏ BAĞLI ARAŞDIRMA

10 Yanvar 2026 18:30see137

Dünyanın ən yavaş reketi: 60 yaşı var, amma hələ də istifadə olunur

11 Yanvar 2026 20:28see136

Qəbələ Kəpəz i məğlub edib

10 Yanvar 2026 16:39see135

UFC nin sabiq çempionu Uitakkerlə mümkün döyüş barədə: “Bu, hamının yatdığı o qız kimidir”

11 Yanvar 2026 16:04see134

Qadın dünyaya sərxoş körpə gətirdi

12 Yanvar 2026 02:53see133

İranda etirazlar: Təcili yardım maşınları zədələndi

12 Yanvar 2026 01:28see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri