“Qalsın, yoxsa getsin? Demək çətindi” Aslan Kərimov Ştoqrin haqda
Icma.az, Footbal-plus portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
“Neftçi”nin son iki oyununda müdafiənin sol cinahında Andrey Ştoqrin oynayır. Yayda “getməli olan” futbolçular siyahısında göstərilən ukraynalı bu iki oyunda heç də pis təsir bağışlamadı. Komanda heç bir oyunda qələbə qazanmasa da, Ştoqrinin oyunu ilə fərq yarada bildi. Sumqayıt səfərində isə komandasını məğlubiyyətdən xilas etdi - bir qol, bir məhsuldar ötürmə.
Ştoqrinin gələcəyi ilə bağlı Aslan Kərimovun fikrini öyrəndik:
“Futbolçuya bir-iki oyuna görə qiymət vermək düzgün olmaz. “Neftçi”nin legionerləri özlərini yaxşı tərəfdən göstərə bilməyiblər. Komandada kimin qalıb-qalmayacağına baş məşqçi qərar verəcək. Hesab edirəm ki, texniki heyət bunu daha yaxşı təhlil edəcək. Futbolçunun məşqə münasibəti, uzunmüddətli performansı əsas götürülür. Geridəki oyunlara baxsaq, Ştoqrinin yetərincə səhvi də olub. Məşq prosesini görmürəm deyə, indiki vəziyyətdə qalsın, yoxsa getsin demək çətindi”
Azər Məmmədov da Aslan Kərimovla eyni fikirdədi:
“Ştoqrin və ya başqa biri. Legioner dediyimiz futbolçu hər dəfə sabit oyun göstərməlidi. Bir-iki oyunda yaxşı oynaması komandada qalması anlamına gəlmir”.
MÜZƏFFƏR QULUZADƏ
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:78
Bu xəbər 01 May 2025 16:07 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















