Icma.az
close
up
RU
Qaluzinin “sülh göyərçinliyi” və təyyarəmizi vuran “quşlar”

Qaluzinin “sülh göyərçinliyi” və təyyarəmizi vuran “quşlar”

Xalq qazeti-dan alınan məlumata görə, Icma.az bildirir Qaluzinin “sülh göyərçinliyi” və təyyarəmizi vuran “quşlar”.

Rusiyanın Cənubi Qafqazdakı normallaşma dramatizmi

Rusiyanın xarici işlər nazirinin müavini Mixail Qaluzin “İzvestiya”ya müsahibəsində Azərbaycan və Ermənistan arasındakı normallaşma prosesinə toxunub. Əlbəttə, cənab Qaluzini başa düşmək olar. Çünki o, Rusiyanın rəsmi nümayəndəsi kimi prosesdə Qərbin hansısa üstünlük qazanma perspektivinə qarşı çıxır və bunu təbii qarşılamaq lazımdır.

Ancaq bir məqam da var ki, hazırda, belə demək mümkünsə, “səssizliyə” qərq olmuş normallaşmada Qərbin hansısa üstün xəttindən əsər-əlamət yoxdur. Elə Rusiya da mövcud istiqamətdə passivdir. Qaluzinin səsləndirdikləri isə müəyyən mənada Moskvanın təşəbbüsü ələ keçirmək istəyi kimi görünməkdədir. Hərçənd, indiki məqamda bu cəhdin uğurlu alınacağına dair şübhələr həmişəkindən daha çoxdur.

Bəli, məlum təyyarə olayından, yəni AZAL-a məxsus hava gəmisinin Qroznı səmasında vurulmasından sonra Azərbaycan – Rusiya münasibətlərində nəzərəçarpacaq gərginlik yaşanır. Qaluzin isə belə bir durumda Bakı – İrəvan sülhündən, daha doğrusu, prosesdə Kremlin mövqeyindən söz açır. Yəqin, razılaşarsınız ki, onun dedikləri heç yerinə düşmür.

Əslində, Azərbaycan – Ermənistan münasibətlərinin tənzimlənməsində Rusiyanın mövqeyi ifadə baxımından böyük səslənir. Çünki məsələ çox kiçikdir. Əvvəla, Rusiyanın iki Cənubi Qafqaz ölkəsinin sülhə gəlməsində prioriteti yoxdur. Heç vaxt olmayıb da. Moskva, sadəcə, özünə lazım olanda, vaxtaşırı bəzi reallıqları qəbul etmək məcburiyyətində qalıb.

M.Qaluzin bildirib ki, ölkəsi Azərbaycan və Ermənistan arasında münasibətləri uzunmüddətli, dayanılqlı nizamlayacaq və gələcək nəsillər üçün “minaya” çevrilməyəcək sülh müqaviləsinin imzalanmasının tərəfdarıdır: “Təbii ki, biz hər zaman irəliyə doğru hərəkəti asanlaşdırmağa hazırıq və Qərbin təkid etdiyi kimi, Ermənistanı və Azərbaycanı mümkün qədər tez hansısa Qərb platformasında sülh müqaviləsi bağlamağa sövq etmək istəyən tələsik sənədlərin əleyhinəyik. Bu cür tələsik, düşünülməmiş və tam təsdiqlənməmiş qərarlar uzunmüddətli davamlı sülhə gətirib çıxarmaya, əksinə, gələcək üçün müəyyən qarşıdurma toxumları səpə bilər. Bunu, təbii ki, Ermənistan və Azərbaycan, Cənubi Qafqaz və Rusiya üçün son dərəcə arzuolunmaz hesab edirik”.

Əlbəttə, bölgədə dayanıqlı barış mühitinin mövcudluğu şərtdir. Digər tərəfdən, “Region region ölkələri üçündür!” şüarı ilə hərəkət edən ölkəmiz Rusiyanın Cənubi Qafqaza tarixi bağlılıq tellərini inkar etməyib və hər zaman bu düşüncədə olub ki, Kremlin maraq və mənafeləri ilə hesablaşılması vacibdir. Eləcə də regiona bağlılığı olan Türkiyənin və İranın da maraqları önəmlidir. Moskvanın, Ankaranın və Tehranın istəklərinin Cənubi Qafqaz ölkələrinin mənafeləri ilə uzlaşdırılması isə ən başlıca prioritetdir. Buna görə rəsmi Bakı “3+3” regional məşvərət formatını irəli sürüb. Bu format bərabərtərəfli və bərabərhüquqlu münasibətlər trayektoriyasını rəhbər tutur, hansısa ölkənin özünü əlahiddə göstərməsini yox. Rusiya belə bir formula hazırdırmı? AZAL-ın təyyarəsinin vurulması olayı göstərdi ki, Kremlin düşüncə tərzi, yumşaq desək, arxaikdir. Yəni, imperialist yanaşmaya əsaslanır.

Azərbaycan və Ermənistan arasında hazırda səngimiş təsir bağışlayan normallaşmaya gəlincə, prosesdə Qərbin hansısa diktəsi yoxdur. Bakının iki şərti (Ermənistan konstitusiyasının dəyişdirilməsi və ATƏT-in Minsk qrupunun ləğvi ilə bağlı müştərək müraciətin ünvanlanması – red.) var ki, İrəvanın onları yerinə yetirmək üçün heç bir addım atmaq istəmədiyi də ortadadır. Mövcud durumda, görəsən, Qaluzin nədən danışır? Onun bildirdiklərindən belə nəticə hasil olur ki, guya, hazırda Bakı və İrəvan Qərbin təkidi ilə sülh müqaviləsi bağlamağa hazırlaşırlar. Halbuki, belə bir durum yoxdur.

Ümumiyyətlə, Cənubi Qafqazda sülhün Qərb platforması deyilən məsələ aktuallığını itirib. Azərbaycan və Ermənistan ikitərəfli danışıqlar müstəvisini əsas götürürlər. Bu, ölkəmizin tələbidir. Tələb həm də ona görə irəli sürülüb ki, Qərb normallaşma prosesinə anti-Rusiya ovqatı gətirmək istəyib. Ermənistan həmin istəyi təmin etməyə cəhd göstərən tərəfdir. Azərbaycan isə məsələnin belə qoyuluşuna qarşıdır. Yəni, ikitərəfli danışıqlarda nə anti-Rusiya təmayülü var, nə də Qərbə demarş xətti. Tərəflər özləri hər şeyi müəyyənləşdirirlər. Rəsmi İrəvan prosesə fərqli ovqat, avantürist meyil gətirmək istəyir ki, bu, başqa söhbətin mövzusudur. Ancaq bu da bir reallıqdır ki, həmin mövzu gündəmdə olduğundan, sülh müqaviləsi imzalanmır.

Bəli, Qaluzinin timsalında Rusiya yaxın vaxtlarda Azərbaycan və Ermənistan arasında barış sazişinin imzalanacağından əsla narahat olmamalıdır. Çünki belə bir durum labüd görünmür. Digər tərəfdən, Rusiya heç vaxt Bakı – İrəvan münasibətlərinin tənzimlənməsi baxımından tutarlı variant və ya formul təklif etməyib. Məsələyə haqq və ədalət prizmasından yanaşsaq, Azərbaycanın ərazi bütövlüyü və suverenliyi məhz Qərb platformasında aparılan danışıqlar nəticəsində tanınmışdı. Söhbət Ermənistanın baş naziri Nikol Paşinyanın Qarabağ da daxil olmaqla ölkəmizin ərazi bütövlüyünün tanınmasına dair bəyanatlarından gedir. O bəyanatlar ki, Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin vasitəçiliyi ilə reallaşdırılmış Brüssel prosesinin nəticəsi idi.

Ancaq indi Rusiya tərəfi, o cümlədən Prezident Vladimir Putin bildirir ki, Paşinyan gərək belə bir addımı atmayaydı. Atıbsa, deməli, Ermənistanın Qarabağ istəyi heçə çıxıb. Görəsən niyə? Ümumən, Qarabağ iddiası nə üçün, hansı səbəbə olmalı idi? Ona görə ki, bundan həm də rus imperializmi bölgəni nəzarətdə saxlamaq üçün istifadə etsin? Hələ tipik erməni xəstəliyini bir kənara qoyuruq. Hərçənd, o xəstəliyi virus şəklində erməni qövmünün canına Qərbin, eyni zamanda, Rusiyanın müştərək şəkildə yeritdiyini yaddan çıxarmamalıyıq. Hələ Moskvanın mövcud istiqamətdə daha “fəal” olduğunu diqqətə almaq da şərtdir. Ermənistana bir milyardlıq silah verənin də, torpaqlarımızın işğal olunması üçün ölkəyə kömək üçün canlı qüvvə göndərənin də, xüsusi amansızlıqla Xocalı faciəsini törədib azərbaycanlıların müqavimətini qırmaqda, onları ruhdan salmaqda erməni cəlladlarına yardım göstərənin də Rusiya olduğunu unutmamışıq.

Rusiya artıq canını tapşırmış ATƏT-in Minsk qrupunun üzvü kimi uzun illər Fransa və ABŞ-la birgə Qarabağ münaqişəsinin dondurulmuş halda saxlanılmasına çalışıb. Elə bir halda ki, bu, Ermənistana sərfəli idi. Yəni, münaqişənin dondurulması, faktiki olaraq, işğalı leqallaşdırırdı və Azərbaycana durumla barışmağı təlqin edirdi. Qaluzin isə uzunmüddətli sülhdən danışır. Rusiya Azərbaycana uzunmüddətli işğal gətirən ölkədir və bu imicdən qurtulmaq üçün real addım atmayıb. Bəlkə 44 günlük müharibə zamanı İrəvana uzaqmənzilli raketləri verən Rusiya deyildi? Moskva ermənilərə Mingəçeviri, Bakını, Gəncəni, Bərdəni hədəf alan silahlara ona görə peşkəş etmişdi ki, Azərbaycan Haqq davasını, Zəfər yürüşünü dayandırsın. Bunların hamısını gözəl bilirik.

44 günlük müharibədən sonra Rusiya 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatın imzalanmasına nail olmaqdan başqa heç nə etmədi. Daha doğrusu, Moskva Ermənistanı tamamilə məhvdən xilas etdi. Qarabağa rus sülhməramlılarının yeridilməsi fonunda yaşananlar Moskvanın erməni avantürasının davamında maraqlı olduğunu göstərdi. Kreml çox çalışdı ki, “Qarabağ kartı”nı diri saxlamaqla, rəsmi İrəvanı Qərbyönümlü xəttindən ayırsın. Həmin dönəmdə Rusiya bölgənin əlahiddə statusda təqdim olunmasına da cəhd göstərdi ki, Ermənistan rəhbərliyi kursunu dəyişsin. Təxminən, “biz tərəfə keçin, sizin üçün hər şeyi edək” mesajını verdi.

İndi Qaluzin uzunmüddətli, dayanıqlı sülhdən dəm vurursa və bunun Qərb platformasında ərsəyə gəlməsini şübhələndirirsə, xatırladaq ki, barış sazişinin imzalanmasını, Qarabağa status məsələnin müzakirəsinin isə sonraya saxlanılmasını birinci təklif edən məhz Rusiya olmuşdu. Yəni, ölkə durumu natamamlığa daşımaq istəmişdi. Rus sülhməramlılarının komandanlığının Qarabağdakı separatçı rejimin hazırda Bakı həbsxanalarında yatan liderləri ilə daim bir arada olduğunu, rus əsgərlərinin bölgə ermənilərini şirnikləndirmək üçün “sülh göyərçini”nə çevrilib onlara pampers, salfetka daşıdıqlarını da yaddan çıxarmamalıyıq. Hələ separatçı rejimin qorunması üçün rus sülhməramlılarının müşayiəti ilə Qarabağa silah-sursat daşınması halları da faktdır. Bu idimi Rusiyanın dayanıqlı sülh təşəbbüsü?

Bir məqamı da vurğulayaq ki, Rusiya hazırda üzləşdiyi beynəlxalq sanksiyalar şəraitində regional kommunikasiyaların açılmasında maraqlı tərəfdir. Haqqında söz açdığımız üçtərəfli bəyanatda da bununla bağlı konkret müddəa var. Söhbət sənədin 9-cu bəndindən gedir. O bənddən ki, orada Azərbaycanın digər ərazilərinin Naxçıvanla maneəsiz yolunun olmasından söz açılır. Yolda Rusiya tərəfi təhlükəsizliyi təmin etməli idi. Ancaq Ermənistan bununla razılaşmadı. Qaluzinin barəsində söz açdığı növbəti məsələ də İrəvanın barışmazlıq xətti ilə bağlıdır. O, Rusiya, Azərbaycan və Ermənistan baş nazirləri müavinlərinin rəhbərlik etdikləri üçtərəfli qrupun nəqliyyat kommunikasiyalarının yaradılması və iqtisadi əlaqələrin bərpası üzrə işinin yarımçıq qaldığını diqqətə çatdırıb: “Təbii ki, biz tərəfləri və ilk növbədə erməni dostlarımızı bu qrup çərçivəsində işə qayıtmağa çağırırıq. Rusiya tərəflərə hər cür kömək göstərməyə həmişə hazırdır”.

Məlum olduğu kimi, sözügedən işçi qrupunun iclasında Naxçıvana yolun həm maneəsizliyi, həm də Ermənistan yurisdiksiyasının pozulmaması şərtilə açılmasına dair razılıq əldə edilmiş, lakin son anda rəsmi İrəvan anlaşmadan boyun qaçırmışdı. Görünür, Qaluzin məhz bu səbəbdən Qərbin Cənubi Qafqazdakı xəttini tamamilə dağıdıcı hesab etdiyini, həmin xəttin Rusiya üçün strateji əhəmiyyətli regionda vəziyyəti sabitləşdirməyə deyil, Moskvanı məğlubiyyətlə üzləşdirməyə yönəldiyini vurğulayır. Elə isə sual yaranır: Rusiya 44 günlük müharibədən ötən müddətdə məğlubiyyətdən qaçmaq üçün səmimi davrandımı? Söhbət Azərbaycana münasibətdəki səmimiyyətdən gedir.

Rusiyanın səmimiyyətsizliyi özünü ənənəvi erməni sevdasından qaynaqlanmış ədalətsizlikdə göstərib. Moskva ötən müddətdə Qərbə erməni avantürizmini saxladığını nümayiş etdirmək və daha yaxşı erməni təəssübkeşi olduğunu göstərmək istədi. İndi Qaluzin bildirir ki, hazırda bəzi ölkələri Rusiyaya qarşı Cənubi Qafqazda ikinci cəbhə açmağa razı salmaq cəhdləri var. Ermənistanın bu cəhdlərdə başlıca fiqur olduğu məlumdur. Yəni, yaxşı olar ki, XİN rəhbərinin müavini konkret danışsın.

Uzun sözün qısası, Rusiya Azərbaycan – Ermənistan münasibətlərində hansısa formalı vasitəçiliyə haqqı olmayan tərəfdir. Bu haqqı tanımayan Ermənistan olub. Təyyarə olayı ilə bağlı Moskvanın Bakıya münasibətdəki qeyri-səmimi mövqeyi durumu daha da dramatikləşdirib. Cənubi Qafqaz isə hansısa böyük gücün at oynadacağı, indiki halda sülhün xarakterini müəyyənləşdirəcəyi platforma deyil. Bunu nəinki Qaluzinin, bütövlükdə Rusiya dövlətinin və onun xəttini müəyyəndirən düşüncə mərkəzlərinin qəbul etməsində fayda var.

Ə.CAHANGİROĞLU
XQ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az-ı izləyin.
seeBaxış sayı:101
embedMənbə:https://xalqqazeti.az
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Qarşımızda özünü şər imperiyası kimi aparan Rusiyanı görürük” Mirşahin Ağayev + VİDEO

10 Fevral 2025 15:13see122

DİQQƏT: Bakıda bu tarixdə qar yağacaq, 1 dərəcə şaxta olacaq

11 Fevral 2025 03:41see116

Yuventus yay üçün transfer bombası hazırlayır ADLAR

10 Fevral 2025 20:00see116

Cəmiyyət meyitlərin yandırılmasını necə qarşılayır? SORĞU

10 Fevral 2025 18:03see116

Zəngin olmaq üçün ən yaxşısı

11 Fevral 2025 05:00see115

Rəşad Sadıqov: “Rəqibi təbrik edirəm”

10 Fevral 2025 21:16see115

Tramp inaqurasiyadan sonra Si Cinpinlə danışdığını açıqlayıb

11 Fevral 2025 07:48see114

Sərnişin təyyarədə hamını ayağa qaldırdı

10 Fevral 2025 23:53see114

Vüqar Əsədli: Ölkə çempionatında bütün şahmatçılar güclüdür, zəif iştirakçı yox idi

10 Fevral 2025 18:01see114

Tramp HƏMAS üçün “cəhənnəm” hazırlayır

11 Fevral 2025 10:20see113

Pensiya yüksəliş yarışı qızışır

11 Fevral 2025 05:00see113

Avtobus dərəyə aşdı: 50 dən çox adam öldü

11 Fevral 2025 03:01see113

Kolumbiyada 4 qadın futbolçu ildırım vurması nəticəsində həlak olub

10 Fevral 2025 20:58see113

O dünyadan Əlisa Nicata MƏKTUB

11 Fevral 2025 04:52see112

Teylor Svift fitə basıldı: Səbəb nə olub?

11 Fevral 2025 00:57see112

Türk dünyası bütövləşir BAXIŞ BUCAĞI

10 Fevral 2025 18:17see112

Azərbaycanda un BAHALAŞDI SON QİYMƏTLƏR

11 Fevral 2025 11:36see106

Sadəcə çimərlikdə günəşlənirdi...

11 Fevral 2025 05:30see106

Həbsdə olan eks direktorunun üzərinə həbs qoyulmuş əmlaklarının müsadirə edilməsi istənilir

11 Fevral 2025 11:37see105

“Neftçi” 650 ci səfər qolunu vurub

11 Fevral 2025 10:13see105
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri