Azərbaycan Qaluzinin dediklərinə getməyəcək POLİTOLOQ
Sherg.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Rusiya Cənubi Qafqazda geosiyasi nizamı qəbul etmək istəmir və prosesləri öz nəzarətinə almağa çalışır
"Azərbaycan Rusiya ilə hərbi-texniki əməkdaşlıqda maraqlı deyil".
Bunu Milli Cəbhə Partiyasının başqanın müavini, siyasi ekspert Məhəmməd Əsədullazadə Sherg.az-a açıqlamasında bildirib. Siyasi şərhçi deyib ki, Rusiya dövlət başçısı V.Putin Azərbaycan Prezidenti arasında Düşənbədə baş tutan görüşdə iki ölkə arasında hərbi texniki əməkdaşlıq çərçivəsində Su-35 təyyarələrinin alışı barədə razılaşma olduğu deyilir:

"Azərbaycan Pakistandan daha mobil və yüksək döyüş tempinə malik qırıcılar alıb. Növbəti partiyada qırıcıların alınması gözlənilir. Ümumiyyətlə, Rusiya-Ukrayna müharibəsi fonunda Kremlin Su-35 qırıcılarına ciddi ehtiyacı var. Azərbaycan Rusiyadan silah idxalını kifayət qədər azaldıb. Böyük Britaniyanın Azərbaycan və Ermənistana silah embarqosunu ləğv etdikdən sonra, bu məlumatın dövriyyəyə buraxılması təsadüfi deyil. Görünür, Rusiya Londonun bu qərarından narahatdır. Rusiya silah bazarını kifayət qədər itirib. Bunun yerini Qərb ölkələrinin silah şirkətləri tutur".
Analitikə görə, Azərbaycanla Rusiya arasında geosiyasi proseslər müstəvisində kifayət qədər ziddiyyətlər var:
"Rusiya Cənubi Qafqazda geosiyasi nizamı qəbul etmək istəmir və prosesləri öz nəzarətinə almağa çalışır. Ona görə də Rusiya xarici işlər nazirinin müavini M.Qaluzin Azərbaycanla Ermənistan arasında yekun sülh müqaviləsinin bağlanmasını təklif edib. Təbii ki, Azərbaycan buna getməyəcək".


