Qambiyalı nazir: Ən çox karbon emissiyasına səbəb olan ölkələri maliyyə dəstəyinə çağırırıq
Icma.az, Yeniazerbaycan portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
COP iqlim dəyişikliyi ilə bağlı ən yüksək səviyyədə və ən çox iştirakçısı olan tədbirlərdən biridir. Ümid edirik ki, COP29 yeni kollektiv kəmiyyət hədəfləri üzrə razılıq əldə edilməsinə nail olacaq.
Bu sözləri Qambiyanın ətraf mühit, iqlim və təbii sərvətlər naziri Rohi Con AZƏRTAC-a özəl müsahibəsində deyib. Nazir COP29-da konsensus əldə olunmanın əhəmiyyətini vurğulayıb. Onun sözlərinə görə, konfransın əsas məqsədi və mövzusu müxtəlif maraqları bir hədəfdə birləşdirməkdir ki, bu da asan deyil.
“COP zirvələri iqlim dəyişikliyi ilə bağlı ən yüksək səviyyədə və ən çox iştirak olunan tədbirlərdən biridir. Ümid edirik ki, COP29 yeni kollektiv kəmiyyət hədəfləri üzrə razılıq əldə olunmasına nail olacaq”,- deyə nazir qeyd edib.
R.Con Qambiyanın iqlim dəyişikliyinin təsirlərinə qarşı daha həssas olduğuna diqqət çəkib. “Qambiya kiçik iqtisadiyyata malik, az sənayeləşmiş və sahilyanı ölkədir. Bu səbəbdən dəniz səviyyəsinin yüksəlməsi və iqlim dəyişikliyi, o cümlədən yağıntıların dəyişməsi kimi hadisələrdən ciddi şəkildə təsirlənirik. 1.5 dərəcə hədəfinə cavab verən çox spesifik milli müəyyən edilmiş töhfəmiz (NDC) var, lakin maliyyə bizim üçün böyük çətinlik yaradır. Tarixən ən çox karbon emissiyasına səbəb olan ölkələri maliyyə dəstəyinə çağırırıq”, - deyə o əlavə edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:98
Bu xəbər 12 Noyabr 2024 17:34 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















