Icma.az
close
up
RU
Qan damarlarını gücləndirmək üçün ən yaxşı məhsullar açıqlandı

Qan damarlarını gücləndirmək üçün ən yaxşı məhsullar açıqlandı

Oxu.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Damarların vəziyyəti bütün orqanizmin sağlamlığına böyük təsir göstərir. Xüsusilə, bu, ateroskleroz və hipertoniyanın inkişaf riski ilə birbaşa əlaqəlidir.

Oxu.Az-ın gazeta.ru-ya istinadla verdiyi məlumata görə, bu barədə funksional diaqnostika üzrə rusiyalı mütəxəssis, tibb elmləri namizədi İrina Polyayeva xəbərdarlıq edib.

Onun sözlərinə görə, damar sisteminin sağlamlığı üçün əsas amillərdən biri düzgün qidalanmadır.

Həkim damar divarlarını möhkəmləndirən məhsullar haqqında danışıb. Onları təqdim edirik:

Meyvələr və giləmeyvələr

Sitrus meyvələri - limon, portağal, qreypfrut - damarları möhkəmləndirən "C" vitamini ilə zəngindir. Giləmeyvələr (qaragilə, moruq, çiyələk) isə qan dövranını yaxşılaşdıran və iltihab proseslərini azaldan antioksidantlar və flavonoidlər ehtiva edir.

Yaşıl tərəvəzlər və göyərtilər

İspanaq, kələm, brokkoli, yaşıl bibər və digər göyərtilər "K" və "C" vitaminləri, eləcə də maqneziumla zəngindir. Bu maddələr damar divarlarının sağlamlığına müsbət təsir göstərir.

Qoz-fındıq və toxumlar

Qoz, badam, kətan və çia toxumları "omeqa-3" yağ turşularının mənbəyidir. Bu maddələr xolesterinin səviyyəsini aşağı salır və damar elastikliyini artırır.

Balıq və dəniz məhsulları

Dəniz məhsulları "omeqa-3" yağ turşuları ilə zəngindir. Onlar trigliseridlərin səviyyəsini aşağı salır və ürək-damar sisteminin sağlamlığını yaxşılaşdırır.

Taxıllar və liflə zəngin məhsullar

Yulaf, qəhvəyi düyü və kinoa orqanizmdə maddələr mübadiləsini yaxşılaşdıran və damar sağlamlığını dəstəkləyən "B" qrupu vitaminləri və lif ehtiva edir.

Ədviyyatlar və ətirli bitkilər

Sarıkök tərkibində güclü iltihabəleyhinə təsiri olan kurkumin maddəsini saxlayır. Zəncəfil qan dövranını yaxşılaşdırır və antioksidant təsir göstərir. Sarımsaq isə qan dövranını gücləndirir və iltihabla mübarizə aparır.

İrina Polyaeva vurğulayıb ki, damar divarlarının möhkəmləndirilməsi ürək-damar xəstəliklərinin profilaktikasında mühüm rol oynayır. Bunun üçün təkcə düzgün qidalanmaq deyil, həm də müntəzəm fiziki fəaliyyətlə məşğul olmaq və zərərli vərdişlərdən imtina etmək vacibdir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:221
embedMənbə:https://oxu.az
archiveBu xəbər 06 Mart 2025 07:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see333

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see316

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see275

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see271

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see259

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see254

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see251

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see251

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see241

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see240

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see235

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see218

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see217

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see215

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see208

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see203

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see200

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see199

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see190

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri