Icma.az
close
up
RU
Qan təzyiqinin aşağı düşməsi, hərarətin artması, bayılma, qanaxma... Zəlinin fəsadları

Qan təzyiqinin aşağı düşməsi, hərarətin artması, bayılma, qanaxma... Zəlinin fəsadları

Saglamolun saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Bir dəfə zəli qoydurmağa öyrəşib, faydasını görənlər, sonradan ən adi hallarda belə bu üsula müraciət edirlər.

Əksər insanlar xəstəliyin müalicəsində təbii üsullara üstünlük verirlər. Bu üsullardan biri də zəli terapiyasıdır. Zəli terapiyasının faydaları və fəsadları hansılardır?

Bununla bağlı təbii üsullarla müalicə eksperti Seyfəddin Əsəd Redaktor.az-a açıqlamasında qeyd edib ki, zəli mütləq şəkildə mütəxəssis tərəfindən qoyulmalıdır:

“Zəli terapiyasında mütləq şəkildə tibbi zəlidən istifadə olunmalıdır. Bu zəlilərin təsiri daha güclüdür. Zəlinin düzgün seçilməməsi bir sıra fəsadlara yol aça bilər. Hətta qanaxma dayanmasa, insanın ölümünə səbəb olar. Zəlinin bədənə qoyulması üçün müvafiq nöqtələr var. Zəli bədənə öyrəşənə qədər bu nöqtələrə düzgün şəkildə qoyulmalıdır. Əks halda qaşınma, qanaxma, qızdırmanın olması və s. kimi ciddi ağırlaşmalar yaranır”.

Apteklərdəki zəli satışına da toxunan Seyfəddin Əsəd bildirib ki,  zəlini almadan öncə fabrikdə yetişdirilib-yetişdirilmədiyini öyrənmək lazımdır:

“Təəssüf ki, bu gün xeyli adamlar zəliləri sudan tutub aparırlar. Mənə nə qədər zənglər gəlir ki, zəli alıb qoydurub və ciddi narahatlıqları var. Zəli qoyduranda fabrikdə yetişdirilən zəliyə üstünlük verilməlidir. Fabrikdə yetişdirilən zəli heç vaxt ağırlaşma vermir”.

Tibb elmləri doktoru, professor Adil Qeybulla isə Redaktor.az-a açıqlamasında bildirib ki, zəli terapiyasının bir çox xəstəliklərin sağalmasında müsbət təsirə malikdir:

“Zəli bədənə 105-ə qədər ferment ifraz edir. Zəlidəki apiraza fermenti bədəndə olan iltihabı prosesləri tənzimləyir. Bu canlının ağız suyunda hirudin deyilən maddə var. Hirudin qanın laxtalanmasının qarşısını alır, duruldur, oksigenlə zənginləşdirir, trombları əridir, orqanizmdəki iltihabi prosesi aradan götürür. Həmçinin, immun sistemini möhkəmləndirir və infeksiya törədicilərinin inkişafının qarşısını alır. Hirudin eyni zamanda qan damarlarında yüksək təzyiqi azaldır”.

Professora görə, zəli terapiyasında müəyyən məhdudiyyətlər var və bu üsul hamıya tətbiq oluna bilməz:

“Hamilə qadınlara, onkoloji xəstələrə zəli qoymaq olmaz. Zəli qanı durultduğundan qan təzyiqi aşağı olanlar üçün təhlükə yarada bilər. Qan azlığı və qan laxtalanması problemi olan xəstələrin də bu üsuldan istifadə etməsi düzgün deyil. Zəlinin qoyulduğu nahiyyədən qan axdığına görə qan azlığı olan insanlar bunu nəzərə almalıdır. Eyni zamanda, 14 yaşa qədər olan uşaqlara zəli qoyulması məqsədəuyğun hesab olunmur.  Digər şəxslərin zəli ilə müalicə almasında problem yoxdur”.

Ev şəraitində zəli qoyulması ilə bağlı Adil Qeybulla qeyd edib ki, zəli düzgün qoyulmadıqda ağır fəsadları ola bilər:

“Doğru qaydalar şərtiylə ev şəraitində zəli qoymaq olar. Zəli damarın üstünə qoyulmamalıdır. Çünki bu, güclü qanaxmaya səbəb ola bilər. Zəli qoyulan yer öncədən yaxşı sıxılmalıdır ki, sonradan qanaxma yaranmasın. Zəli düzgün qoyulmayanda limfa vəzilərinin həddindən artıq böyüməsi və dəri altına qan sızma ola bilər. Zəlinin fəsadlarına allergik hal, qanın durulması, qan təzyiqinin aşağı düşməsi, hərarətin artması, bayılma, səpgilər və s. əlamətləri misal çəkmək olar”.

Saglamolun.Az


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:88
embedMənbə:https://saglamolun.az
archiveBu xəbər 16 Noyabr 2024 12:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakı Sumqayıt yolu ilə bağlı PROBLEM Dayanacaq olsun

09 Dekabr 2025 16:57see255

Güclü siklon Kamçatkanı vurdu

09 Dekabr 2025 03:48see200

Azərbaycan xarici ölkələrə yumurtanı neçəyə satır?

09 Dekabr 2025 22:08see197

Zəngəzur dəhlizinin inşasına başlanacağı tarix AÇIQLANDI

10 Dekabr 2025 16:30see191

Odessa planı fiaskoya uğradı KONKRET

10 Dekabr 2025 17:19see186

bp nin insan hüquqlarına maarifləndirici dəstəyi

09 Dekabr 2025 11:05see165

DTX də başlanılan cinayət işi Aslan Həsənova HÖKM OXUNDU

09 Dekabr 2025 09:17see150

Günün canlı yayımlanacaq matçları TV AFİŞA

09 Dekabr 2025 10:21see145

Tramp: ABŞ Ukraynada nizamlanma üzərində işləməyə davam edir

09 Dekabr 2025 02:25see144

Araz Naxçıvan ın Kəpəz üzərindəki qələbəsi VİDEO

09 Dekabr 2025 20:20see138

KİV: Toni Bleyer Trampın Qəzza planından kənarlaşdırılıb

09 Dekabr 2025 03:17see135

ABŞ Zelenskinin sülh müqaviləsi üçün daha sərt şərtlər irəli sürüb

09 Dekabr 2025 16:12see134

Bakıda qəza münaqişəyə çevrildi

10 Dekabr 2025 09:38see134

ÇL: Qarabağ ın rəqibi yenə məğlub oldu, Qalatasaray Fransadan əliboş dönür

10 Dekabr 2025 02:09see130

Albaniyada faciəvi şəkildə həlak olan dənizçi Biləsuvar sakini imiş FOTO

09 Dekabr 2025 23:54see129

Vanda Nara keçmiş əri ilə görüşdü FOTO

10 Dekabr 2025 00:37see127

Sahil Kərimli: “Orta Dəhliz bölgənin əhəmiyyətini daha da artırır” FOTO

09 Dekabr 2025 22:43see123

İlham Əliyev və Rixard Raşinin görüşü əməkdaşlığı dərinləşdirmək planlarını təsdiqlədi

09 Dekabr 2025 18:24see122

Oqtay Əliyevlə Dilarə Əliyevanın toy kadrları YAYILDI VİDEO

09 Dekabr 2025 00:38see120

İsa Həbibbəylidən baldızı oğlunun güllələnmə xəbərinə maraqlı Reaksiya

09 Dekabr 2025 10:10see118
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri