Icma.az
close
up
RU
Menu

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

Atəşkəs təklifimizi rədd etdi

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

Piylənmədən əziyyət çəkən insanlarda şəkər riski artıq olur

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

Dünyanın hansı ölkələrində turist vergisi tətbiq olunur? Ölkələrin siyahısı və ödəniş məbləğləri

Qan yaddaşımıza yazılan Xocalı faciəsi

Qan yaddaşımıza yazılan Xocalı faciəsi

Ses qazeti saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Məlum olduğu kimi, sülh və insanlıq əleyhinə törədilən ən dəhşətli beynəlxalq cinayətlərdən biri də Xocalı soyqırımıdır. Xalqımız bu qanlı cinayətdən ən çox əziyyət çəkən dünya xalqlarından biridir. Çünki XVIII əsrdən etibarən tarixi Azərbaycan torpaqlarında məskunlaşdırılmağa başlayan ermənilərin uydurma “Böyük Ermənistan” ideyasını gerçəkləşdirmək planı paralel olaraq azərbaycanlıların öz torpaqlarından qovulması və məhv edilməsi siyasətinin əsasını qoymuşdur. Həmin tarixdən başlayaraq minlərlə günahsız azərbaycanlı ermənilərin düşünülmüş və planlı şəkildə davam edən soyqırımı siyasətinin qurbanı olub. Ermənilərin Azərbaycan xalqına qarşı soyqırımı, azərbaycanlıların öz tarixi torpaqlarından kütləvi surətdə deportasiyası, Azərbaycanın şəhər və kəndlərinin tarixi adlarının dəyişdirilməsi siyasəti bütün XX əsr boyu da davam edib və ən son belə kütləvi qırğın tariximizə Xocalı faciəsi kimi həkk olunub.

Yeri gəlmişkən, qeyd edək ki, bu dəhşətli cinayət nəticəsində 613 dinc sakin etnik mənsubiyyətinə görə vəhşicəsinə qətlə yetirilib, 487 nəfər şikəst edilib, 1275 nəfər əsir götürülüb. Bu qanlı hadisədə əsir götürülmüş 150 şəxsin taleyi hələ də məlum deyil. Tarixi abidələri, mədəniyyəti ilə fərqlənən, strateji önəmə malik Xocalı şəhəri, sözün əsl mənasında işğal nəticəsində xarabalığa çevrilib. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalı şəhərində törədilmiş cinayətlər öz xarakteri və ağırlığına görə BMT Baş Assambleyasının Konvensiyası ilə müəyyən edilmiş soyqırımı anlayışına tamamilə uyğun gəlir. Həmin gün erməni vəhşiliyinin qurbanı olan soydaşlarımız yalnız azərbaycanlı olduqlarına görə qətlə yetirilib. Xilas olmağa can atan, əli silahsız, düşmənə müqavimət göstərmək iqtidarında olmayan, hərbi statusu olmayan mülki əhalinin, qadınların, körpələrin, yaşlı insanların amansızlıqla qətlə yetirilməsi bu cinayətlərin soyqırımı niyyətini sübut edir və məhz azərbaycanlı milli mənsubiyyətinə yönəlmiş olduğunu təsdiqləyir. Beynəlxalq Cinayət Məhkəməsinin Statusu, Beynəlxalq Cinayət Tribunalının Yuqoslaviya və Ruanda üzrə Nizamnamələri də Xocalı qətliamına “soyqırım” kimi qiymət verilməsinə tam əsas verir. Xocalı faciəsinə hüquqi qiymət vermək üçün hadisə yerində olmuş xarici və yerli jurnalistlərin baş vermiş vəhşiliklər haqqında yazdıqları və lentə aldıqları kadrlar, eləcə də erməni siyasi xadimlərinin hadisə ilə bağlı səsləndirdiyi fikirlər bu dəhşətli cinayətin sübutudur. Lakin təəssüflər olsun ki, 33 ildən artıq vaxt keçməsinə baxmayaraq Ermənistan Xocalı soyqırımına görə Azərbaycan xalqından üzr istəməmiş və hadisəyə beynəlxalq müstəvidə lazımi siyasi-hüquqi qiymət verilməyib.

Xüsusilə qeyd etmək lazımdır ki, Xocalı soyqırımının dövlət səviyyəsində tanınması və ona hüquqi qiymət verilməsinin Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Ümummilli Liderin təşəbbüsü ilə 1994-cü il fevralın 24-də Milli Məclis “Xocalı Soyqırımı Günü haqqında” qərar qəbul edib. Ümumiyyətlə, ermənilərin xalqımıza qarşı törətdiyi soyqırım faciələrinin araşdırılması və həqiqətlərin dünyaya yayılması işi Heydər Əliyevin təşəbbüsü ilə başlanılıb. Nəticədə 1998-ci il martın 26-da böyük tarixi əhəmiyyət daşıyan “Azərbaycanlıların soyqırımı haqqında” Fərman imzalanıb və həmin fərmanda 1992-ci ilin fevralında ermənilərin Xocalı şəhərinin əhalisinə qarşı törətdiyi soyqırımı aktı da xüsusilə vurğulanıb. Faciənin ildönümlərində anım mərasimləri, ümumxalq yürüşləri, tədbirlər, konfranslar keçirilir. Hər il xarici ölkələrin parlamentlərinə, hökumətlərinə, beynəlxalq təşkilatlara Xocalı soyqırımı ilə bağlı onlarla müraciətlər edilir. Xocalı soyqırımının beynəlxalq aləmdə tanıdılması prosesində Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə 2008-ci ildə başlanılmış “Xocalıya Ədalət” kampaniyasının əvəzolunmaz əhəmiyyətini də mütləq qeyd etməliyik. Bu qətiyyətli siyasi mübarizənin nəticəsidir ki, Xocalı soyqırımı bir çox ölkələrdə və beynəlxalq təşkilatlarda qəbul olunan parlament aktlarında tanınmış və xatırlanmışdır. 44 günlük Vətən müharibəsində şanlı Qələbəmiz, torpaqlarımızın işğaldan azad edilməsi və bu torpaqlara xarici ölkələrin səfirlərinin, beynəlxalq təşkilatların nümayəndələrinin, digər xarici qonaqların səfərlərinin təşkil edilməsi və bununla da erməni vəhşiliyinin dünyaya çatdırılması bizim üçün Xocalı soyqırımına beynəlxalq hüquqi qiymət verilməsi işində yeni imkanlar açmışdır. Bu gün də çoxsaylı dünya dövlətləri Xocalı soyqırımı ilə bağlı petisiyalar, bəyanatlar qəbul etməkdə və faciəni qətiyyətlə pisləməkdə davam edir. Prezident İlham Əliyevin dediyi kimi: “Müharibə başa çatıb. Bəli, biz deyirik ki, sülh olmalıdır. Ancaq heç vaxt erməni vəhşiliyini, erməni faşizmini unutmamalıyıq. Xocalı qurbanlarını unutmamalıyıq...”.

Ən əsası, ikinci Qarabağ müharibəsində tarixi Zəfərlə haqq-ədaləti bərpa edərək yeni reallıqları dünyaya qəbul etdirdiyimiz kimi, Xocalı həqiqətlərini də bütün dünyanın diqqətinə çatdırmağa davam edəcəyik.

Vüqar İsayev,

YAP Göygöl rayon təşkilatının sədri

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:203
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 19 Fevral 2025 16:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see353

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see336

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see317

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see299

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see264

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see256

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see248

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see233

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see221

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see210

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see204

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see204

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see203

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see201

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see195

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see195

Piylənmədən əziyyət çəkən insanlarda şəkər riski artıq olur

12 Noyabr 2026 01:42see179

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see178

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see168

Dünyanın hansı ölkələrində turist vergisi tətbiq olunur? Ölkələrin siyahısı və ödəniş məbləğləri

11 Noyabr 2026 23:54see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri