Qana minifutbol yığmasının üzvü: Bakı bizdə çox dərin izlər buraxdı, insanları qonaqpərvərdirlər
Oxu.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Qana minifutbol millisinin üzvü Sovah Stepan Milli Gimnastika Arenasında keçirilən dünya çempionatının təşkilatçılığından və Bakıda gördüklərindən məmnun qalıb.
Oxu.Az xəbər verir ki, o, "Report"a açıqlamasında hər şeyi bəyəndiklərini vurğulayıb.
"Şəhəri gəzə bildik. Fürsət olsaydı, bir daha gəlmək istəyərdik. İnanın, Bakı bizdə çox dərin izlər buraxdı. Şəhər maraqlı, insanları qonaqpərvərdir. Bu, tək mənim yox, bütün komanda yoldaşlarımın fikridir. Milli Gimnastika Arenasında futbol oynamaq da çox gözəldir. Turnirin Bakıda keçirilməsində əməyi olan hər kəsə təşəkkürümü bildirirəm", - deyə o söyləyib.
S.Stepan H qrupunda keçirdikləri görüşlər barədə danışıb:
"Təəssüf hissi keçirirəm. Bütün matçları məğlub başa vurduq. Çətin qrupa düşdüyümüzü deyə bilərəm".
Qeyd edək ki, Qana millisi yer aldığı H qrupunu Serbiya (9), İsrail (6) və İspaniyanın (3) ardından 0 xalla sonuncu pillədə başa vurub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:84
Bu xəbər 27 May 2025 16:30 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















