Icma.az
close
up
RU
Qanla sınıq sümüyü sağaltmağa imkan verən implant hazırlandı Yeni Çağ Media

Qanla sınıq sümüyü sağaltmağa imkan verən implant hazırlandı Yeni Çağ Media

Icma.az, Yenicag portalına istinadən məlumat yayır.

Alimlər insan orqanizminin özünü bərpaetmə qabiliyyətinə əsaslanan yeni material hazırlayıblar.

Yenicag.az xəbər verir ki, Nottinqem Universitetinin (Birləşmiş Krallıq) tədqiqatçıları xəstələrin öz qanından istifadə edərək sınıq sümüklərin sağalmasını təmin edə biləcək innovativ implant hazırlayıblar. Bu yanaşma orqanizmin özünü bərpaetmə mexanizmlərindən ilhamlanıb.

Məlum olduğu kimi, insan bədəni kiçik kəsikləri qan laxtalanması yolu ilə sağalda bilir, lakin daha ciddi zədələrdə bu qabiliyyət kifayət etmir.

Tədqiqatçılar insan qanına “peptid amfifillər” adlanan zülalları əlavə edərək regenerativ hematom (RH) adlı bərpa strukturlarının daha güclü qurulmasına nail olublar. Bu yanaşma hüceyrələrin bərpa prosesində daha aktiv iştirak etməsinə şərait yaradıb.

Alimlərin sözlərinə görə, bu yeni material dəyişdirilə bilən xüsusiyyətlərə malikdir və 3D printerdə çap olunur. Bu xüsusiyyət onu fərqli tibb sahələrində tətbiq etməyə imkan verir.

Layihənin əsas tədqiqatçılarından biri olan professor Alvaro Mata yeni yanaşmanın əhəmiyyətini belə izah edir: “Bu ‘bioloji əməkdaşlıq’ yanaşması orqanizmin təbii sağalma mexanizmlərini inkişaf etdirməklə regenerativ materiallar yaratmaq üçün unikal imkan təqdim edir”.

Tədqiqat qrupunun digər üzvü Kozimo Liqorio isə qeyd edir ki, insan qanını təhlükəsiz və effektiv şəkildə regenerativ implanta çevirmək son dərəcə maraqlı perspektivlər açır. O bildirib ki, qan pulsuzdur və xəstədən asanlıqla lazımi miqdarda əldə oluna bilər.

Laboratoriya sınaqları ümidvericidir. Yeni metodun səmərəliliyini qiymətləndirmək üçün alimlər təcrübələri siçanlar üzərində həyata keçiriblər. Bunun üçün siçanların kəllə sümüklərində kiçik boşluqlar yaradılıb və həmin boşluqlara sintetik peptidlər əlavə olunan qanla yaradılmış regenerativ hematomlar yerləşdirilib. Nəticələr göstərib ki, 6 həftə sonra implant tətbiq edilən siçanlarda yeni sümük əmələgəlmə səviyyəsi 62 faizə çatıb. Müalicə almayan siçanlarda bu göstərici cəmi 30 faiz olub. Ənənəvi süni sümük materialı ilə müalicə olunan siçanlarda isə sümük əmələgəlməsi 50 faiz civarında müşahidə edilib. Metodun insanlar üzərində tətbiqi üçün əlavə tədqiqatlara ehtiyac var. Buna baxmayaraq, ilkin nəticələr yeni regenerativ texnologiyaların inkişafı üçün əhəmiyyətli perspektivlər açır.

Bu yenilik regenerativ tibb sahəsində əhəmiyyətli bir addım hesab olunur və gələcəkdə sümük zədələrinin müalicəsində inqilabi dəyişikliyə səbəb ola bilər./Azertac/

www.yenicag.az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:123
embedMənbə:https://yenicag.az
archiveBu xəbər 08 Dekabr 2024 10:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see272

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see267

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see254

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see240

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see223

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see204

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see192

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see192

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see190

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see177

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see174

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see171

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see162

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see162

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see159

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see156

Bağça müəllimi uyğunsuz görüntülərə görə işindən azad edildi RƏSMİ

21 Yanvar 2026 20:41see154

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see153

Xırdalanda su niyə gəlmir? Rəsmi AÇIQLAMA

22 Yanvar 2026 21:17see150

Qusarın iki kəndinin problemləri dinlənildi, tapşırıqlar verildi FOTO

22 Yanvar 2026 19:30see142
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri