Icma.az
close
up
RU
Qanla yazılan tarixin qürur simvolu

Qanla yazılan tarixin qürur simvolu

Icma.az, Yeniazerbaycan portalına istinadən məlumatı açıqlayır.

Ermənistanın Azərbaycana qarşı irəli sürdüyü ərazi iddiaları ölkədə milli azadlıq ideyalarının daha da güclənməsinə təkan verdi. Cəmiyyət həm bu iddialara son qoyulmasını, həm də dövlət müstəqilliyinin bərpasını əsas məqsəd kimi qarşısına qoydu. Qarşı tərəf isə niyyətlərini daha da sərtləşdirərək açıq elan etmədən Azərbaycana qarşı silahlı təcavüzə başladı. Keçmiş SSRİ-nin və müxtəlif xarici qüvvələrin siyasi-hərbi dəstəyi ilə həyata keçirilən bu hücumlar zamanı beynəlxalq hüquq normaları kobud şəkildə pozuldu, Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi məqsədilə əhali doğma torpaqlarından zorla çıxarıldı.

1992-ci il fevralın 25-dən 26-na keçən gecə, Xankəndidə yerləşən 366-cı alayın iştirakı ilə Xocalı şəhərində dəhşətli qətliam törədildi. Bu faciə xalqımızın yaddaşından silinməyib və hər il dərin ehtiramla anılır. Heydər Əliyevin təşəbbüsü ilə 1994-cü il fevralın 24-də Milli Məclis “Xocalı soyqırımı günü haqqında” qərar qəbul etdi. Daha sonra, 1997-ci il fevralın 25-də imzalanmış sərəncama əsasən, hər il fevralın 26-da saat 17:00-da ölkə ərazisində soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilir.

İlham Əliyevin təşəbbüsü ilə 2024-cü ildə Xocalı Soyqırımı Memorial Kompleksinin təməli qoyuldu və faciənin 34-cü ildönümündə kompleksin açılışı baş tutdu. Açılış mərasimində çıxış edən dövlət başçısı qeyd etdi ki, Heydər Əliyev Fondu fəaliyyətə başladıqdan dərhal sonra Fondun vitse-prezidenti Leyla Əliyeva tərəfindən “Xocalıya ədalət” beynəlxalq kampaniyasına start verilib. Bu təşəbbüs nəticəsində artıq iyirmiyə yaxın ölkə Xocalı hadisələrini soyqırımı kimi tanıyıb və bu istiqamətdə fəaliyyət davam etdirilir.

Prezident çıxışında vurğuladı ki, uzun illər ərzində beynəlxalq təşkilatların laqeyd mövqeyinə baxmayaraq, Azərbaycan ədalətin bərpası yolunda ardıcıl addımlar atıb. 44 günlük Vətən müharibəsində qazanılan Zəfər, eləcə də Xocalının azad edilməsi tarixi ədalətin təmin olunmasının mühüm mərhələləri kimi qiymətləndirildi. Bundan əlavə, müharibə cinayətlərində ittiham olunan şəxslərin məhkəmə qarşısına çıxarılması ədalət prinsipinin gerçəkləşdiyini göstərdi.

Dövlət başçısı bildirdi ki, xalqın birliyi və ordunun peşəkarlığı sayəsində ölkənin ərazi bütövlüyü və suverenliyi tam bərpa olunub. O qeyd etdi ki, Azərbaycan işğal dövründə müxtəlif təzyiqlərlə üzləşsə də, heç vaxt mövqeyindən geri çəkilməyib və torpaqların azadlığına nail olmaq üçün qətiyyət nümayiş etdirib.

Memorial Kompleksin məhz Xocalıda açılması xüsusi rəmzi məna daşıyır. Mərasimdə iştirak edən sakinlərin əksəriyyəti yaxınlarını itirmiş, uzun illər məcburi köçkün həyatı yaşamış insanlardır. Buna baxmayaraq, onların dövlətə və ədalətə inamı sarsılmayıb. Bu abidə Azərbaycan xalqının iradəsinin, mənəvi gücünün və sarsılmaz ruhunun ifadəsi kimi dəyərləndirilir.

Bu gün Azərbaycan güclü və öz təhlükəsizliyini təmin edə bilən dövlətdir. Xocalı Soyqırımı Memorial Kompleksinin açılışı təkcə faciə qurbanlarının xatirəsinə ehtiram deyil, həm də tarixi ədalətin bərqərar olmasının simvolu kimi yadda qaldı. Xalqımız Zəfər tarixini yaşatdığı kimi, Xocalı həqiqətlərini də gələcək nəsillərə ötürmək əzmindədir.

Rail Tağızadə

Yeni Azərbaycan Partiyası Naxçıvan şəhər təşkilatının sədr müavini

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:103
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 02 Mart 2026 12:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda İnstaqram və Tiktok işləmir

12 Oktyabr 2026 08:39see431

Hicab üzərindən manipulyasiya və etiqad azadlığının sərhədi: reallıq nədir?

11 Oktyabr 2026 19:35see302

Xarici turizmə maraq azalır: Ekspertlər üç əsas səbəbi açıqladılar

11 Oktyabr 2026 14:45see277

Türkiyədə yük maşını sərnişin avtobusu ilə toqquşub 11 nəfər ölüb, 27 insan xəsarət alıb

11 Oktyabr 2026 13:57see251

Məktəblərdə vahid geyim niyə vacibdir? Aygün Bağırlı

11 Oktyabr 2026 10:22see235

“Özünü ələ al” müalicə deyil Ölkədə bu xəstəliyə qarşı mübarizə necə aparılır? KONKRET

11 Oktyabr 2026 09:56see226

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

12 Oktyabr 2026 02:02see221

Dövlətçilik və strateji məsuliyyət

11 Oktyabr 2026 16:15see217

Ukrayna Ordusu Rusiyada qitələrarası raketlərin xidmət mərkəzinə zərbə endirib

11 Oktyabr 2026 14:40see217

“Qarabağ atı” heykəlinin müəllifi danışdı

11 Oktyabr 2026 08:00see214

Sərhəd tanımayan təhdidlər: Azərbaycanın ideoloji təhlükəsizlik gündəliyi TƏHLİL

11 Oktyabr 2026 16:24see202

Azərbaycan Çexiya ilə dəmir yolu əməkdaşlığını genişləndirmək istəyir

12 Oktyabr 2026 10:36see194

Azıx mağarasından reportaj VİDEO

11 Oktyabr 2026 20:41see193

Gəncədə 36 yaşlı kişi ÖLDÜRÜLDÜ

11 Oktyabr 2026 23:39see192

Mixək çayının yaddaşa faydası

12 Oktyabr 2026 03:03see191

Sabah ın rəqibi Bakıya gəldi VİDEO

12 Oktyabr 2026 00:36see185

Zelenski Trampın Ukrayna siyasətini tənqid etdi

11 Oktyabr 2026 23:57see185

Formula 1 də unikal göstərici

12 Oktyabr 2026 00:30see184

Makrona aid edilən irqçi ifadə Fransada siyasi qalmaqala səbəb olub

11 Oktyabr 2026 16:34see183

Pakistanda etirazların bürüdüyü vilayətə qoşun göndəriləcək

11 Oktyabr 2026 19:16see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri