Icma.az
close
up
RU
Qanun qüvvəyə minir: Suyun QİYMƏTİ artacaq?

Qanun qüvvəyə minir: Suyun QİYMƏTİ artacaq?

Icma.az, Bakivaxti portalına istinadən məlumat yayır.

Sentyabrın 1-dən su obyektlərindən xüsusi məqsədlər üçün istifadə ilə bağlı ödənişlərin tətbiqinə başlanılacaq. Bununla bağlı Baş nazir Əli Əsədovun aprelin 14-də müvafiq qərar imzalayıb.  

Qərara əsasən, bu, hüquqi şəxslər və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər tərəfindən texniki qurğu və avadanlıq tətbiq etməklə su obyektlərindən suyun götürülməsi, tullantı sularının təmizlənərək su obyektlərinə axıdılması və su akvatoriyasından istifadə olunması ilə əlaqədardır. Suyun götürülməsi zamanı su obyektindən və götürülmə məqsədindən asılı olaraq məbləğlər müxtəlifdir.

Belə ki, sənaye məqsədilə Xəzər dənizindən götürülən 100 kubmetr suya görə 0.4, çay və göllərdən götürülən 100 kubmetr suya görə 4, yeraltı sulardan götürülən 100 kubmetr suya görə 40 manat müəyyənləşdirilib. Xəzər dənizinə axıdılan 100 kubmetr tullantı suyu üçün 1, çay və göllərə axıdılan 100 kubmetr tullantı suyu üçün 4 manat nəzərdə tutulur.

Bəs bu dəyişiklik su ehtiyatlarından istifadəyə, sahibkarlara və kənd təsərrüfatına necə təsir göstərəcək? Yeni ödənişlər su israfının qarşısını almağa nə dərəcədə kömək edə bilər?

Mövzu ilə bağlı iqtisadçı Xalid Kərimli öz fikirlərini Bakıvaxtı.az-la bölüşüb.

Onun sözlərinə görə, yeni qaydanın birbaşa vətəndaşa təsiri yoxdur:

"Çünki vətəndaşın şəxsi istifadəsi üçün olan su nəzərdə tutulmur. Burada sənaye məqsədləri üçün istifadə olunan su nəzərdə tutulur. Sənaye məqsədi dedikdə hansı avadanlığın soydulması və s. nəzərdə tutulur. Ümumilikdə yeni qaydalar fonunda təyin olunan qiymətlər elə də böyük qiymət sayılmır. Xəzər dənizindən götürülən hər 100 kubmetr suya görəcəmi 40 qəpik ödəniləcək. Vətəndaş Xəzər dənizindən birbaşa su götürmür. Dənizdən suyu "Azerenerji" götürür. Nəzərdə tutulan qiymətlər heç bir vətəndaşa birbaşa təsir etməyəcək və biznes üçün əhəmiyyətli təsirə malik olmayacaq". 

İqtisadçı vurğulayıb ki, yeni qərarın kənd təsərrüfatı sahəsinə də ciddi təsiri olmayacaq:

"Onsuz da kənd təsərrüfatı sahəsində suvarma üçün əvvəllər də ödəniş olunurdu", - deyə o əlavə edib. 

Gülşən Şərif

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:172
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 28 Avqust 2026 15:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xəzər dənizinin Azərbaycan sahillərinin dövlət idarəçiliyi

17 Noyabr 2026 23:52see397

® Vüqar Eyvazov “AmCham Azərbaycan”ın yeni yaradılmış Səhiyyə Komitəsinin sədri təyin edilib

18 Noyabr 2026 01:28see375

2027 ci ildən Bakıya köç daha da artacaq?

17 Noyabr 2026 23:20see361

Dünya onların görüşünə köklənib: Müharibələrə son qoyulacaq?

18 Noyabr 2026 13:51see331

Diş əti qanaması hansı daxili xəstəliklərin əlamətidir?

17 Noyabr 2026 23:18see301

İki zəhərli ilanı təyyarəyə keçirmək istədi

17 Noyabr 2026 23:17see282

Səhiyyədə gizli qalan vergi problemi gündəmə gəldi

18 Noyabr 2026 12:19see276

Bu hərəkətlər davam edərsə.. SEPAH generalı Bəhreyn hökümətini HƏDƏLƏDİ

18 Noyabr 2026 02:03see271

Braziliya millisindən darmadağın: Vinisius het trik etdi

18 Noyabr 2026 00:46see269

Söküntü başlamazdan əvvəl vətəndaşlar əmlaklarını qiymətləndirməlidir? Açıqlama

18 Noyabr 2026 14:55see262

Nənə tarladan 20 min qiyməti olan qızıl tapıb

18 Noyabr 2026 02:56see243

Polad Həşimovun anası xəstəxanadan evə buraxılıb TƏBİB

18 Noyabr 2026 01:24see243

Bossların bossu” vəfat etdi Pablo Eskobarla əməkdaşlıq edib

18 Noyabr 2026 01:52see242

MRT, KT, PET CT: Xərçəngi dəqiq hansı müayinə aşkarlayır?

18 Noyabr 2026 18:31see236

“Səhiyyə sahəsində vergi və sosial ödənişlərə yenidən baxılmalıdır”

18 Noyabr 2026 12:29see235

Xankəndidə Zəfər Gününə həsr olunmuş mini futbol turnirinə yekun vurulub

19 Noyabr 2026 01:55see230

Kosmosdakı musiqimiz: Çahargah Ahəngi “Voyager”ə necə yazılıb? │ VİDEO

19 Noyabr 2026 00:18see216

Məşq zamanı huşunu itirən “Bavariya”nın baş məşqçisi geri qayıdır

19 Noyabr 2026 02:01see212

SOCAR: İşçilərin səriştəliliklərinin qiymətləndirilməsi istehsal prosesinin tərkib hissəsidir

19 Noyabr 2026 02:14see210

Vətən müharibəsinin xronikası: 16 oktyabrda Xocavəndin bir sıra kəndləri işğaldan azad edilib

18 Noyabr 2026 04:19see207
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri