Icma.az
close
up
RU
Qanunda hərbi çağırış yaşının 30 yaşa endirilməsi cəmiyyətdə tərəfindən müsbət qarşılanır

Qanunda hərbi çağırış yaşının 30 yaşa endirilməsi cəmiyyətdə tərəfindən müsbət qarşılanır

Bizimyol portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

"Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev öz çıxışlarında Azərbaycanın Vətən müharibəsindən sonra təhlillərin və islahatların aparılması ilə bağlı dəfələrlə bildirib. Azərbaycan Silahlı Qüvvələri 44 günlük əks-hücum əməliyyatı ilə İkinci Qarabağ savaşında qələbə qazanandan sonra bütün sahələr üzrə təhlillər aparılır, təkmilləşmələr və islahatlar gedir. Bu islahatlar Azərbaycan ordusundan da yan keçməyib. Demək olar ki, Azərbaycan Ordusu bunun mərkəzində olub. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti Azərbaycan Müdafiə Nazirliyi ilə birgə bu sahədə də təhlillər apararaq və öz təkliflərini formalaşdırmışdır. Bütün bu addımları xalqa, cəmiyyətə xidmət edən sosial yönümlü bir addım kimi qiymətləndirmək olar"

Bu barədə Bizimyol.info xəbər portalına ehtiyyatda olan polkovnik, hərbi ekspert Şair Ramaldanov danışıb. Hərbi ekspert qeyd edib ki, çağırış yaşının 35 olmasının çox olması, ali təhsillillərin hərbi xidmət müddəti və s. ilə bağlı söz-söhbət gəzirdi. Ekspert bildirib ki, bütün bu prosesləri nəzərdən keçirərək və əhalinin də bununla bağlı fikirlərini və istəklərini də nəzərə alaraq, müəyyən dəyişikliklərə qərar verilib.

Şair Ramaldanov

"Hazırda konkret bu gün gündəmdə olan təklif, məhz çağırış yaşının 35 yaşdan 30 yaşa endirilməsidir. Bu da daha çox sağlamlıq vəziyyətilə bağlıdır. Belə ki, qanun daha çox hərbi komissiya tərəfindən yararsız sayılan gənclərə şamil olunur. Hərbi çağırış yaşının 30 yaşa endirilməsi cəmiyyətdə tərəfindən müsbət qarşılanır. Bu, çox düzgün bir addımdır. Bizim cavanlarımız hərbi xidmətə yararsız olanlar hər 3 ildən bir hərbi həkim komissiyasının təsdiqini gözləyirlər. Ağır əlillik dərəcəsi olmayan cavanlar bilmirlər ki, həkim komissiyası nə qərar verəcək. Bu gənclər üçün çox çətin olurdu. Onların öz gələcək həyatını planlamasında və yaxud hansısa digər fəaliyyətlərlə məşğul olmasına, ailə qurmasına çox mənfi təsir göstərirdi. Nəzərə alsaq ki, əksər gənclər öz ailəsini məhz bu yaşdan sonra qurur. Bu, onlar üçün çox çətin olurdu. Bu dəyişikliklərdən sonra gənclərin həyatlarını planlaması daha rahat olacaq"-deyə Şair Ramaldanov əlavə edib.

İradə Cəlil, Bizimyol.info

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:86
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 18 Dekabr 2024 12:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Slovakiya Avropa İttifaqının üzvü kimi Azərbaycanın bu istiqamətdə yaxın partnyorudur

08 Dekabr 2025 20:48see355

Bakı Sumqayıt yolu ilə bağlı PROBLEM Dayanacaq olsun

09 Dekabr 2025 16:57see246

Kimlər gün ərzində 2 3 litr su içə bilər? Terapevtdən AÇIQLAMA

08 Dekabr 2025 17:33see210

Leyla Əliyeva beynəlxalq konfransda çıxış etdi FOTOLAR

08 Dekabr 2025 22:16see201

Azərbaycan xarici ölkələrə yumurtanı neçəyə satır?

09 Dekabr 2025 22:08see190

Güclü siklon Kamçatkanı vurdu

09 Dekabr 2025 03:48see174

bp nin insan hüquqlarına maarifləndirici dəstəyi

09 Dekabr 2025 11:05see156

Slovakiya Azərbaycanın Avropada etibarlı strateji tərəfdaşıdır

08 Dekabr 2025 18:38see144

İsa bəy Hacınski haqqında gecikmiş KİTAB

08 Dekabr 2025 17:39see144

Rəqsanə efirdə AĞLADI VİDEO

08 Dekabr 2025 22:01see142

DTX də başlanılan cinayət işi Aslan Həsənova HÖKM OXUNDU

09 Dekabr 2025 09:17see141

Bakıda yeni mənzili ən ucuz bu ərazilərdən almaq mümkündür

08 Dekabr 2025 18:46see138

Tramp: ABŞ Ukraynada nizamlanma üzərində işləməyə davam edir

09 Dekabr 2025 02:25see135

Ərdoğan Orbanla görüşdü: 16 razılaşma...

08 Dekabr 2025 18:47see131

KİV: Toni Bleyer Trampın Qəzza planından kənarlaşdırılıb

09 Dekabr 2025 03:17see130

Araz Naxçıvan ın Kəpəz üzərindəki qələbəsi VİDEO

09 Dekabr 2025 20:20see129

Albaniyada faciəvi şəkildə həlak olan dənizçi Biləsuvar sakini imiş FOTO

09 Dekabr 2025 23:54see123

Vanda Nara keçmiş əri ilə görüşdü FOTO

10 Dekabr 2025 00:37see121

ÇL: Qarabağ ın rəqibi yenə məğlub oldu, Qalatasaray Fransadan əliboş dönür

10 Dekabr 2025 02:09see121

ABŞ Zelenskinin sülh müqaviləsi üçün daha sərt şərtlər irəli sürüb

09 Dekabr 2025 16:12see120
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri