Qanunsuz heyvan kəsimi ciddi risklər yarada bilər
Milli.az saytından alınan məlumata görə, Icma.az bildirir.
Baytarlıq müayinəsindən keçməmiş, xəstə və ya xəstəlik şübhəsi olan heyvanların kəsilərək ətinin istehlaka təqdim edilməsi insan sağlamlığı üçün ciddi risklər yaradır. Belə heyvanlardan insanlara bruselyoz, qarayara, vərəm və digər zoonoz xəstəliklər keçə bilər.
Milli.Az xəbər verir ki, heyvan mənşəli məhsullar vasitəsilə exinokokk və trixinella kimi parazitlər ət vasitəsilə insan orqanizminə daxil olaraq müxtəlif fəsadlara səbəb ola bilər. Antisanitar şəraitdə kəsim zamanı ətin Salmonella, E. colinin O157 seroqrupu və Listeria kimi patogen mikroorqanizmlərlə çirklənməsi və qida zəhərlənməsi riskini artırır.
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) bir daha istehlakçıların diqqətinə çatdırır ki, ət və ət məhsulları yalnız baytarlıq nəzarətindən keçmiş, müvafiq qaydada fəaliyyət göstərən kəsim məntəqələrindən və satış obyektlərindən alınmalıdır. Qanunsuz kəsim məntəqələrində əldə edilən ət məhsullarının istehlakı insan sağlamlığı üçün ciddi təhlükə yarada bilər.
Əhalinin sağlamlığının və qida təhlükəsizliyinin qorunması məqsədilə AQTA tərəfindən qanunsuz heyvan kəsimi hallarının qarşısının alınması istiqamətində nəzarət tədbirləri davam etdirilir.
Müəllif: Malik Məlikov (Milli.Az redaktor)
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:90
Bu xəbər 17 Sentyabr 2026 18:02 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















