Qanunun tələblərinə cavab verməyən avtobus zolaqları QƏZALAR BAŞ VERİR VİDEO
Avtosfer portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Bakıda tətbiq edilən avtobus zolaqları həm sürücülər üçün təhlükə yaradır, həm də tıxaclara səbəb olur. Avtosfer.az-ın məlumatına görə, sürücülərin bu məsələ ilə bağlı dəfələrlə etdiyi şikayətlərə baxmayaraq, müvafiq dövlət qurumları hələ də heç bir tədbir görməyib.
Mövzu ilə bağlı yayılan son görüntü Fətəli xan Xoyski küçəsində lentə alınıb. Videoda “Nissan” markalı avtomobilin sürücüsü kəsişmə yerindən sağa dönmək istədikdə avtobusla toqquşma riski ilə üz-üzə qalır və qəfil tormoz verir. Qeyd etmək lazımdır ki, sol zolaqdan birbaşa sağa dönmək təhlükəli hesab olunur. Xüsusilə kəsişmə yerlərində avtobus zolaqlarının bütöv xətlə ayrılması və sürücülərin bu zolağa daxil olmadan manevr etməyə məcbur qalması onları ciddi risklə üzləşdirir.
Videodan da aydın görünür ki, hərəkətin bu cür təşkil olunması həm qəza ehtimalını artırır, həm də arxadan gələn sürücülərin dönmək istəyən avtomobili gözləməsi yolun tıxanmasına səbəb olur. Halbuki, avtobus zolaqları yol hərəkəti qaydalarına uyğun 1.11 qırıq xətti ilə nişanlansaydı, sürücülər vaxtında həmin zolağa daxil olub təhlükəsiz şəkildə sağa dönə bilərdilər.
Təəssüf ki, bu problem uzun zamandır davam edir və bir çox qəzanın baş verməsinə səbəb olub. Buna baxmayaraq, indiyə qədər məsələ ilə bağlı heç bir ciddi addım atılmayıb.
Fərid
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:133
Bu xəbər 18 Aprel 2025 15:34 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















