Icma.az
close
up
RU
“Qanunvericilikdə bir çox məsələləri həll etməliyik” millət vəkili

“Qanunvericilikdə bir çox məsələləri həll etməliyik” millət vəkili

Icma.az, Xalqcebhesi portalına istinadən məlumat verir.

Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyev parlamentin bu gün keçirilən plenar iclasında çıxış edib, “Mədəniyyət haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsinin birinci oxunuşda müzakirəsi zamanı fikirlərini bölüşüb.
Xalqcəbhəsi.az xəbər verir ki, millət vəkili bildirib: “Mən qanunun 45-ci maddəsinə, yəni mədəniyyət sahəsində layihələrin maliyyələşdirilməsi ilə bağlı hissəyə öz münasibətimi bildirmək istəyirəm. Müasir dünyada dövlətlər, cəmiyyətlər müxtəlif filmlər çəkməklə, teatrlarla, müxtəlif mədəni tədbirlər həyata keçirməklə hüquqi biliklər, ali dəyərlər təbliğ olunur, insanlarda yüksək zövq formalaşdırılır, bu da cəmiyyətin mədəni səviyyəsinin inkişafına xidmət göstərir. İnsanlar həm əylənirlər, həm də bu, onların dünyagörüşünə öz müsbət təsirini göstərir. Bu yaxınlarda cəmiyyətdə “Məhsəti” filminin yayımı bilə bağlı məsələlər ciddi ictimai müzakirələrə səbəb oldu. Bu, dövlət hesabına, yəni ictimai vəsait hesabına çəkilmiş bir film idi, amma o filmin yayımlanması qadağan olundu. Həmin vəsaitlərə görə kim məsuliyyət daşıdı? Biz 45-ci maddədə mədəniyyət sahəsində müəyyən qrant layihələrinin maliyyələşdirilməsindən danışırıq. Biz Kinematoqrafiya haqqında qanunun 13-cü maddəsinə də dəyişiklik etdik və mən ona səs verdim. Orada da qeyd olunub ki, xarici prodüserlərin çəkdikləri filmlərin sərf etdikləri vəsaitin bir hissəsi geri qaytarılır və.s.
Həmin filmin ssenarisini kimsə oxumuşdumu? Bilmirdilər ki, bu filmdə nələrdən bəhs ediləcək və bu film bizim cəmiyyətimizdə nümayiş etdirilə bilər, yoxsa yox? Yəni bunu oxuyublarmı, yaxud filmin çəkilişi konkret kimə tapşırılıb? Məsələ aydınlaşdırılmışdı ki, bu adam bu filmi çəkməyə layiqdirmi və ya onun çəkəcəyi film hansı dəyərləri təbliğ edəcək? Ona görə də hesab edirəm ki, biz qanunvericilikdə bir çox məsələləri həll etməliyik və həmin vəsaitin ayrılmasına görə məsuliyyət daşıyan və o vəsaiti ayıran şəxslər öz əmlakları ilə məsuliyyət daşımalıdırlar. Yoxsa vəsaiti ayırdıq və o vəsait ayrılandan sonra bəlli oldu ki, ortaya qoyulan iş ümumiyyətlə heç nəyə yaramır. Buna görə də mən burada müvafiq dövlət orqanların vəzifəli şəxslərinin birbaşa məsuliyyət daşıması məsələsini də qanunvericiliyə daxil edilməsinin tərəfdarıyam”.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:124
embedMənbə:https://www.xalqcebhesi.az
archiveBu xəbər 27 Fevral 2026 13:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

A Seriyası: 19 illik rekord təkrarlandı

30 Oktyabr 2026 01:51see351

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

30 Oktyabr 2026 02:40see343

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

30 Oktyabr 2026 16:23see261

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see255

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see247

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see238

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see238

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see236

Səhiyyə Nazirliyi və TƏBİB in vahid mətbuat xidməti yaradılır Özəl

30 Oktyabr 2026 11:02see231

Bugatti şirkətinin rəhbəri Mate Rimatsın “Chiron” hiperkarı oğurlanıb

30 Oktyabr 2026 14:45see231

Ürəyinizi qorumaq üçün bu məhsul YEYİN

30 Oktyabr 2026 16:38see223

“Avropa Beynəlxalq Hospitalı”nın Ağdaşda filialı açıldı FOTOLAR

30 Oktyabr 2026 16:52see214

Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi

30 Oktyabr 2026 18:02see211

Hansı göstəricidən etibarən təzyiq xəstəsi hesab olunursuz?

30 Oktyabr 2026 20:20see207

Maaş və pensiyalar NƏ QƏDƏR ARTACAQ? Deputatdan yeni açıqlama

30 Oktyabr 2026 19:00see202

Qripdən qorunmaq istəyənlər üçün vacib qidalar

30 Oktyabr 2026 02:04see198

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see194

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see190

Kənd təsərrüfatının inkişafında xidmətləri olan bir qrup şəxs təltif olunub Sərəncam

30 Oktyabr 2026 16:18see189

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri