Qapıçı son dəqiqədə “Real”a qol vurdu, “Benfika” pley off a çıxdı Video
Icma.az, Yeniavaz portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Portuqaliyanın “Benfika” klubunun qapıçısı Anatoli Trubin Çempionlar Liqasında İspaniyanın “Real Madrid” klubuna qol vurub.
Yeniavaz.com xəbər verir ki, ukraynalı qapıçının ikinci hissənin əlavə olunmuş dəqiqəsində vurduğu qol komandasına rəqib üzərində 4:2 hesablı qələbə qazandırıb.
Belə ki, matçın 90+8-ci dəqiqəsində “Benfika”nın qazandığı cərimə zərbəsi zamanı Trubin də hücuma qoşulub və “Real Madrid”in cərimə meydançasına daxil olaraq, topu qapıdan keçirib.
Trubinin qolu “Benfika”nı Çempionlar Liqasının ümumi turnir cədvəlində 24-cü yerə yüksəldib və top fərqinə görə Fransanın “Marsel” komandasını geridə qoyub. Portuqaliya komandası indi pley-off mərhələsində oynayacaq və bu mərhələyə 9-24-cü yerləri tutan klublar da daxil olacaq.
Digər tərəfdən, bu qolla Trubin Çempionlar Liqasının əsas mərhələsində qol vuran beşinci qapıçı olub.
Bu mövzuda digər xəbərlər:ÇL: “Brest” “Real”a, “Yuventus” “Benfika”ya qarşı YENİLƏNİR
30 Yanvar 2025 00:00
Mançester Siti Real a, Benfika Napoli yə qalib gəldi
11 Dekabr 2025 02:11
“Real”a rəqib çıxdı “Bavariya”lı üçün
26 Sentyabr 2025 12:01
Real qapıçı axtarışında
16 Oktyabr 2025 14:58
İtaliya A seriyasında ilk 10 dəqiqədə iki qapıçı qırmızı vərəqə alıb VİDEO
22 Dekabr 2025 03:23
Baxış sayı:67
Bu xəbər 29 Yanvar 2026 11:26 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















