Icma.az
close
up
RU
Qapıları 13 əsrdir ki, açıqdır... Fotolar

Qapıları 13 əsrdir ki, açıqdır... Fotolar

Icma.az xəbər verir, Qafqazinfo saytına əsaslanaraq.

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasının (WUF13) açılış mərasimində çıxışı zamanı Azərbaycanın qədim şəhərlərinin və tarixi memarlıq abidələrinin ölkənin mədəni irsinin mühüm hissəsi olduğunu bildirib.

“Qafqazinfo”nun məlumatına görə, dövlət başçısı qeyd edib ki, təkcə Bakı deyil, Azərbaycanın bir çox qədim şəhərləri də öz zəngin memarlıq ənənələri ilə seçilir.

Prezident çıxışında müxtəlif dövrlərə aid tarixi abidələri nümunə göstərərək onların qorunmasının və gələcək nəsillərə ötürülməsinin vacibliyini vurğulayıb.

İlham Əliyev vaxtilə Şirvanşahlar dövlətinin paytaxtı olmuş Şamaxı şəhərində yerləşən və 743-cü ildə tikilmiş Cümə məscidi dünyanın ən qədim məscidlərindən biri kimi qeyd edib:

“Vaxtilə Şirvanşahlar dövlətinin paytaxtı olan Şamaxı ⁠14-cü əsrdə yaşamış dahi Azərbaycan şairi Nəsiminin vətəni və 743-cü ildə tikilmiş dünyanın ən qədim məscidlərindən birinin yerləşdiyi şəhərdir”.

Məscid 743-744-cü illərdə inşa edilib. Cənubi Qafqazda Dərbənd Cümə məscidindən (734-cü ildə inşa edilib) sonra ən qədim məsciddir.

Orta əsrlərdə bir neçə dəfə bərpa edilmiş məscid 1856 və 1902-ci illərdə baş verən Şamaxı zəlzələləri zamanı dağılıb.

1918-ci ilin mart hadisələri zamanı ermənilər tərəfindən yandırılmış məsciddə son restavrasiya işləri Prezident İlham Əliyevin sərəncamı əsasında 2010-2013-cü illərdə aparılıb.

Əlavə edək ki, dahi şair Nəsiminin vətəni olan Şamaxıda həm də Nəsimi Bağları Kompleksi ərazisi yaradılıb.

Burada Nəsiminin müasir üslubda hazırlanmış nəhəng heykəli yerləşir ki, o da öz əzəməti ilə Şamaxıya gələn hər kəsi valeh edir.

Böyük İpək Yolunun üzərində yerləşən Şamaxı əsrlər boyu mədəniyyətlərin, karvanların və sivilizasiyaların qovuşduğu məkan olub.

Bu torpaqlar saysız imperiyaların izinin, zəlzələlərin, dirçəlişlərin canlı şahidi olub.

Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, Şamaxı Azərbaycanın qədim şəhərsalma və tarixi irsinin ən mühüm simvollarından biridir.





Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:167
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 19 May 2026 19:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Məktəblərdə geyimlə bağlı qərar buna görə verilib deputat açıqladı

10 Oktyabr 2026 21:01see1063

Liqa 1: “Monako” evdə “sülh”ə razılaşdı

11 Oktyabr 2026 01:07see367

Karrik azarkeşlərin etirazına münasibət bildirdi

11 Oktyabr 2026 01:11see364

Azərbaycanda İnstaqram və Tiktok işləmir

12 Oktyabr 2026 08:39see303

Xalq artistindən qızı ilə İspaniyada CANLI İFA

10 Oktyabr 2026 18:50see276

Qəhvəyi mərmər bağacığının Quba Xaçmaz bölgəsində artımının səbəbləri açıqlanıb

10 Oktyabr 2026 20:16see248

Azərbaycanın tanınmış şairi VƏFAT ETDİ

11 Oktyabr 2026 01:05see229

Özəl Məhkəmə Ekspertlərinin Palatası yaradılacaq Tarix AÇIQLANDI

10 Oktyabr 2026 20:01see228

Məktəblərdə vahid geyim niyə vacibdir? Aygün Bağırlı

11 Oktyabr 2026 10:22see216

Hicab üzərindən manipulyasiya və etiqad azadlığının sərhədi: reallıq nədir?

11 Oktyabr 2026 19:35see214

Xarici turizmə maraq azalır: Ekspertlər üç əsas səbəbi açıqladılar

11 Oktyabr 2026 14:45see210

“Özünü ələ al” müalicə deyil Ölkədə bu xəstəliyə qarşı mübarizə necə aparılır? KONKRET

11 Oktyabr 2026 09:56see203

“Qarabağ atı” heykəlinin müəllifi danışdı

11 Oktyabr 2026 08:00see198

“Uzak Şehir” serialının aktrisası geyimi ilə gündəm oldu FOTO

10 Oktyabr 2026 22:53see194

Türkiyədə yük maşını sərnişin avtobusu ilə toqquşub 11 nəfər ölüb, 27 insan xəsarət alıb

11 Oktyabr 2026 13:57see188

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

12 Oktyabr 2026 02:02see187

“O hələ sağdır... onun poetikasının dünya ədəbiyyatına çıxışına şərait yaratmaq hələ də gec deyil...”

10 Oktyabr 2026 20:32see181

Ukrayna Ordusu Rusiyada qitələrarası raketlərin xidmət mərkəzinə zərbə endirib

11 Oktyabr 2026 14:40see174

Mixək çayının yaddaşa faydası

12 Oktyabr 2026 03:03see170

Dövlətçilik və strateji məsuliyyət

11 Oktyabr 2026 16:15see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri