Qaqauziya rəhbərinin həbsi Moldovada gərginliyi artırdı: Ölkədə sabitlik pozula bilər
GlobalInfo portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Qaqauziyanın rəhbəri Yevgeniya Qutsulun məhkum edilməsindən sonra Moldovada sabitliyin pozulması riski yaranıb.
Globalinfo.az xəbər verir ki, bu barədə Qaqauziya parlamenti və İcraiyyə Komitəsinin yaydığı birgə bəyanatda bildirilir.
“Biz Qaqauziyadakı vəziyyətin sabitliyinin pozulmasına və Komratla Kişinyov arasında münaqişənin dərinləşməsinə görə bütün məsuliyyəti yalnız Moldova Respublikasının mərkəzi orqanlarının üzərinə qoyuruq”.
Açıqlamada Moldova hakimiyyəti siyasi repressiya yolunu tutmaqda ittiham olunur.
Qeyd edək ki, avqustun 5-də Moldova məhkəməsi Qutsulu müxalif “Şor” partiyasının qanunsuz maliyyələşdirilməsində iştirak ittihamı ilə 7 il müddətinə azadlıqdan məhrum edib. Hökm elan edildikdən sonra Kişinyovda məhkəmə binası qarşısında etirazlar baş verib, polis və Qutsul tərəfdarları arasında toqquşma yaşanıb.
Tahir Turan
Globalinfo.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:105
Bu xəbər 07 Avqust 2025 23:10 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















