Qlobal Ekologiya Fondu Liviyada Ubari göllərinin qorunması üçün maliyyə ayırıb
Azertag saytına istinadən Icma.az xəbər verir.
Qahirə, 23 dekabr, AZƏRTAC
Qlobal Ekologiya Fondu Liviyada yeni ekoloji layihə həyata keçirəcək. Layihə Ətraf Mühit Nazirliyi ilə tərəfdaşlıq çərçivəsində baş tutacaq.
AZƏRTAC xəbər verir ki, 5,8 milyon dollar dəyərində olan layihə beş il davam edəcək. Layihə unikal Ubari gölləri hövzəsində torpaq deqradasiyası və biomüxtəlifliyin itirilməsi kimi problemlərin həllini, eyni zamanda səhra bölgələrində dayanıqlı iqtisadi inkişafın təşfiqini hədəfləyir.
Proqram çərçivəsində sahəsi 100 min hektara qədər olan Ubari Gölləri Milli Parkının yaradılması planlaşdırılır, 225 hektar su-bataqlıq ərazilərin və vahələrin bərpası nəzərdə tutulur, həmçinin 2 250 nəfərin dayanıqlı işlə təminatına dəstək verilir. Bildirilib ki, təşəbbüs ekoturizm və dayanıqlı kənd təsərrüfatı sahələrində təxminən 700 yeni iş yeri yaradır ki, bu da yerli gəlir mənbələrini gücləndirir və göllərin ətrafında yaşayan icmaları dəstəkləyir.
Qeyd edək ki, Liviyanın cənubunda Ubari regionunda susuz səhranın ortasında səpələnmiş göllər öz unikallıqları ilə seçilirlər. Təbiətinin gözəlliyi onu turistlər üçün cəlbedici bir məkana çevirib. Ərazi səhra turizmi ilə seçilir, çünki burada duzlu göllər mövcuddur. Onların ən mühümü hündür qum təpələri ilə əhatə olunmuş Qəbrun gölüdür.
Bundan əlavə, Umm əl-Məi, Umm əl-Hisan, Tərunə və Məndərə gölləri də var. Bu göllərdən bəziləri quruyub, bəzilərində isə hələ də su mövcuddur.
Şıxəli Əliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Qahirə
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:22
Bu xəbər 23 Dekabr 2025 14:39 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















