Icma.az
close
up
RU
Qaqauzlardan ultimatum: “Öz respublikamızı yaradacağıq” FOTO

Qaqauzlardan ultimatum: “Öz respublikamızı yaradacağıq” FOTO

Moderator.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Qaqauzlar rəsmi Kişinyovu ölkənin cənubunda muxtariyyətin ləğvinə yönəlmiş hərəkətlərdə ittiham ediblər

Qaqauzlar rəsmi Kişinyovu ölkənin cənubunda muxtariyyətin ləğvinə yönəlmiş hərəkətlərdə ittiham ediblər.

Bunu “Qaqauz xalqı” İctimai Hərəkatının lideri İvan Burqudji “Nezavisimaya qazeta”ya deyib. Onun sözlərinə göeə, Moldova hakimiyyəti “Qaqauziya muxtariyyətinin səlahiyyət və hüquqlarını əyalət səviyyəsinə endirməyə çalışır”. O bildirib ki, Qaqauziys kəndlərində yerli şuralar səviyyəsində vəziyyətlə bağlı müzakirələrə başlanılıb və fevralda qurultayı olacaq, orada muxtariyyətin müstəqil Qaqauz Respublikası statusu ilə əvəzlənməsi məsələsi müzakirə olunacaq.

Qaqauz muxtariyyətinin başkanı (rəhbəri) Yevgeniya Qutsul bir gün əvvəl keçirdiyi brifinqdə istilik xərclərinin pensiyaları aşdığı bir vaxtda Moldova hakimiyyətini qaqauz xalqına yardımın göstərilməsinə mane olmaqda ittiham edib. Moldovada qadağan olunmuş “Şor” partiyasının lideri İlan Şor qazın bahalaşması ilə əlaqədar təqaüdçülərə və Qaqauziyanın aztəminatlı sakinlərinə 1000 ley (5 min rubl) təzminat vəd edib. Qaqauz muxtariyyətinin başkanı Moldova prezidenti Maya Sandunu qaz tariflərinin və zəruri ərzaq mallarının qiymət artımında günahlandırıb.

Qaqauziya Xalq Assambleyasının sədri Dmitri Konstantinovun sözlərinə görə, Moldova Respublikası “Qaqauziyanın xüsusi hüquqi statusu haqqında” qanunun müddəaları qəsdən sabotaj edir. Ölkə hakimiyyəti Qaqauziya hakimiyyətinə öz sakinlərinə dəstək olmağa imkan vermir.

Bu yaxınlarda Aİ-nin Moldovadakı nümayəndiliyi Kişinyov rəhbərliyinə muxtariyyətə səfər etməyi və qaqauzların problemləri ilə maraqlanmağı tövsiyə ediblər, amma buna əməl edilməyib.

Buna cavab olaraq Qaqauziyanın paytaxtı Komrat şəhərində mitinq keçirilib. Qaqauziya rəhbərliyindən Moldova hakimiyyətinin muxtariyyəti boğduğu bir vaxtda nə edəcəklərinə qərar verməyi tələb ediblər. qanuni səlahiyyətlər. İvan Burqudji deyib ki, “Moldova parlamentinin qanunları Qaqauziya ərazisində tətbiq olunmağa davam edə bilər, lakin Qaqauziya Xalq Assambleyasının qəbul etdiyi qanunlarla ziddiyyət yaranarsa, ikincisi üstünlük təşkil edəcək”.

Burqudji deyib Moldovanın ali rəhbərliyi bu günə kimi beynəlxalq təşkilatların, o cümlədən Venesiya Komissiyası və ATƏT-in Qaqauziyanın fəaliyyəti və onun həyata keçirilməsi ilə bağlı bir qətnaməsini və ya tövsiyəsini belə yerinə yetirmir.

Xalq Məclisinin ilk rəhbəri, Qaqauz Respublikasının yaradıcılarından biri Mixail Kendigelyan xatırladıb ki, bir vaxtlar qaqauziyalılar sülhü qorumaq üçün müstəqil respublika əvəzinə muxtariyyət yaradılmasına razılaşıblar. 2014-cü ildə Qaqauziyada referendum keçirildi və seçicilərin 96%-dən çoxu Qaqauziyanın “öz müqəddəratını təyinetmə” hüququna səs verdi. Kendigelyanın sözlərinə görə, qaqauzlar bütün səviyyəli deputatların qarşıdan gələn qurultayında bu barədə danışacaqlar.

Yada salaq ki, bu il Qaqauziya muxtariyyətin bu il 30 ili tamam olur. 19 avqust 1990-cı ildə Xalq Konqresi Qaqauzların Moldovadan müstəqillik bəyannaməsini qəbul etdi və 23 dekabr 1994-cü ildə Moldova Qaqauziyanın muxtariyyət hüququnu tanıdı. Qaqauzlar XV əsrdən bəri ilk dəfə olaraq Moldova Respublikasının tərkibində muxtariyyət formasında da olsa, dövlətçilik əldə etdilər. Qaqauzlar Moldovanın cənubunda əsrlər boyu Qara dəniz bölgəsində yaşayan kiçik xalqdır. Yaşayış yerlərini dəyişmədən əvvəlcə Valaxiyanı, sonra Moldova knyazlığını, sonra Osmanlı İmperiyasını, daha sonra uzun müddət Rusiya İmperiyasının bir hissəsi olublar. Rumıniyanın , sonra SSRİ-nin Odessa vilayətində, sonra Moldova Sovet Sosialist Respublikasının tərkibində yaşayıblar. /Musavat.com/

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:159
embedMənbə:https://moderator.az
archiveBu xəbər 20 Dekabr 2024 14:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see257

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see228

Sülh Şurası BMT yə alternativ olacaq?

23 Yanvar 2026 20:16see224

“Xocalı: şahidlər danışır” kitabı qırğız dilində işıq üzü görüb

23 Yanvar 2026 18:54see188

Adam qələmi atıb, qaçmaz, Şərif Ağayar! Emil Rasimoğlu yazır...

23 Yanvar 2026 13:53see181

Göyçayda sahibkarın 5 milyonluq soyuducu anbarı 35 minə hərraca çıxarıldı VİDEO

23 Yanvar 2026 14:10see175

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see172

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see171

Kevin Yakob “Qarabağ”ın transfer siyahısına düşüb

23 Yanvar 2026 18:15see168

Napoli nin hücumcusu əməliyyat ola bilər

23 Yanvar 2026 14:48see167

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see157

Kriminal həyat tərzini təbliğ edən 954 sayt bloklanıb

23 Yanvar 2026 16:40see152

Tramp Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyana təşəkkür edib

24 Yanvar 2026 04:20see150

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see148

Neftçalada bir ailə qəzaya düşdü, yeniyetmə oğul öldü

24 Yanvar 2026 16:04see145

İtaliya A Seriyası: İnter rəqibini qol vurmağa peşman etdi

24 Yanvar 2026 02:53see143

Rusiya: Ukrayna ordusu Donbas bölgəsini tərk etməlidir

23 Yanvar 2026 15:18see143

Andrey Demçenko: İmişli də eyni şərtlərdə oynayırdı

23 Yanvar 2026 17:28see140

Azərbaycan Trampın yaratdığı Sülh Şurasında qərar verən qlobal aktora çevrilir

24 Yanvar 2026 02:53see137

Donald Trampdan İlham Əliyevlə bağlı təşəkkür paylaşımı

24 Yanvar 2026 06:04see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri