Icma.az
close
up
RU
Qar havanı həmizləyir, amma... AÇIQLAMA

Qar havanı həmizləyir, amma... AÇIQLAMA

Icma.az, Manset portalına istinadən məlumatı açıqlayır.

“Qar cəmiyyətə və iqtisadiyyata aktiv təsir göstərən ən geniş yayılmış təbiət hadisələrindən biridir. Qar örtüyü ekosistemlərin fəaliyyətində mühüm rol oynayır. O, iqlimə, relyefə, hidroloji və torpaq əmələ gətirən proseslərə, bitki və heyvanların həyatına əhəmiyyətli təsir göstərir. Qar örtüyünün dinamikasının müşahidəsi iqlim və ekosistemin hərtərəfli monitorinqinin vacib komponentidir”.

Manset.az Metbuat.az-a istinadən xəbər verir ki, bunu meteoroloq Cavid Hüseynov deyib. Onun sözlərinə görə, qarın təbiətə və canlı aləmə təsiri müxtəlif formalarda özünü göstərir:

“Qar albedosunun artması nəticəsində yer səthinə çatan günəş radiasiyasının miqdarı azalır və bu da atmosferdə istilik mübadiləsinə təsir edərək temperatur balansını qoruyur. Yüksək əks etdirmə qabiliyyətinə malik olan qar xüsusilə uzun qütb gecələrinin olduğu ərazilərdə işıqlandırmanı artırır. Bununla yanaşı, qar örtüyü torpağın atmosferə buraxdığı istiliyi saxlayaraq onun donmasının qarşısını alır ki, bu da torpağın münbitliyinə müsbət təsir göstərir. Əriyən qar torpağı nəmləndirir və qidalandırır, nəticədə kənd təsərrüfatı üçün əlverişli şərait yaradır. Qar örtüyü bitkilərin və heyvanların soyuqdan qorunmasına da kömək edir. Qar və torpaq arasında əmələ gələn izolyasiya olunmuş hava təbəqəsi termal vakuum yaradır ki, bu da bitkiləri donmaqdan, torpağın isə həddindən artıq donmasından qoruyur. Nəticədə, çoxillik bitkilərin kökləri, eləcə də taxılların tumurcuqları zədələnmədən qış fəslini keçirə bilir. Qar örtüyü eyni zamanda vegetasiya dövrünün müddətini, bitkilərin fenofazalarının başlama tarixlərini və məhsuldarlığını müəyyən edən əsas amillərdən biridir. Bundan əlavə, qar örtüyü canlıların həyat formalarının inkişafına və ekosistemlərdə növ müxtəlifliyinin artmasına şərait yaradır”.

C.Hüseynov bildirib ki, qar su dövranında mühüm yer tutur:

“Qar çayların qidalanmasında və axınındakı suyun əsas hissəsini təşkil edərək illik axım miqdarını müəyyən edir. Yaz dövründə qarın əriməsi daşqınların səviyyəsinə və çayların buz rejiminə təsir göstərir. Qar həmçinin dağlarda termal aşınmaya kömək edir və atmosferin çirkləndiricilərdən təmizlənməsinə şərait yaradır. Qarın insan sağlamlığına da müəyyən müsbət təsirləri var. Qar yağıntısı zamanı havadakı toz, allergenlər və digər çirkləndiricilər yerə çökərək atmosferi təmizləyir ki, bu da xüsusilə allergiya və astma xəstələri üçün faydalıdır. Soyuq hava insan orqanizminin müqavimətini artırır, immun sistemini gücləndirərək infeksiyalara qarşı dözümlülüyü yüksəldir. Bədən temperaturunun sabit qalması üçün daha çox enerji sərf edildiyindən maddələr mübadiləsi sürətlənir və bu, arıqlamağa kömək edir. Eyni zamanda soyuq hava qan dövranını yaxşılaşdırır, dərinin sağlam görünüşünü qoruyur. Qar yağışı insanlarda psixoloji rahatlıq yaradır və stressi azaldır. Günəş işığının qar tərəfindən əks olunması D vitamini sintezini davam etdirərək sümüklərin və immun sisteminin güclənməsinə kömək edir”.

Mütəxəssis qarın mənfi təsirlərini də istisna etməyib:

“Qar atmosferi çirkləndiricilərdən təmizləsə də, yazda ərimə zamanı bu çirkləndiricilər torpağa və su hövzələrinə qarışaraq ekosistemlərə zərər verə bilər. Qısa müddətli ərimə baş verdikdə isə qarın səthi buza çevrilir və buz təbəqəsi əmələ gəlir ki, bu da bitkilərin oksigen tədarükünü məhdudlaşdıraraq onların çürüməsinə səbəb ola bilər. Bundan əlavə, qar insanların iqtisadi fəaliyyətinə də həm müsbət, həm də mənfi təsir göstərir. Qar örtüyü qış turizmini və qış idman növlərinin inkişafını təşviq etsə də, digər tərəfdən nəqliyyat və sənaye sahələrinə ciddi problemlər yaradır. Qış mövsümündə magistral yolların, dəmir yollarının və şəhərlərin qar təmizlənməsi üçün böyük həcmdə maliyyə vəsaiti tələb olunur. Şəhər nəqliyyatı və sənaye müəssisələrinin fəaliyyəti ləngiyir, tikinti sektorunda işlər çətinləşir”.

Meteoroloq vurğulayıb ki, qar atmosfer hadisələri arasında xüsusi yer tutur və təbiətə, kənd təsərrüfatına, ekosistemlərə və insan həyatına mühüm təsir göstərir. Ona görə də qar örtüyünün dinamikasını öyrənmək, onun idarə olunması və təsirlərindən səmərəli istifadə etmək vacib məsələlərdən biridir.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:114
embedMənbə:https://www.manset.az
archiveBu xəbər 27 Fevral 2025 08:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ağdərədə minaya düşən gənc müalicəsini evdə davam etdirəcək

11 Sentyabr 2026 16:25see264

Süni kirpiklər gözlər üçün risk yaradır Araşdırma

11 Sentyabr 2026 17:03see251

Uşaqlarda qarın ağrısının adi və cərrahi səbəbləri

11 Sentyabr 2026 15:27see248

Alimlər Teylor Sviftə gözlənilməz bir mükafat verdilər...

11 Sentyabr 2026 21:20see247

2026 2027 ci illərdə sosial şəbəkələrdə effektivliyin artırılması

11 Sentyabr 2026 12:49see246

Bakıda 18 yaşlı qızın meyiti tapıldı

11 Sentyabr 2026 18:26see245

“Azəri Çıraq Günəşli” yataqlar blokunun ikinci həyatı

12 Sentyabr 2026 01:58see243

Məni ad günlərinə çağırmayın , deyən Röya onun doğum günündə (Fotolar)

11 Sentyabr 2026 17:12see242

Müəllim əməliyyatdan sonra öldü

11 Sentyabr 2026 09:12see229

Siqal Rusiyadakı 7 milyon dollarlıq malikanəsini satışdan çıxardı Səbəb təəccüblüdür

12 Sentyabr 2026 04:01see221

Qızılın qiyməti ardıcıl üçüncü həftəni itkilərlə tamamlamağa hazırlaşır

11 Sentyabr 2026 21:28see221

Ermənistan Türkiyəyə gül göndərdi, amma... Paşinyana şikayət edildi...

12 Sentyabr 2026 08:50see219

Səhərlər qrip kimi oyanırsınız? Həkim AÇIQLADI

11 Sentyabr 2026 13:57see219

Daşqınların Nepal iqtisadiyyatına vurduğu ziyan açıqlandı

11 Sentyabr 2026 22:22see216

Sergey Bezrukov 5 min rublluq əsginasın içinə “həbs edildi”

12 Sentyabr 2026 03:34see214

Qriqori Leps boşanarkən əmlak bölən kişiləri tənqid etdi

12 Sentyabr 2026 04:47see210

Yanacaq bazarında tarixi rekord Dizel benzini də geridə qoydu

12 Sentyabr 2026 09:19see203

Bundesliqa: “Şalke” inamlı qələbə qazandı

12 Sentyabr 2026 01:04see203

Yeni Klinikada ilk dəfə mexaniki trombektomiya icra edilib

11 Sentyabr 2026 15:19see197

Vyanada Azərbaycan Mədəniyyət Mərkəzində Qırğızıstana həsr olunmuş kitabın təqdimatı keçirilib

12 Sentyabr 2026 13:27see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri