Qar təmizləyərkən yıxılan qadın milyonçu oldu
Lent az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Qazaxıstanın Jambıl vilayətində Korday Rayon Məhkəməsi kommunal müəssisənin keçmiş əməkdaşı ilə işəgötürən arasında yaranan mübahisəni barışıq yolu ilə həll edib. Qar təmizləyərkən ağır xəsarət alan qadın maliyyə kompensasiyası əldə edib.
Lent.az yerli mediaya istinadla bildirir ki, hadisə 2023-cü ilin dekabrında baş verib.
Mənzil-kommunal təsərrüfat müəssisəsində işləyən qadın qar təmizləməyə çıxıb. Küçəni süpürən zaman qadın sürüşərək yıxılıb və ciddi xəsarətlər alıb.
Korday Rayon Məhkəməsinin məlumatına görə, qadının aldığı xəsarət ağır istehsalat travması kimi tanınıb. Baş verən bədbəxt hadisədə işəgötürənin təqsiri 100 faiz müəyyən edilib. Tibbi rəyə əsasən, zərərçəkmiş əmək qabiliyyətinin 50 faizini itirib. Həkimlər ona əlavə tibbi yardım, sosial reabilitasiya kursu və sanatoriya-kurort müalicəsi keçməyi tövsiyə ediblər.
Müalicə və bərpa xərclərinin ödənilməsi üçün qadın məhkəməyə müraciət edib. Məhkəmə prosesi zamanı tərəflər barışıq prosedurundan istifadə edərək razılığa gəliblər.
Razılaşmanın şərtlərinə əsasən, kommunal müəssisə məhkəmə qərarı qüvvəyə mindikdən sonra üç iş günü ərzində zərərçəkmiş qadına 1,6 milyon təngə ödəməlidir.
Məhkəmənin qərarı artıq qanuni qüvvəyə minib.
Baxış sayı:129
Bu xəbər 19 Sentyabr 2026 17:07 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















