Qar Zabrat yolunu deşik deşik etdi: Nəqliyyatın hərəkəti üçün TƏHLÜKƏ yarandı
Oxu.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Bakıda güclü qar yağdıqdan sonra Şəhər şosesinin (Zabrat yolu) bir çox hissəsi yararsız hala düşüb.
Oxu.Az xəbər verir ki, bununla bağlı videogörüntü sosial şəbəkədə yer alıb.
Qeyd olunub ki, yolun bir çox hissəsində dərin çuxurlar meydana gəlib. Yaranan vəziyyət həm nəqliyyatın hərəkəti üçün təhlükə yaradır, həm də avtomobillərə ciddi ziyan vurur.
Məsələ ilə bağlı Oxu.Az-a açıqlama verən Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli yoldakı problemin yaxın günlərdə aradan qaldırılacağını bildirib.
"Son günlər yağan güclü qardan sonra yolda belə bir problem yaranıb. Ümumilikdə, hərəkətin intensiv olduğu yollarda bu cür çuxurlar yarana bilir. Hazırkı vəziyyətlə bağlı qeyd edə bilərəm ki, hava şəraiti imkan verən kimi yollarda təmir işləri həyata keçiriləcək", - deyə A.Nəcəfli bildirib.
Əzizə İsmayılova
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:83
Bu xəbər 26 Fevral 2025 17:26 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















