Icma.az
close
up
RU
Qara çayın faydaları və ziyanları

Qara çayın faydaları və ziyanları

Icma.az, Metbuat saytına istinadən bildirir.

Mütəxəssislər uzun illərdir ki, qara çayın faydalı xüsusiyyətlərini öyrənirlər. Tədqiqatlar göstərir ki, gündə 1 stəkan çay içənlərin immun sistemi daha güclü olur.

Metbuat.az xəbər verir ki, qara çay xüsusilə mövsümü soyuqdəymələr zamanı daha çox faydalıdır. Ağır və yağlı yeməklərdən 1 saat sonra qəbul olunması həzm prosesini asanlaşdırır. Ona rəng verən birləşmələr damar çəpərlərini gücləndirir, beyin də daxil olmaqla bütün orqanlarda hər cür qanaxma riskini azaldır. Çay içilməsi qan dövranını yaxşılaşdırır, diş minasını möhkəmləndirir, bədəni zərərli maddələrdən təmizləyərək böyrəklərin daha yaxşı işləməsini təmin edir.

Qara çay B2, C və E vitaminləri, maqnezium, kalium, sink və kofein ehtiva etdiyi üçün dəriağardıcı təsirə malikdir. O, qanda xolesterinin səviyyəsini aşağı salır. Bu ətirli içkini qəbul etmək ürək-damar xəstəliklərinə profilaktiki təsir göstərir. Belə ki, çayda olan faydalı maddələr damarları təmizləyir və elastikliyi artırır.

Artıq və vaxtsız içilən çay orqanizmə mənfi təsir göstərir, çünki onun tərkibindəki bəzi maddələr qidadan alınan dəmirin miqdarını azaldır. Çaydan ifrat istifadə əsəb pozğunluğu, yüksək təzyiq, əl titrəməsi, baş ağrısı və yuxusuzluq kimi hallara səbəb ola, revmatizmdən əziyyət çəkənlərin isə səhhətində problem yarada bilər.

Çay, eyni zamanda, pəhriz üçün də yaxşı vasitədir, çünki kalorisizdir. Onun vasitəsilə maddələr mübadiləsini yaxşılaşdırmaq olar. İçərisinə faydalı bitkilər əlavə edilməklə çay içilməsi artıq kalori və çəkidən azad olmağa kömək edir. Lakin həddindən artıq şəkərli çay içmək isə ürək-damar, köklük kimi xəstəliklərə səbəb olur. Ümumiyyətlə, gün ərzində dörd fincandan artıq və tünd çay içməkdən çəkinmək lazımdır. Orqanizmin ehtiyac duyduğu mayeni isə su ilə ödəmək məsləhətdir.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:186
embedMənbə:https://metbuat.az
archiveBu xəbər 25 May 2025 07:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ozan Güven “Aşk ı Memnu”nun “Behlül”ü ola bilərmiş

16 Noyabr 2026 02:02see313

İngiltərə İspaniyanı məğlub edərək qrup lideri OLDU

16 Noyabr 2026 01:51see305

Futbol turniri valideynlərin davranışına görə dayandırıldı

16 Noyabr 2026 01:15see272

Dislipidemiyanın aktual məsələləri: Qərar qəbuletmə vaxtı mövzusunda Elmi praktiki simpozium həyata keçiriləcək

16 Noyabr 2026 12:04see253

Onkoloji xəstəliklərin müalicəsi sığorta ilə ödənilməlidir Deputatdan TƏKLİF

16 Noyabr 2026 16:37see253

Belçikadan möhtəşəm geridönüş: İtaliya darmadağın edildi

16 Noyabr 2026 01:56see251

Deklan Rays “Arsenal”la beşillik müqavilə barədə razılığa gəldi

17 Noyabr 2026 01:11see236

Musiqi alətində ifa edən uşaqlar daha yaddaşlı OLUR

16 Noyabr 2026 23:43see233

Uşaqlarınızı bu əşyadan qoruyun Azərbaycanlı həkim (VİDEO

16 Noyabr 2026 12:36see229

Uorren Baffet 5,5 milyard dollarlıq səhmlərini xeyriyyə fondlarına bağışlayıb

17 Noyabr 2026 04:19see210

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

17 Noyabr 2026 05:32see208

Ən çox qazanan televiziya aktyorları...

16 Noyabr 2026 20:52see208

Xərçəngdən sonra ən böyük qorxu: Xəstəlik təkrarlanmasın deyə nə etməli?

16 Noyabr 2026 22:45see207

Küləkli havada uşaqlarda qulaq ağrısı və qulaq iltihabı riski artırmı?

16 Noyabr 2026 14:44see206

Dövlət bu xəstələrin də müalicə pulunu ödəyəcək?

16 Noyabr 2026 15:49see205

Ayxan Abbasov: “Ən aşağı pilləyə düşmüşdük, indi yavaş yavaş yüksəlməliyik”

17 Noyabr 2026 01:42see202

Bu ilin büdcəsində niyə profisit yaranıb?

16 Noyabr 2026 17:35see197

Xaçmazda ev yandı, 90 yaşlı sahibəsi həlak oldu

16 Noyabr 2026 20:15see196

Qışı sərt keçən rayonlarda qaz və işıq limitləri dəyişəcək? VACİB AÇIQLAMA

17 Noyabr 2026 13:59see186

Təcili yardım stansiyasının müdiri işçilərdən rüşvət alır? YENİLƏNİB

17 Noyabr 2026 14:53see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri