Icma.az
close
up
RU
Qara ciyər kistaları

Qara ciyər kistaları

Saglamolun portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Bəzən hər hansı digər pozulma ilə bağlı keçirilən USM və ya tomoqrafiya zamanı insanın qara ciyərində təsadüfən kista aşkar edilir. Bu halda nə etmək lazımdır?

Adətən belə kistalar, həqiqətən, təsadüfən aşkar edilir, özünü heç bir simptomla büruzə vermir və insanın səhhətinə heç bir mənfi təsir etmir. Statistikaya əsasən, qara ciyər kistaları insanların 1%-ndə təsadüf edilir. Qadınlarda belə kistalar kişilərlə müqayisədə daha tez-tez hallarda əmələ gəlir. Statistikaya əsasən qara ciyər kistaları 30-50 yaş arasında daha tez-tez əmələ gəlir.

Qara ciyər kistası xoşsassəli boşluqlu törəmədir. Əksər hallarda kistanın içində iysiz şəffaf maye olur.

Kistalar qara ciyərin müxtəlif paylarında, qara ciyərin üzərində və ya dərində yerləşə bilər. Kistanın diametri bir neçə millimetrdən başlayaraq 25 və daha artıq sm-ə kimi ola bilər. Böyük ölçülərdə ola kistalar qarının birtərəfli böyüməsinə, iştahasızlığa, bədən çəkisinin azalmasına, sarılığa, ürəkbulanmasına, təngnəfəsliyə səbəb olur.

Kistaların dəqiq əmələ gəlmə səbəbi tibbdə hələ ki məlum deyil. Tibbdə bu kimi səbəblər qeyd edilir:

- bətndaxili dövründə inkişaf edən bəzi pozulmalar,

- iltihab,

- travma,

- hormonal preaparatların uzun müddət ərzində qəbulu,

- bəzən belə kistalar digər xəstəliklərin fonunda (qara ciyər sirrozu, öd daşı xəstəliyi, böyrəklər polikistozu və s.) əmələ gəlir.

Qara ciyərdə kista aşkar olunduqdan sonra mütləq qara ciyər xəstəliklərində ixtisaslaşmış cərraha müraciət etmək lazımdır. Məsələ burasındadır ki, bəzən digər daha təhlükəli xəstəliklər adi kista ilə səhv salına bilər. Bu halda yalnız mütəxəssis bəzi kiçik əlamətlərə əsaslanaraq düzgün diaqnoz qoya bilər.

Qara ciyərdə kistanın əmələ gəlmə səbəbi exinokokk qurdu da ola bilər. Bu qurd orqanizmə keyfiyyətsiz natəmiz qida və su ilə daxil olaraq, qan axını ilə qara ciyərə çatır və burada yaşamağa başlayır. Vaxt keçdikcə qurd böyük ölçülərə çatır, qara ciyəri sıxır, onun fəaliyyətini pozur. Exinokokk kistaları yalnız cərrahiyyə yolu ilə müalicə olunur.

Bəzən qara ciyərdə adi kista yox - kista şişi təyin oluna bilər. Adi kistalardan fərqli olrarq belə şişlər vaxt keçdikcə bir çox hallarda xərçəngə çevrilir. Bu səbəbdən belə kista aşkar olunduqdan sonra mütləq xaric olunmalıdır.

Lakin bir çox hallarda qara ciyərdə aşkar olunmuş kista təhlükəli olmur. 4-5 sm kimi olan kistalar adətən heç bir xüsusi müalicə tələb etmir və onlara sadəcə daim nəzarət etmək lazımdır (müəyyən fasilələrlə USM-dən və mütəxəssisin müayinəsindən keçmək).

Əgər qara ciyər kistasının ölçüsü 5-6 sm-dən böyükdürsə, kista müxtəlif pozulmalara  səbəb olursa (kistanın irinləməsi, yırtılması, burulması, qanaxma, qarında ağrılar, hərarətin qalxması və s.), onun ölçüləri tez böyüyürsə, bu halda cərrahiyyə müalicəsi tələb oluna bilər.

Hal hazırda belə əməliyyatlar adətən laparoskopik üsulla həyata keçirilir və bunun nəticəsində bərpa dövrü daha qısa olur və daha asan keçir.

Mənbə: www.gepaten.ru

Saglamolun.Az


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:136
embedMənbə:https://saglamolun.az
archiveBu xəbər 15 Noyabr 2024 23:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Məmməd Musayevin qardaşı oğlunun şirkəti fəaliyyətini dayandırdı KONKRET

21 Avqust 2026 11:00see388

İsveçrənin Alp dağlarında milyarderlərin pullarını qorumaq üçün gizli saxlanc yerləri tikilir

21 Avqust 2026 07:56see387

ADY də milyardlıq zərər: problem maliyyədədir, yoxsa idarəetmədə?

22 Avqust 2026 04:17see273

Vens ABŞ nin İrana qarşı iqtisadi təzyiq kampaniyasının dəqiq müddətinin olmadığını bildirib

21 Avqust 2026 07:11see225

Qarayara ilə bağlı rəsmi məlumat

21 Avqust 2026 14:12see212

Pensiya ilə bağlı mühüm ANONS: yığılan pulu tez almaq üçün… Müzakirələr başladı KONKRET

21 Avqust 2026 08:59see206

İxtisas seçiminin nəticələri bu gün elan olunacaq? RƏSMİ AÇIQLAMA

22 Avqust 2026 12:41see196

Pensiya yaşı ilə bağlı SON DƏQİQƏ İxtisara düşsəniz...

21 Avqust 2026 06:07see189

Çayı belə içmək ÖLDÜRÜR ŞOK XƏBƏRDARLIQ

21 Avqust 2026 07:08see187

Almaniya uzaqmənzilli silahlara təxminən 12 milyard avro xərcləmək istəyir

22 Avqust 2026 01:47see175

Hər gün bir milyon dollarlıq fırıldaq: Azərbaycanlıların da olduğu şəbəkə ifşa edildi

22 Avqust 2026 04:56see172

“Bu, Ankara üçün prioritet deyil” Ərdoğan

21 Avqust 2026 07:49see171

“Çelsi” “Aston Villa”dan 65 milyon istəyir

22 Avqust 2026 01:56see167

“Kişilər güclü, hər şeyi bilən qadınları sevmirlər“

22 Avqust 2026 12:32see167

Sosial şəbəkədə nalayiq ifadələr səsləndirən şəxs həbs edildi

22 Avqust 2026 01:55see165

Bakıda 18 və 20 ci mərtəbədən yıxılan gənclər öldü

21 Avqust 2026 06:36see161

Azərbaycanda respondentlərin 88% dən çoxu azyaşlıların sosial şəbəkələrə giriş qadağasını dəstəkləyir

21 Avqust 2026 14:14see159

AFFA nın Hesabat Konfransı keçiriləcək

21 Avqust 2026 16:47see158

Əməliyyatdan sonra iflic olan Nigar vəfat etdi

22 Avqust 2026 06:00see152

Ankarada mədəndə uçqun: yaralı sayı artdı

21 Avqust 2026 23:24see144
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri