Icma.az
close
up
RU
Qara cümə yoxsa, fırıldaq? Marketoloq: Məhsulların qiymətini əvvəlcə 70 80% qaldırıb, sonra guya...

Qara cümə yoxsa, fırıldaq? Marketoloq: Məhsulların qiymətini əvvəlcə 70 80% qaldırıb, sonra guya...

Icma.az, Redaktor.az saytına istinadən bildirir.

""Qara cümə"nin fəlsəfəsi sadəcə endirim deyil. "Qara cümə" ilin sonuna doğru Amerikada başlamış, stokların yenidən yenilənməsi üçün bundan öncəki passiv məhsulların sürətli satışını təmin etmək üçün atılmış bir addımdır. Bu addımın təməli ilin sonuncu ayına qalmış ayın, yəni noyabrın sonuncu həftəsində qoyulub və bundan sonra çox ciddi nəticələr əldə edilib".

Bu fikirləri Redaktor.az-a "Qara cümə" haqqında danışan marketoloq Müşviq İskəndərov bildirdi.

Onun sözlərinə görə, burada məsələ daha çox dünya trendlərinin dəyişməsi fonunda öz mahiyyətini dəyişib:

"Bu nə deməkdir? Məsələn, əvvəllər bu yalnız Amerika təcrübəsində 11-ci ayın sonuncu cüməsində baş verirdi. Müasir dövrdə isə artıq cümədən əvvəl və sonrakı günlərə də şamil olunur. Amma endirim məhsulun 50% və ya 70% olması ilə önəmli deyil; məsələ məhsul markasının keçə bildiyi dəyərdən gedir. Məsələn, 70%-lik endirim müşahidə olunursa, bu bütün məhsul kateqoriyasına aid deyil. Bütün istehlakçılara, istifadəçilərə və xidmət alanlara aydındır ki, 70% endirim edən ticarət markası həmin məhsuldan 300%-dən yuxarı marj qazanır. Və yaxud onlar stok sıxlığını aradan qaldırmaq üçün 100%-dən yuxarı dəyəri olan məhsulları 70% endirimə sala bilərlər və bu tamamilə normaldır.

Amma çox təəssüflər olsun ki, bütün hallarda olduğu kimi, bu proseslərdə də dələduzluq və hiylə hallarına rast gəlinir. Məhsulların qiymətini əvvəlcə 70-80% qaldırıb, sonra guya 70-80% endirim etmək halları da mövcuddur. Bu isə təəssüf ki, müasir marketinqin tələblərinə ziddir. Çünki biz müştərini satışdan sonra xidmət (after sales) modeli ilə özümüzdə saxlamağa, müştərini qorumağa çalışırıq. Amma nəticədə belə hallar yaşandıqda müştəri həmin ticarət nöqtəsi ilə təkrar əməkdaşlıq etmir, onun daimi müştərisi olmur və bir günlük endirimlə satış edən marka sonrakı dövrlərdə öz müştərisini itirmiş olur. Bu kimi hallara diqqət edilməlidir və müştərilərin loyallığı qorunmalıdır. Hal-hazırda marketinqin əsas prioritetlərindən biri də məhz budur".

Nuriyyə NATİQQIZI

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:40
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 28 Noyabr 2025 13:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Sabah” və “Şamaxı” yoxlama oyununda üz üzə gələcək

11 Yanvar 2026 13:28see193

Qara Qarayeva və Rəşad Hüseynova vəzifə verildi

11 Yanvar 2026 21:02see191

Sınmış ventilyatora görə milyonlar qazandı

11 Yanvar 2026 23:17see174

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see165

Nadir şahdan bu günə: İran Türkiyə Səudiyyə Ərəbistanı üçbucağı

12 Yanvar 2026 08:57see162

Həmin açıqlamadan sonra Afaqla Röya bir toyda Video

12 Yanvar 2026 10:11see159

Xoruldama infarkt və insult riskini artırır

11 Yanvar 2026 14:19see158

Ucuz ev almağın YOLLARI: Sosial mənzil mexanizmləri necə işləyir?

11 Yanvar 2026 17:29see155

Dünyanın ən yavaş reketi: 60 yaşı var, amma hələ də istifadə olunur

11 Yanvar 2026 20:28see153

Rafael Məmmədova YÜKSƏK VƏZİFƏ VERİLDİ KONKRET

11 Yanvar 2026 23:00see146

Qadın dünyaya sərxoş körpə gətirdi

12 Yanvar 2026 02:53see145

UFC nin sabiq çempionu Uitakkerlə mümkün döyüş barədə: “Bu, hamının yatdığı o qız kimidir”

11 Yanvar 2026 16:04see141

“Liverpul”da ağır itki “Qarabağ”la oyunu buraxacaq

11 Yanvar 2026 17:11see141

Qızılın qiyməti BAHALAŞDI

12 Yanvar 2026 09:52see136

İranda etirazlar: Təcili yardım maşınları zədələndi

12 Yanvar 2026 01:28see136

İran çıxılmaz vəziyyətə düşüb? KONKRET

11 Yanvar 2026 20:10see135

İranda etiraz aksiyaları ilə bağlı yeni videolar yayılıb, nümayişçilər bəzi küçələrə nəzarəti ələ keçirib VİDEO

11 Yanvar 2026 11:46see135

ABŞ lı analitikdən diqqətçəkən paylaşım FOTO

11 Yanvar 2026 22:26see129

PUA ların dövriyyəsinə xüsusi icazə və dövlət qeydiyyatı artıq “mygov”da

12 Yanvar 2026 10:10see128

Tramp İran nümayəndələri ilə görüşə bilər

12 Yanvar 2026 07:39see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri