Qara dənizdə Azərbaycan vətəndaşlarını daşıyan ticarət gəmisi batıb, ölən var
Icma.az, Apa.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Qara dənizdə Azərbaycan və Ukrayna vətəndaşlarını daşıyan ticarət gəmisi batıb.
“novinite.com”un xəbərinə görə, "Xoriv" (Khoryv) adlı gəmi Rumıniyanın Konstansa limanından 13 dəniz mili məsafədə batıb.
Hadisə nəticəsində bir dənizçi ölüb, üç nəfər itkin düşüb, doqquz nəfərin isə xilas edildiyi bildirilib.
Ümumilikdə, gəmidə 13 nəfər olub. Onlardan 10 nəfəri Ukrayna, üç nəfəri isə Azərbaycan vətəndaşı olub.
Yerli vaxtla saat 10:00 radələrində gəmi həyəcan siqnalı verib və Rumıniyanın aidiyyəti qurumları vəziyyətə müdaxilə edib.
Hələlik insidentin səbəbi bilinmir.
İlkin və təsdiq olunmamış məlumatlara görə, gəmi dron hücumuna məruz qalıb və nəticədə yanğın baş verib.
Hadisə baş verən zaman gəmi Rumıniyanın ərazi sularından kənarda olsa da, ölkənin dəniz sərhədinə yaxın olub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:127
Bu xəbər 23 Oktyabr 2026 14:18 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















