Qara dənizdə yük gəmisinə PUA hücumu olub
Xalq qazeti portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti
Qara dənizdə Türkiyə şirkətinin idarə etdiyi “Volgo Balt 226” yük gəmisinə pilotsuz uçuş aparatları ilə hücum olunub.
XQ xəbər verir ki, hadisə zamanı gəmidə 10 Azərbaycan və bir Gürcüstan vətəndaşı olmaqla, ümumilikdə 11 heyət üzvünün olduğu bildirilir. İlkin məlumata əsasən, hücum nəticəsində ekipaj üzvlərindən heç biri xəsarət almayıb.
PUA hücumu nəticəsində gəminin kapitan körpüsünə və heyətin yaşadığı kayutlara ciddi ziyan dəyib. Buna baxmayaraq, gəmi hərəkətini davam etdirərək Türkiyə istiqamətində yola düşüb.
Hazırda “Volgo Balt 226”nın Trabzon limanına doğru hərəkət etdiyi bildirilir. Gəminin limana çatdıqdan sonra texniki vəziyyətinin və hücum nəticəsində dəymiş ziyanın qiymətləndiriləcəyi gözlənilir.
Hadisənin təfərrüatları, eləcə də PUA hücumunun hansı tərəf tərəfindən həyata keçirildiyi ilə bağlı məlumatlar hələlik açıqlanmayıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:134
Bu xəbər 21 Avqust 2026 15:36 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















