Icma.az
close
up
RU
Qara Qarayev adına beynəlxalq müsabiqədə 250 dən çox gənc musiqisi iştirak edib

Qara Qarayev adına beynəlxalq müsabiqədə 250 dən çox gənc musiqisi iştirak edib

Azertag portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Moskva, 28 aprel, AZƏRTAC

Moskvada görkəmli Azərbaycan bəstəkarı Qara Qarayevin adına keçirilən beynəlxalq müsabiqənin yekun tədbiri olub.

AZƏRTAC xəbər verir ki, müsabiqənin təşkilatçısı qismində 2002-ci ildən bəstəkarın adını daşıyan uşaq musiqi məktəbi çıxış edib. Rusiya paytaxtındakı M.İ.Rudomino adına Xarici Ədəbiyyat Kitabxanasında mükafatlandırma mərasimi və laureatların konserti keçirilib.

Müsabiqə 2018-ci ildən təşkil olunur və 2021-ci ildən bəri beynəlxalq statusa malikdir. 2024-cü ildə məxsusi olaraq pianoçular və fortepiano duetləri üçün əlavə müsabiqə təsis edilib. Həmin vaxtdan hər iki formatı illər üzrə təsnif etmək qərara alınıb; cüt illərdə fortepiano, tək illərdə isə bu il olduğu kimi, çoxjanrlı müsabiqələr təşkil edilir.

Müsabiqənin münsiflər heyətinə Azərbaycanın Xal artisti, P.İ.Çaykovski adına Moskva Döövlət Konservatoriyasının professoru Fərəc Qarayev rəhbərlik edib. Onunla birlikdə bu heyətə aparıcı pedaqoq və musiqiçilər – professor Mixail Dubov, dosentlər Marina Katarjnova və Dmitri Murin, Rusiyanın Əməkdar artisti Oleq Tantsov və digər tanınmış incəsənət ustaları daxil edilib.

Mərasimi giriş sözü ilə açan Heydər Əliyev Fondunun Rusiya Federasiyasındakı nümayəndəliyinin Humanitar proqramlar şöbəsinin müdiri Tamilla Əhmədova Qara Qarayevin adının təkcə Azərbaycanda deyil, bütün musiqi aləmində ehtiramla anıldığını və sevildiyini qeyd edib: “Qarayev XX əsrin milli və nadir yaradıcı nəslinin ən böyük bəstəkarlarından biridir. O, muğamı, milli ritmləri və harmoniyanı klassik formalarda təqdim edib. Bəstəkar özünü dünyanın iki qütbünün - Qərbin və Şərqin musiqiçisi kimi hiss edirdi. Onun müəllimi v böyük dostu Dmitri Şostakoviç deyirdi ki, Qarayevin musiqisi təksə səslərin harmoniyası deyil, həm də insan taleyi, tarix, zaman və epoxa haqqında düşüncələrdir.

T.Əhmədova əlavə edib ki, bəstəkar bizlərə dünyanı xüsusi səslərlə eşitmək qabiliyyətini aşılayıb. O, Arif Məlikov, Vasif Adıgözəlov, Xəyyam Mirzəzadə və başqaları kimi parlaq orijinal musiqiçilərdən ibarət gözəl nəsil yetişdirib.

T. Əhmədova müsabiqənin təşkilatçılarını və iştirakçılarını təbrik edib, onlara uğurlar və yaradıcılıq qələbələri arzulayıb və Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva başda olmaqla Fondun nümayəndəliyinin bu müsabiqəni dəstəklədiyini, qalibləri bəstəkarın vətəninə dəvət etdiyini xüsusilə vurğulayıb.

Azərbaycanın Rusiyadakı səfiri Rəhman Mustafayevin müsabiqə iştirakçılarına təbrikinin mətnini səfirliyin humanitar məsələlər üzrə müşaviri Yusif Vəzirov oxuyub.

Sonra müsabiqənin laureatlarının adları açıqlanıb. Diplomların və xatirə hədiyyələrinin təqdimatından sonra laureatların konserti olub.

Fəridə Abdullayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Moskva

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:134
embedMənbə:https://azertag.az
archiveBu xəbər 28 Aprel 2025 10:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see258

Sülh Şurası BMT yə alternativ olacaq?

23 Yanvar 2026 20:16see236

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see234

“Xocalı: şahidlər danışır” kitabı qırğız dilində işıq üzü görüb

23 Yanvar 2026 18:54see189

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see183

Adam qələmi atıb, qaçmaz, Şərif Ağayar! Emil Rasimoğlu yazır...

23 Yanvar 2026 13:53see182

Göyçayda sahibkarın 5 milyonluq soyuducu anbarı 35 minə hərraca çıxarıldı VİDEO

23 Yanvar 2026 14:10see181

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see177

Napoli nin hücumcusu əməliyyat ola bilər

23 Yanvar 2026 14:48see177

Kevin Yakob “Qarabağ”ın transfer siyahısına düşüb

23 Yanvar 2026 18:15see171

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see159

Kriminal həyat tərzini təbliğ edən 954 sayt bloklanıb

23 Yanvar 2026 16:40see155

Tramp Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyana təşəkkür edib

24 Yanvar 2026 04:20see152

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see151

Neftçalada bir ailə qəzaya düşdü, yeniyetmə oğul öldü

24 Yanvar 2026 16:04see147

İtaliya A Seriyası: İnter rəqibini qol vurmağa peşman etdi

24 Yanvar 2026 02:53see146

Rusiya: Ukrayna ordusu Donbas bölgəsini tərk etməlidir

23 Yanvar 2026 15:18see146

Andrey Demçenko: İmişli də eyni şərtlərdə oynayırdı

23 Yanvar 2026 17:28see143

Azərbaycan Trampın yaratdığı Sülh Şurasında qərar verən qlobal aktora çevrilir

24 Yanvar 2026 02:53see140

Donald Trampdan İlham Əliyevlə bağlı təşəkkür paylaşımı

24 Yanvar 2026 06:04see138
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri