Icma.az
close
up
RU
Menu

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

Zobu olanlar xurma yesin Təsiri

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

Sosial media strategiyasının 3 əsas istiqaməti Əlaqələrin qurulması, düzgün paylaşım vaxtı və nəticələrin təhlili

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

Buğdanın qiyməti dörd aylıq artımdan sonra azalıb

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

Çörəklərin içində narkotik gizlətdilər

Atəşkəs təklifimizi rədd etdi

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

“Qarabağ” 5 milyon tələbindən çəkildi, “Sevilya” məbləği 3,5 milyona qaldırdı

“Qarabağ” 5 milyon tələbindən çəkildi, “Sevilya” məbləği 3,5 milyona qaldırdı

Footbal-plus portalından verilən məlumata əsasən, Icma.az bildirir.

“Sevilya”nın “Qarabağ”ın şərəfini qoruyan Juninyonu heyətin qatmaq isitədiyini yazmışdıq.

Xatırladaq ki, İspaniya təmsilçisi braziliyalı hücumçu üçün “köhlən atlar”a 2 milyon avro təklif etsə də, sövdələşmə baş tutmayıb. Ona görə ki, ağdamlılar bacarıqlı mərkəz hücumçusunu daha baha qiymətə satmaq istəyir. Bu məsələ ilə bağlı xeyli məqama toxunmuşuq. Lakin geridə qalan günlərdə müəyyən yeniliklər baş verib ki, bunları da nəzərinizə çatdırmağı lazım bildik.
Məlumdu ki, Juninyo “Qarabağ” üçün vacib fiqurdu. Avropa Liqasının əsas mərhələsində uğur qazanmağa çalışan komanda bu futbolçu sayəsində meydana daha ümidli çıxa bilər. Lakin söhbət oyunçunun baha qiymətə satılmasından gedir ki, burda maraqlar fərqlidi. Hər halda, “köhlən atlar” “Sevilya”dan tələb etdiyi məbləği ala bilsə, ölkə futbolunda ciddi uğura imza atacaq.
Düzdü, rəsmi məlumat deyil, lakin iddialara görə klub Juninyonun satışından azı 5 milyon avro qazanmaq istəyir. Axı işin strateji tərəfi də var. “Qarabağ” maliyyə gücünə güc qatsa, Juninyonun boşluğunu daha asan dolldura biləcək. Futbolçuya ödəniləcək məbləğ isə La Liqada onun haqda fikrin formalaşmasında ciddi rol oynayacaq. Reallıq oldu ki, istər klub rəhbərliyi, istərsə də baş məşqçi yüksək məbləğ ödənilən oyunçunun performansını diqqətdə saxlayacaq. Həmçinin belədə meydana çıxmaq üçün daha çox şans qazanacaq. Axı nəinki klubların maliyyə məsələlərinə məsul departamentləri, eləcə də azarkeşləri bu tipli transferlərlə yaxından maraqlanır, hadisələrin axarına uyğun dəyərləndirmələr edir. İspaniya mətbuatında artıq “Sevilya” ilə “Qarabağ” anlaşa bilərsə, futbolçunun yeni klubu ilə ikiillik müqavilə bağlaması gözlənilir. Futbolçu “Estadio Deportivo”ya açıqlamasında La Liqa klubunun təklifiylə bağlı qısaca belə deyib:

“Hazırda bu barədə çox danışa bilmərəm. Çünki məndən əvvəl klubum var. Bu, təkcə məndən asılı olan məsələ deyil”.


Bəli, həm “Qarabağ” rəhbərliyi, həm də Qurban Qurbanov bu transferin reallaşmasından yanadı. Amma şərtlər uyğundusa... İş orasındadı ki, ispanların ilk təklifi “köhlən atlar”ı qane etmir. Ötən sayımızda yazdığımız kimi, danışıqlar prosesinin ilkin mərhələsi başa çatıb. İndi “Sevilya” ikinci, dəqiq desək, qaneedici təkliflə çıxış etməlidi ki, ağdamlılar transferə daha isti yanaşsın. Lakin menecer Tural Əsgərlinin "Football-plus.az"a verdiyi məlumata görə, prosesin ikinci mərhələsi başlamayıb.
Görünür, “Sevilya” susur. Daha doğrusu, İspaniya mediasında bununla bağlı da cəlbedici məqamlar var. Belə ki, həmkarlarımızın iddiasına inansaq, “Qarabağ” 5 milyon avro tələbindən bir qədər geri çəkilib, “Sevilya” isə Ağdam klubuna 3 milyon və bonus şəklində daha 500 min avro təklif edir. Bunlar gerçəkdisə, onda tərəflərin anlaşacağı gün uzaqda deyil. “Sevilya”nın baş məşqçisi Xavyer Qarsiya Pimyenta isə belə deyir:

“Mən bilirəm ki, o, “Qarabağ”ın çox qol vuran futbolçusudu. Qış “transfer pəncərəsi” açılandan sonra hər şey baş verə bilər. Siz məndən “Qarabağ”ın futbolçusu barədə soruşursuuz. Bildiyimə görə, o, çox qol vurur və klubu ilə hələ uzunmüddətli müqaviləsi var. Fasilədən qayıdandan sonra heyətimizi qiymətləndirmək üçün bir ay vaxtımız olacaq”.


Qısası, “Sevilya” da gözləyir, “Qarabağ” da. Hadisələrin axarının nə ilə nəticələnəcəyini qarşıdakı günlərdə, böyük ehtimalla, yanvarın əvvəlində biləcəyik. Dəqiq olan məsələ isə artıq əvvəlki Juninyonun olmayacağıdı. Onsuz da ötən mövsüm qazandığı uğurlardan sonra aldığı təkliflər hücumçunun fikirlərini xeyli qarışdırıb. Danışıqların növbəti dəfə uğursuzluqla nəticələnməsi “Qarabağ”ın Çempionlar Liqasının əsas mərhələsinə vəsiqə qazana bilməməsinin ardınca performansında eniş hiss olunan braziliyalını daha da ruhdan sala bilər. Bunu ən yaxşı Qurban Qurbanov dərk edir.
Odu ki, “Sevilya” əlini cibinə salsa, yaxşıdı. Yoxsa “Qarabağ” Əli aşından da olacaq, Vəli aşından da...
KƏNAN BAHADIR
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:153
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 29 Dekabr 2024 19:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see355

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see297

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see288

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see287

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see270

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see266

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see263

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see254

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see254

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see253

Sosial media strategiyasının 3 əsas istiqaməti Əlaqələrin qurulması, düzgün paylaşım vaxtı və nəticələrin təhlili

11 Noyabr 2026 11:22see236

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see235

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

11 Noyabr 2026 19:34see227

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

11 Noyabr 2026 18:16see219

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

11 Noyabr 2026 19:35see217

Buğdanın qiyməti dörd aylıq artımdan sonra azalıb

11 Noyabr 2026 17:20see214

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see212

Çörəklərin içində narkotik gizlətdilər

11 Noyabr 2026 18:45see209

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see203

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see202
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri