Icma.az
close
up
RU
Qarabağ akademiya üçün böyük baza inşa etdirmək istəyir Rövşən Nəcəf bu işə qol qoysa...

Qarabağ akademiya üçün böyük baza inşa etdirmək istəyir Rövşən Nəcəf bu işə qol qoysa...

Icma.az xəbər verir, Sportal.az saytına əsaslanaraq.

Cənab prezident İlham Əliyev bir dəfə bununla bağlı tapşırıq vermişdi ki, "Qarabağ" klubuna uşaq futbol akademiyası inşa etdirmək üçün torpaq ayrılsın. Söhbət "Qarabağ"ın indiki bazasının arxasındakı ərazidən, "Neftçi" İSM-ə məxsus olan torpaqdan gedir. Lakin həmin vaxt SOCAR rəhbəri olan Rövnəq Abdullayev bu məsələyə isti yanaşmadı. Birbaşa "yox" deyə bilmədiyi üçün "Neftçi" İSM-in idmançıları adından prezidentə müraciətlər ünvanladılar və həmin ərazinin "Qarabağ"a təhvil verilməsi məsələsi həyata keçmədi. 

Bu söhbətin üstündən 10 ilə yaxın vaxt keçib. Nə o idman qurğusu əvvəlkitək işləkdi, nə də SOCAR-ın başında Rövnəq Abdullayev var. Amma "Qarabağ" rəhbərliyi elə o vaxt olduğu kimi, yenə də akademiya tikmək arzusunu saxlayıb. Sual yarana bilər ki, axı niyə məhz bu ərazidə? Çünki düz "Qarabağ"ın bazasına bitişik olan həmin torpaqda uşaqlar üçün akademiya inşa olunsa, Qurban Qurbanovun da bir gözü bu uşaqların üstündə olacaq. 

Bu gün media nümayəndələri ilə səmimi görüş keçirən başqan Tahir Gözel yenə bu məsələyə toxunub. "Qarabağ"ın prezidenti deyib ki, həmin ərazi dövlət tərəfindən onlara verilsə, burada gənclər üçün möhtəşəm baza ərsəyə gətirməyə hazırdılar. 

Bu məsələdə AFFA-nın baş katibi Cahangir Fərəcullayevin dəstəyi də çox vacibdir. Strategiyanın başında dayanan Cahangir bəy bu məsələni ilk növbədə SOCAR rəhbəri Rövşən Nəcəfin qarşısında qaldırmalıdır. Çünki sözügedən ərazi neft şirkətinin balansındadır. Rövşən Nəcəf bu məsələyə qol qoysa, uzağı bir ilə möhtəşəm bir uşaq futbol akademiyasına şahidlik edəcəyik. 

Bu, AFFA üçün də bir fürsətdir. Ölkədə nəinki bir, onlarla böyük akademiyaların olmasına ehtiyac var. Məlum məsələdir ki, böyük xərc tələb etdiyindən onların inşası elə asan iş deyil. Tahir Gözel isə "Qarabağ" üçün bunu etməyə hazırdır. Yetər ki, o torpaq onlara verilsin! 

Həmid

saytlarin hazirlanmasi
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:57
embedMənbə:https://sportal.az
archiveBu xəbər 05 Sentyabr 2025 21:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see271

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see202

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see186

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see166

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see158

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see157

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see155

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see149

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see149

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see145

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see141

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see137

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see137

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see136

İstanbul un xəritəsi yenidən çəkiləcək! Həmin ərazidə nəhəng şəhər salınır

17 Yanvar 2026 22:09see135

Vətəndaşlar çıxarış ala bilmir, ii qurum məsuliyyəti bir birinin üzərinə atır (VİDEO)

18 Yanvar 2026 21:54see131

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

19 Yanvar 2026 01:01see130

“Bavariya” Avropanın top 5 liqasında bir mövsümdə 100 qola çatan ilk komanda olub

18 Yanvar 2026 01:11see127

Komedixana nın aktyoru başında parik Tramp kimi oynadı VİDEO

18 Yanvar 2026 16:12see127

Xameneidən etiraf: Vəziyyət yaxşı deyil, həqiqətən...

17 Yanvar 2026 19:49see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri