Qarabağ Avropa, Turan Tovuz Konfrans Liqasında
Icma.az, Azertag portalına istinadən məlumatı açıqlayır.
Bakı, 16 may, AZƏRTAC
Futbol üzrə Azərbaycan Premyer Liqasında XXXII turun daha 2 oyunu keçirilib.
AZƏRTAC xəbər verir ki, "Qarabağ" doğma meydanda "İmişli"yə 3:0, "Şamaxı" isə "Turan Tovuz"a 3:2 hesabı ilə qalib gəlib.
Bu nəticələrdən sonra Ağdam klubu 66 xalla 2-ci, Tovuz təmsilçisi 59 xalla 3-cü, Şamaxının eyniadlı komandası 38 xalla 8-ci, İmişli kollektivi isə 33 xalla 9-cu pillədə qərarlaşıb.
Bununla da növbəti mövsümdə "Qarabağ"ın UEFA Avropa Liqasında, "Turan Tovuz"un isə Konfrans Liqasında çıxış edəcəyi dəqiqləşib.
Qeyd edək ki, XXXII turun əvvəlki oyunlarında "Qəbələ" "Karvan-Yevlax"a 2:1, "Araz-Naxçıvan" isə "Kəpəz"ə 2:0 hesabı ilə qalib gəlib. Tura mayın 17-də yekun vurulacaq.
Bu mövzuda digər xəbərlər:Turan Tovuz Konfrans Liqasında iştirak edəcək? DƏQİQLƏŞDİ
15 İyun 2026 23:30
“Neftçi” Konfrans Liqasında, “Turan Tovuz” Şamaxıda üzüldü Tura baxış
18 May 2026 09:28
UEFA “Turan Tovuz”u Konfrans Liqasında iştirakdan məhrum etdi
03 İyun 2026 10:07
AFFA Turan Tovuz un Konfrans Liqasında iştirakına qadağa qoyulduğunu təsdiqlədi
03 İyun 2026 15:16
Qarabağ Avropa Liqasında neçənci yerdədir?
08 Noyabr 2024 14:39
Baxış sayı:179
Bu xəbər 16 May 2026 18:58 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















