“Qarabağ” azarkeşləri Avropada həftəyə möhürünü vurdu
Icma.az, sport24.az portalına istinadən məlumat verir.
Bu həftə keçirilən avrokubokların I təsnifat mərhələsinin ən çox tamaşaçı toplayan oyunları müəyyənləşib. Sport24.az-ın məlumatına görə, UEFA Çempionlar Liqası, Avropa Liqası və Konfrans Liqasının bütün qarşılaşmaları arasında ən yüksək tamaşaçı göstəricisi Bakıda qeydə alınıb.
Belə ki, UEFA Avropa Liqasının I təsnifat mərhələsində keçirilən "Qarabağ" – "Vestri" (İslandiya) matçını tribunadan 23 549 azarkeş izləyib. Bununla da Tofiq Bəhramov adına Respublika stadionunda baş tutan qarşılaşma həftənin ən çox tamaşaçı toplayan avrokubok oyunu olub.
UEFA Çempionlar Liqasının I təsnifat mərhələsində "Sabah"ın TNS-ə qarşı keçirdiyi görüş isə bu göstəricidə 8-ci pillədə qərarlaşıb. Masazırdakı qarşılaşmanı təxminən 7 min azarkeş izləyib.
Qeyd edək ki, "Qarabağ" ilk oyunda "Vestri"ni 3:0, "Sabah" isə Uels təmsilçisi TNS-i 2:0 hesabı ilə məğlub edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:126
Bu xəbər 11 İyul 2026 13:00 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















