Icma.az
close
up
RU
Qarabağ belə rəqiblərin öhdəsindən çox gəlib Napoli ilə oyundan gözləntilər

Qarabağ belə rəqiblərin öhdəsindən çox gəlib Napoli ilə oyundan gözləntilər

Redaktor.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Bu gün UEFA Çempionlar Liqasının 5-ci turunda “Qarabağ” klubu səfərdə İtaliyada “Napoli”yə qarşı oynayacaq. Matçı polşalı hakim Şimon Marçinyak idarə edəcək və Bakı vaxtı ilə 00:00-da başlayacaq.

Oyundan gözləntilərindən Redaktor.az-la bölüşən idman jurnalisti, ekspert Kənan Məstəliyev bildirdi ki, çox maraqlı, hər dəqiqəsində həyəcan verəcək oyun olacaq.

"Rəqibimiz çox güclüdür, "Napoli"dir. Tarixi böyük olan və əfsanəvi, dahi Dieqo Armando Maradonanın futbol karyerasının zirvəsinə, klub karyerasının zirvəsinə qalxdığı bir klub olan "Napoli" ilə qarşılaşacağıq. Stadion da onun adını daşıyır. Çılğın italyan azarkeşlərinin qarşısında oynayacağıq. Yəni meydan sahibi olaraq, ümumilikdə də favorit və qələbəyə ən yaxın tərəf təbii ki, "Napoli"dir. Onların çox güclü məşqçiləri var. Antonio Konte hara gedibsə, çempionluq gətirib, ölkə daxilində hər zaman uğur qazanıb. Düzdür, Avrokuboklarda eyni uğuru qazana bilmir, amma yenə də çox böyük məşqçidir. Yaxşı futbolçuları da var, fərdi cəhətdən bacarıqları və keyfiyyətləri yüksək olan oyunçulardan ibarət komandadır. Yəni güclü tərəf onlardır. Amma "Qarabağ" da belə rəqiblərin öhdəsindən çox gəlib. Qurban Qurbanovun yetirmələri böyük klublara qarşı qalib gəlməklə, onlardan xal almağı ilə yadda qalan bir komandadır".

Mütəxəssis qeyd etdi ki, bu oyunda "Napoli"nin xeyli itkiləri var:

"Əsas heyətinin demək olar ki, yarısı zədəlidir. Klub ciddi itkilərlə üz-üzədir və iş o yerə çatıb ki, baş məşqçi Antonio Konte son İtaliya çempionatındakı son matçda taktika dəyişməli olub, çünki orta xəttdə oyunçu çatışmazlığı var idi. Yəni hal-hazırda bizim "Napoli"dən xal və ya xallar almağımız üçün ən ideal vaxtdır. Biz xal alacağımızı düşünürsəmsə, bu matçda almalıyıq. Bundan sonra "Napoli" daha yaxşı vəziyyətə düşəcək, əsas heyət oyunçuları geri qayıdacaq və itkilərini bərpa edəcəklər. Düşünürəm ki, "Qarabağ" kompakt oyun oynasa və fiziki hazırlığını düzgün bölüşdürsə, oyunun bütün 90 dəqiqəsi ərzində gücünü düzgün şəkildə istifadə edərək, rəqibdən çəkinməyərək, əzmkarlıqla və mübariz bir futbol nümayiş etdirə bilsə, biz hətta bu matçdan qalib ayrıla bilərik. İnanmaq lazımdır. Məncə, oyun 1-1 hesabı ilə bitsə, bu heç də təəccüblü olmayacaq".

Xədicə BAXIŞLI

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:42
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 25 Noyabr 2025 19:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see768

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see210

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see202

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see175

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see164

İranda baş verənlərin Azərbaycana siyasi iqtisadi təsiri çox azdır

09 Yanvar 2026 14:06see157

“Bir kişi ilə görüşə gedəndə “Gizli Xidmət”ə məlumat verirəm” Trampın nəvəsi Fotolar

08 Yanvar 2026 06:11see150

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see150

“Kardeş Takımı 3” yalnız CineMastercard da!

08 Yanvar 2026 18:46see148

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see148

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see145

Pezeşkian, Rza Pəhləvi, SEPAH üçlüyü İranda Yuqoslaviya variantı

09 Yanvar 2026 14:00see145

Ordu vaxt verdi: Bir neçə dəqiqəyə başlayacaq KONKRET

08 Yanvar 2026 14:17see140

Axios: Tramp Qəzza üzrə “Sülh Şurası”nın yaradıldığını elan edə bilər

08 Yanvar 2026 04:37see138

İsfahanda televiziya və radio stansiyasının binası yandırıldı VİDEO

08 Yanvar 2026 23:39see136

Yenə görüşə bilərlər

08 Yanvar 2026 23:38see133

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see131

Biznes rəhbərlərinin təchizat zəncirini yaxşılaşdırmaq üçün 6 üsul

08 Yanvar 2026 07:03see129

“Gələcəyə iti baxış: eynək istifadəçiləri üçün sevindirici xəbər“ CNN

08 Yanvar 2026 23:03see126

Arsenal 19 yaşlı istedad üçün külli miqdarda pul ödəməyə hazırdır

08 Yanvar 2026 09:43see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri