İnanıram ki, Qarabağ bu işin öhdəsindən gələcək Xaqani Məmmədov
Fanat portalından verilən məlumata əsasən, Icma.az bildirir.
UEFA Çempionlar Liqasının (ÇL) pley-off mərhələsinin ilk oyunları çərçivəsində səfərdə "Ferentsvaroş"la qarşılaşan "Qarabağ" evə 3:1 hesablı qələbə ilə qayıtdı. Azərbaycan millisinin sabiq hücumçusu, "İnter"in heyətində 2007/2008 mövsümündə 19 qolla Premyer Liqanın bombardiri olmuş Xaqani Məmmədovla ilə əlaqə saxlayıb "köhlən atlar"ın ÇL-in Liqa mərhələsinə yüksəlmək şanslarını dəyərləndirməsini istədik.
Onun Fanat.Az-a açıqlaması belə oldu:
"Qarabağ" səfər matçından çox yaxşı nəticə ilə qayıdıb. Oradakı oyunun ikinci hissəsində təmsilçimiz nəyə qadir olduğunu isbatladı. "Ferentsvaroş" kimi rəqibə Macarıstanda hesabda geri düşəndən sonra 3 qol vurmaq çox şey deməkdir. Artıq "Qarabağ"ın məşqçilər korpusu rəqibi daha yaxından tanıyır. Əlbəttə, onlar da birinci oyunu təhlil edərək Bakıda mümkün olanın ən yaxşısını etməyə çalışacaqlar, amma inanıram ki, "Qarabağ" bu işin öhdəsindən gələcək. Komandamıza uğurlar arzulayıram".
Qeyd edək ki, "Qarabağ" - "Ferentsvaroş" matçı avqustun 27-də, Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq. Matçın start fiti saat 20:45-də səsləndiriləcək.
Nihat


