Icma.az
close
up
RU
Qarabağ Çempionlar Liqasında: Bakıya köhnə tanışlar gəlir

Qarabağ Çempionlar Liqasında: Bakıya köhnə tanışlar gəlir

Icma.az bildirir, Idman.biz portalına istinadən.

UEFA Çempionlar Liqasının bu gün keçirilən püşkatmasında "Qarabağ"ın rəqibləri bəlli olub.

İdman.biz xəbər verir ki, Azərbaycan çempionu Liqa mərhələsində 4-ü səfərdə və 4-ü evdə olmaqla 8 oyun keçirəcək.

Ağdam klubunun bəxtinə İngiltərə və İtaliya kimi ölkələrin çempionları - "Liverpul" və "Napoli" düşüb. Bundan başqa, az əvvəl təşkil olunan klublarası dünya çempionatının qalibi "Çelsi" də komandamızla qarşılaşacaq.

Püşkün nəticəsinə "Qarabağ" evdə “Çelsi”, "Ayntraxt", "Ayaks" və "Kopenhagen"lə üz-üzə gələcək. Artıq Qurban Qurbanovun komandasının yolu bu rəqiblərlə avrokuboklarda kəsişib. Ağdam klubu Çempionlar Liqasında vəsiqə qazandığı 2017/2018 mövsümündə "Kopnhagen"lə pley-offda qarşılaşmış və iki oyunun nəticəsinə görə səfər qolu hesabına qruplarda oynamaq hüququ əldə etmişdi (1:0, 1:2). Qrupda isə "Çelsi" "Qarabağ"a rəqib olmuş, londonlular iki oyunda komandamızın qapısından 10 cavabsız top keçirmişdilər (0:4, 0:6).

Ağdam təmsilçisi "Ayntraxt"la 12 il əvvəl Avropa Liqasının 2013/2014 mövsümündə pley-offda qarşılaşıb. Qrupa gedən yolun son sınağında almanlar 2:0 və 2:1 hesabları ilə üstün olaraq, "Qarabağ"ı mübarizədən kənarlaşdırıblar.

"Ayaks"la isə ötən mövsümdə Avropa Liqasının əsas mərhələsində yolumuz kəsişib. Qurban Qurbanovun yetirmələri Bakıda keçirilən görüşdə 0:3 hesabı ilə uduzublar.

"Qarabağ"ın səfərdə qarşılaşacağı "Liverpul", "Benfika", "Napoli" və "Atletik" isə çempionumuza ilk dəfə rəqib olublar.

Liqa mərhələsində sentyabrın 16-da start veriləcək.

İdman.biz

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:195
embedMənbə:https://www.idman.biz
archiveBu xəbər 28 Avqust 2025 23:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see347

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see331

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see331

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see311

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see308

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see294

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see257

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see251

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see240

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see226

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see217

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see205

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see200

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see197

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see188

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see186

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see184

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see182

Piylənmədən əziyyət çəkən insanlarda şəkər riski artıq olur

12 Noyabr 2026 01:42see176

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri