Icma.az
close
up
RU
“Şaxtyor” 2:0 ı əldən verdi

“Şaxtyor” 2:0 ı əldən verdi

Icma.az, Footbal-plus portalına istinadən məlumat verir.

26-cı tur “Şaxtyor” üçün çempionluq intriqasını son turlara qədər davam etdirmək baxımından son şans idi.

Donetsk klubu mümkün qələbə sayəsində xal fərqini 7-yə endirəcək, 2-ci pillədəki “Aleksandriya”nı da həvəsləndirəcəkdi. Əslində “şaxtaçılar” “Dinamo” ilə oyuna məhz istədiyi kimi başladı. Komandalar fasiləyə yollananda hesab artıq 2:0 idi. Kevinlə Eginaldo ili 20 dəqiqədə iki qol vurdu. Amma 2-ci hissə başlayan kimi oyunun axarı dəyişdi. “Şaxtyor” hissənin əvvəlində birmənalı şəkildə müdafiəyə çəkildi. Bu, baş məşqçi Marino Puşiçin taktiki gedişi idi, yoxsa kiyevlilərin əməyinin nəticəsi – demək çətindi. Hər halda, Vanatın 56-cı dəqiqədəki qolu hər şeyi dəyişdi. Çempionatın bombardiri fərqi azaldandan sonra kiyevlilər rəqibə inanılmaz temp təklif etdi. “Şaxtyor” buna, sadəcə, hazır deyildi.
Statistika “Dinamo”nun 2-ci hissədə “şaxtaçılar”ı bütün göstəricilər üzrə üstələdiyini açıq-aşkar göstərir. Hər standart vəziyyət “Şaxtyor” üçün çəkilməz yükə çevrilirdi. Nəhayət, 3-cü uzatma dəqiqəsində qələbə əldən getdi. Qonaqlar topu autdan oyuna daxil idi, Popov topu uzaq dirək önünə göndərdi, orda Bondar Brajko ilə mübarizədən qalib ayrılsa da, top cərimə meydançasının mərkəzində tək qalan Kabayevin önündə düşdü – 2:2. “Dinamo” hələ çempion olmasa da, kubokun finalında da qarşılaşacağı rəqib üzərində mənəvi qələbə qazandı. “Şaxtyor” isə indi yalnız növbəti mövsüm və kadr siyasəti üzərində düşünməlidi.
“Aleksandriya” hələ də “qızıl”dan əlini üzməyib. Ruslan Rotanın çalışdırdığı komanda autsayder “İnqulets”i səfərdə məğlub etməklə mövsümü medalla bitirəcəyini rəsmiləşdirdi. Qızıl, gümüş, yoxsa bütünc? – bu da tezliklə bilinəcək.
Turun qalan oyunlarına gəlincə, avrokuboklara vəsiqəyə iddialı bütün komandalar xal itirdi. “Karpatı” səfərdə “Obolon”, “Polesye” “Kolos” ilə heç-heçə etdi, LNZ – “Krivbass” oyununda, ümumiyyətlə, qol vurulmadı. “Levıy bereq”i məğlub edən “Zarya” 8-ci pillədə qaldı.
“Veres”i darmadağın edən “Vorskla” elitada qalmaq şansını bir qədər artırdı. Emil Mustafayevin şərəfini qoruduğu “Çernomorets” isə artıq aşağı dəstə üçün planlar qurmalıdı. Start heyətind yer alan, sona qədər meydanda olan azərbaycanlı yarımmüdafiəçi hər nə qədər fəallıq göstərsə də, komandasını “Rux”la oyunda məğlubiyyətdən xilas edə bilmədi. “Dənizçilər”i qarşıdakı turlarda “Dinamo”, “Aleksandriya” və “Şaxtyor” ilə oyunlar gözləyir. Yəni Emil və komandası üçün hər şey aydındı.
26-cı tur
Şaxtyor – Dinamo 2:2

Kevin, 6-p. Eginaldo, 20 – Vanat, 56. Kabayev, 90+3.
Şaxtyor: Riznık, Bondar, Vinisius (Krıskiv, 62), Qram, Matviyenki, Pedro Enrike, Bondarenko, Pedrinyo (Santana, 62), Kevin, Qomes (Nazarina, 62), Eginaldo (Traore, 62).
Dinamo: Neşeret, Dubinçak (Vivçarenko, 90+6), Mixavko, Popov, Tımçik, Buyalski (Pixalenok, 85), Mixaylenko, Yarmolenko, Vanat, Kabayev (Belovar, 96), Şaparenko (Brajko, 85).
İnqulets – Aleksandriya 0:1
Sara, 27.
Obolon – Karpatı 2:2
Stasyuk, 20. Taranuxa, 81 – Priymak, 28-öz qapısına. Neves, 90.
Kolos – Polesye 1:1
Veleten, 56 – Sarapi, 46.
LNZ – Krivbass 0:0

Zarya – Levıy bereq 2:1
Antyux, 40. Yatsık, 49 – Sidney, 64.
Çernomorets – Rux 1:2
Xoblenko, 62 – Klimçuk, 20. Ryabov, 76.
Vorskla – Veres 3:0
Kane, 25. Ndukve, 58. Malış, 90+3.
1. Dinamo 26 19 7 0 55-17 64
2. Aleksandriya 26 18 6 2 40-18 60
3. Şaxtyor 26 16 6 4 61-24 54
4. Polesye 26 11 10 5 35-25 43
5. Karpatı 26 11 7 8 35-28 40
6. Krivbass 25 11 6 8 28-24 39
7. Veres 26 9 8 9 31-36 35
8. Zarya 25 11 2 12 30-35 35
9. Rux 26 8 9 9 27-25 33
10. Kolos 26 6 10 10 23-23 28
11. LNZ 26 7 6 13 23-35 27
12. Obolon 26 6 7 13 16-42 25
13. Vorskla 26 6 6 14 22-35 24
14. Levıy bereq 25 6 5 14 14-29 23
15. Çernomorets 26 5 3 18 17-40 18
16. İnqulets 25 3 8 14 16-37 17
Bombardirlər: Vanat (Dinamo) – 16, Sudakov (Şaxtyor), Qutsulyak (Polesye), Tverdoxleb (Krivbass) - 11.
Növbəti turun oyunları mayın 2-4-ü aralığında keçiriləcək: Levıy bereq – Karpatı, Rux – Krivbass, Çernomorets – Şaxtyor, İnqulets – Dinamo, Veres – Obolon, LNZ – Zarya, Kolos – Vorskla, Polesye – Aleksandriya.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:217
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 29 Aprel 2025 19:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see368

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see270

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see255

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see244

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see240

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see237

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see233

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see230

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see226

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see219

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see208

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see198

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see195

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see193

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see193

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see193

Bir gecədə qazanılan sərvətin görünməyən üzü İT milyarderləri niyə peşmandırlar?

12 Noyabr 2026 12:04see192

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see180

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see180

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri