Qarabağ dan getdi Hava limanında görüntülənib
Milli.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
"Qarabağ"ın futbolçusu Abdullah Zubir uzun illərdən sonra Ağdam klubundan ayrılıb. Fransalı yarımmüdafiəçi bu gün Azərbaycanı tərk edib. Zubir karyerasını Qətərdə davam etdirəcək.
Milli.Az sportal.az-a istinadla bildirir ki, 34 yaşlı futbolçu 2018-ci ildə Fransanın "Lans" klubundan "Qarabağ"a transfer olunmuşdu. O, ötən illər ərzində Ağdam təmsilçisinin əsas aparıcı futbolçularından birinə çevrilib və komandanın kapitanı idi.
Əldə etdiyimiz məlumata görə, fransalı futbolçu bir neçə dəqiqə əvvəl Heydər Əliyev adına beynəlxalq hava limanından paytaxtı tərk edərək, Qətərə uçub. Təcrübəli futbolçu bundan sonra Qətərin "Əl-Şahaniya" klubunda çıxış edəcəyi gözlənilir. Tərəflər arasında müqavilə ilə bağlı razılığın əldə olunduğu daha əvvəl də bildirilmişdi. Beləliklə, Abdullah Zubirin "Qarabağ"dakı uzunmüddətli macərası başa çatıb.
Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)
Baxış sayı:129
Bu xəbər 15 Avqust 2026 10:06 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















