Icma.az
close
up
RU
Qarabağ Dirçəliş Fondunun dəstəyi ilə Zəngilan Şəhəri Günü qeyd olunub

Qarabağ Dirçəliş Fondunun dəstəyi ilə Zəngilan Şəhəri Günü qeyd olunub

Icma.az, Azxeber.com portalına istinadən məlumat yayır.

Zəngilan Şəhəri Günü ilk dəfə Zəngilan şəhərində mədəni-kütləvi tədbirlərlə qeyd edilib.

AZXEBER.COM xəbər verir ki, oktyabrın 20-də bu əlamətdar gün münasibətilə təşkil olunan tədbirlərdə Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi Vahid Hacıyev, mədəniyyət nazirinin müavini Murad Hüseynov, Qarabağ Dirçəliş Fondunun nümayəndə heyəti,  şəhid ailələrinin üzvləri, ərazidə fəaliyyət göstərən dövlət qurumlarının rəhbərləri və nümayəndələri, habelə Zəngilan və ətraf rayonların sakinləri iştirak ediblər.

Bayram tədbirləri Mədəniyyət Nazirliyinin və Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin birgə təşkilatçılığı, Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Prezidentinin xüsusi nümayəndəliyinin dəstəyi, Qarabağ Dirçəliş Fondunun maliyyə və təşkilati dəstəyi ilə keçirilib.

Şəhər Günü çərçivəsində Zəngilan Konqres Mərkəzində Plov Festivalı, "Zəngilan – zamanın qanadlarında” fotosərgisi, uşaqlar üçün yaradıcılıq proqramları və teatr tamaşası təşkil olunub. Günün sonunda milli musiqi, rəqs və vətənpərvərlik ruhunu əks etdirən bayram konserti təqdim edilib. Tədbirlər musiqi nömrələri və atəşfəşanlıqla başa çatıb.

Azad edilmiş ərazilərdə şəhər günlərinin təşkili bölgənin dirçəlişinə, ictimai-mədəni həyatın canlanmasına və doğma yurdlarına qayıdan sakinlərin asudə vaxtının səmərəli təşkilinə xidmət edir. 

Qeyd edək ki, Qarabağ Dirçəliş Fondu davamlı olaraq bu istiqamətdə həyata keçirilən təşəbbüslərə dəstək göstərərək həmin ərazilərdə zəngin mədəni irsin yaşadılmasına öz töhfəsini verir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:111
embedMənbə:https://azxeber.com
archiveBu xəbər 21 Oktyabr 2026 16:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see661

Rostropoviçlərin ev muzeyində anım tədbiri “Dostluğun və musiqinin harmoniyası”

07 Noyabr 2026 14:15see335

Röya bu gün açıq havada konsert verəcək Foto

07 Noyabr 2026 13:04see326

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see326

Mədəniyyət ictimaiyyətinin nümayəndələri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik ediblər

07 Noyabr 2026 18:05see319

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see295

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

07 Noyabr 2026 16:35see287

Xruşşovka ların sökülməsinə hazırlıq gedir?

07 Noyabr 2026 18:40see283

Plastik qabların tərkibindəki maddənin körpələrin çəkisini azaltdığı aşkarlanıb

07 Noyabr 2026 18:23see279

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see258

Blez Paskal: 39 illik ömrə sığmayan dahinin axtarışları

07 Noyabr 2026 16:17see257

İllər sonra yenidən görüşdülər (Foto)

07 Noyabr 2026 21:22see256

Uşaqlıq xatirələri həyatımıza yön verir

07 Noyabr 2026 14:10see249

Foreign Affairs: Çin özünü çıxılmaz vəziyyətə salır...

07 Noyabr 2026 20:05see247

Türkiyəli məşhur müğənni Bakıya gəlir

08 Noyabr 2026 01:01see240

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see237

Tarixi Zəfərin yol açdığı möhtəşəm Qayıdış

07 Noyabr 2026 13:35see220

Mustafa Ceceli də Bakıya gəlir konsert verəcək...

08 Noyabr 2026 05:05see218

Azərbaycanlı müğənni qabırğasının qığırdağını burnuna köçürtdü (Video)

08 Noyabr 2026 10:24see211

“Qodzilla” ABŞ kinoteatrlarında 31 milyon dollar gəlir əldə edib

08 Noyabr 2026 03:43see200
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri