Icma.az
close
up
RU
Qarabağ “DOST Evi”nə daha 21 benefisiar qəbul edilib

Qarabağ “DOST Evi”nə daha 21 benefisiar qəbul edilib

Azertag saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Bakı, 17 dekabr, AZƏRTAC

DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin Bərdədə yerləşən Qarabağ “DOST Evi” şöbəsinə növbəti qəbul prosesi keçirilib. Qiymətləndirmə Komissiyası tərəfindən üç həssas kateqoriyadan olan 21 yeni benefisiar müəssisədə təlimlərə cəlb edilib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, onlar Qarabağ “DOST Evi”ndə təsviri incəsənət, floristika, xalçaçılıq və musiqi istiqamətləri üzrə təlimlərdə bacarıqlarını təkmilləşdirəcəklər. Bununla da, müəssisədə xidmətlərdən yararlanan benefisiarların sayı 72 nəfərə çatıb.

Qarabağ “DOST Evi”ndə, həmçinin kulinariya, toxuma, tikmə və bədii oyma üzrə üzrə təlimlər keçirilir. DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində təlim müddətini uğurla tamamlayan 4 benefisiar hazırda şöbədə təlimçi kimi fəaliyyətini davam etdirir.

Müəssisə Bərdə və ətraf rayonlarda yaşayan əlilliyi olan şəxslər, şəhid ailələrinin üzvləri, müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər və onların övladları, valideynlərini itirmiş və ya valideyn himayəsindən məhrum olmuş uşaqlar, aztəminatlı ailələrin üzvlərinin yaradıcılıq potensiallarını inkişaf etdirməsinə dəstək göstərir.

Bölgənin həmin kateqoriyadan olan sakinləri DOST mərkəzləri və ya Sosial Xidmətlər Agentliyinin yerli nümayəndəliklərinə müraciət edərək Qarabağ “DOST Evi”nin xidmətlərindən faydalanmaq üçün qeydiyyata alına bilərlər.

DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin rəsmi sosial media hesabları və "142" Çağrı Mərkəzinə müraciət edərək əlavə məlumat almaq mümkündür.

-1 / 5

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:152
embedMənbə:https://azertag.az
archiveBu xəbər 17 Dekabr 2025 17:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Mənzil almazdan əvvəl bunu bilməlisiniz Hansı evlər dəyər itirə BİLƏR?

26 Sentyabr 2026 13:31see271

Tiflisdə qazıntı: türklərə aid şəhər tapıldı, dərhal bağladılar...

26 Sentyabr 2026 13:43see221

Ceyhun Bayramov Nyu Yorkda 37 ikitərəfli görüş keçirib, 17 sənəd imzalanıb

27 Sentyabr 2026 00:00see215

Kaylinin şousu diqqət çəkdi

26 Sentyabr 2026 12:09see213

Klopp Adeyemini müdafiə etdi: “Onun oyununu bəyənirəm”

27 Sentyabr 2026 01:04see210

5 yaşlı qız uşağı dişinin müalicəsindən sonra vəziyyəti pisləşərək ölüb

27 Sentyabr 2026 08:13see209

Dünyada nadir rast gəlinir: “Vampir xəstəliyi” nədir?

27 Sentyabr 2026 02:04see209

Kara Haydar ın maşınlarından dəstə dəstə pullar çıxdı

26 Sentyabr 2026 14:34see206

Bu nazirliyin işçilərinə süni intellekt öyrədiləcək

26 Sentyabr 2026 15:44see204

182 metr Dünyanın ən hündür abidəsi kimə həsr olunub?

26 Sentyabr 2026 14:07see204

SOCAR və Apollo upstream layihələrinə investisiya imkanlarını araşdıracaq

26 Sentyabr 2026 15:01see202

Barselona onun üçün 80 milyon avro ödəyəcək?

26 Sentyabr 2026 23:57see200

“Təzə ata olmuşdu, qucağımda şəhid oldu” VİDEO

27 Sentyabr 2026 01:31see198

İspaniya millisi rekord vurdu məğlubiyyətsizlik seriyasını 39 matça çatdırdı

27 Sentyabr 2026 01:20see197

Kristian Unteanu: Azərbaycan yeni regional enerji arxitekturasında mühüm mövqe qazanır

26 Sentyabr 2026 15:04see193

Səssiz irəliləyən xərçəng növü İlk əlamətləri bunlardır

26 Sentyabr 2026 14:14see193

Qeyri neft qaz ixracında rekord artım

26 Sentyabr 2026 16:29see191

SOCAR TotalEnergies ilə karbon emissiyalarının azaldılmasında birgə fəaliyyət göstərəcək

26 Sentyabr 2026 14:45see190

Azərbaycan ən çox investisiyanı hansı ölkələrə yatırıb?

26 Sentyabr 2026 15:30see185

İlham Əliyev Aleksandr Oşpelt ilə görüşüb FOTOLAR

26 Sentyabr 2026 16:45see173
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri