“Qarabağ” düşən qol imkanlarından istifadə edə bilsə, qələbə qazanacaq”
Icma.az, futbolpress-az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
“Qarabağ” Avropa Liqasının Liqa mərhələsinin VI turunda bu gün “Elsfborq”un qonağı olacaq. İsveçdə baş tutacaq görüşə saat 00:00-da start veriləcək.
Azərbaycan yığmasının sabiq futbolçusu Ceyhun Sultanov “FutbolPress”ə açıqlamasında matçdan gözləntilərini bölüşdü:
“İkiqat ağır oyun olacaq. “Elfsborq” soyuqda oynamağa öyrəşib, üstəlik “Qarabağ”ın müdafiəsində problemlər var. Buna baxmayaraq, “Qarabağ”ın özünəməxsus oyun üslubu var və dominant futbol oynayır. “Qarabağ” düşən qol imkanlarından istifadə edə bilsə, qələbə qazanacaq. Alınmazsa, çətin olacaq. Çünki belə komandalar sürətli əks-hücumlarla oynaya bilir. “Qarabağ”a uğurlar arzu edirəm. İnanıram ki, bu gün qələbə qazanacağıq. Bir də əsas məqam odur ki, bəxt də bizdən yana olsun”.
Şahin Cəfərov
12 Dekabr 2024, 10:00
11 Dekabr 2024, 21:58
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:89
Bu xəbər 12 Dekabr 2024 13:16 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















