Icma.az
close
up
RU
Qarabağ erməniləri ilə bağlı mühüm gəlişmə pasportlarda...

Qarabağ erməniləri ilə bağlı mühüm gəlişmə pasportlarda...

Turkstan.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Ermənistanda Qarabağdan köçmüş ermənilərə “doğum yeri” qrafasında ölkə kimi “Azərbaycan”ın göstərildiyi yeni pasportların verilməsinə başlanıb. Ölkənin Daxili İşlər Nazirliyinin “Sputnik Armeniya”ya şərhində qeyd edilir ki, sənədlər Beynəlxalq Mülki Aviasiya Təşkilatının (ICAO) standartlarına uyğun işlənir. Həmin standartlar yalnız bu təşkilat tərəfindən tanınan coğrafi adları legitim hesab edir. Həmçinin bildirilib ki, beynəlxalq standartlara əməl olunmazsa, vətəndaşlar sərhədləri keçməkdə problemlə üzləşə bilərlər. Bəzi məlumatlara görə, Qarabağdan köçən ermənilərin çoxu artıq Ermənistandan da gedib.

Xatırladaq ki, hələ ötən ilin sonunda yayılan rəsmi məlumata əsasən, Qarabağdan gedən 5500-dən çox erməni Ermənistan vətəndaşlığını qəbul edib. Ermənistan Daxili İşlər Nazirliyinin Miqrasiya və Vətəndaşlıq Xidmətindən məlumat verilib. Onların sayı getdikcə artır. Bu da həmin şəxslərin geri qayıtmamaq niyyətindən irəli gəlir. Aprelin 1-dən Ermənistan hökuməti Qarabağdan olan ermənilərə qısamüddətli yardım proqramlarını davam etdirməyi dayandırıb.

“Tert Armenia” yazıb ki, onlar sənəddə doğum yeri hissəsinə “artsax” yazılmasını gözləyiblər. Nəşr məsələ ilə bağlı Ermənistan Daxili İşlər Nazirliyinə müraciət edib və niyə bu addımın atıldığını soruşub. “Şəxsiyyəti təsdiq edən sənədlərdə məlumatların qeydi beynəlxalq standartlara uyğun həyata keçirilir. Müasir texnologiya ilə oxuna bilən şəxsiyyət/səyahət sənədlərinin verilməsi sahəsi ICAO (Beynəlxalq Mülki Aviasiya Təşkilatı) 9.303 standartı ilə tənzimlənir. Yəni pasportlarda doğum yeri beynəlxalq coğrafi vahidlərə görə müəyyən edilir. Beynəlxalq qaydalar çərçivəsində təsdiq olunmayan hər hansı detal vətəndaşa sərhəd-keçid məntəqəsində problem yaradır”, - nazirliyin cavabında qeyd olunub.

Bundan əvvəl pasportlarında qondarma “artsax”ın adının qeyd olunduğu şəxslərlə bağlı Ermənistan Miqrasiya Xidmətində çox sayda ölkələrdən şikayətlərin daxil olduğu, həmin adın beynəlxalq səviyyədə tanınmadığı bildirilib. Ermənistan 2022-ci ildə rəsmi şəkildə Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanıyıb və sənəd imzalayıb. Yeri gəlmişkən, bu günlərdə ABŞ-dakı erməni diasporunun bir sıra fəalları Qarabağda guya “etnik təmizləmə”yə görə Azərbaycanın “məsuliyyətə cəlb edilməsi”, Bakıya qarşı sanksiyaların tətbiqi üçün konqresmenlərlə görüşüblər. Azərbaycan rəsmilərinə qarşı “Maqnitski Aktı”nın tətbiqini xahiş ediblər. Və diqqət: Qarabağdan könüllü köçmüş ermənilərin sayını “üfürərək” 150 minə (!) çatdırıblar. Bu rəqəmi Ermənistan belə səsləndirməyib. Düşmən ölkə iddia edir ki, Qarabağdan guya 120 min erməni köçüb. Ancaq onların sayının 30-40 min olduğu bildirilir.

Bəs hazırda Qarabağ ermənilərinin pasportunda doğum yeri kimi Azərbaycanın göstərilməsinin ərazi bütövlüyü və suverenliyimiz baxımından önəmi nədən ibarətdir? Bunun hansı xeyri və ya ziyanı ola bilər?

Siyasi və Hüquqi Araşdırmalar Mərkəzinin rəhbəri Xəyal Bəşirovun “Yeni Müsavat”a bildirdiyinə görə, əslində Qarabağ erməniləri zamanında fürsəti dəyərləndirə bilsəydilər, indi pasportlarında nəinki doğulduğu yer, yaşadığı ərazi də Azərbaycan yazılacaqdı. Onun sözlərinə görə, həmin şəxslər düzgün seçim etmədi və indi Ermənistanın, həmçinin bəzi xarici qüvvələrin əlində qalıblar: “Hazırda Ermənistan bu addımı könüllü atmayıb. Əvvəl pasportlarda doğulduğu yer "artsax" qeyd olunurdu, bu da problem yaradır. Ona görə Azərbaycan göstərməyə məcburdurlar. Çünki Beynəlxalq Mülki Aviasiya Təşkilatının tələblərinə riayət olunmalıdır. Əks təqdirdə, xaricə səfər edən həmin ermənilər problemlə üzləşə bilər. Yəni ya onları sərhəddən buraxmayacaqlar, yaxud da qayıdarkən çətinliklər meydana gələcək".

X.Bəşirov hesab edir ki, Ermənistanın baş naziri hələ Praqa görüşündə, daha sonra Soçi danışıqlarında yazılı bəyanatla Qarabağın Azərbaycana aid olduğunu təsdiq edib: “Bu da ərazi bütövlüyümüzün beynəlxalq səviyyədə tanınmasını Ermənistan üçün də bir öhdəlik kimi formalaşdırdı. İndi isə Ermənistanın uydurduğu toponimlər, "artsax" sözü keçərli deyil, beynəlxalq miqyasda da heç zaman qəbul olunmayıb. Ümumilikdə isə onların Azərbaycan ərazisində doğulub Ermənistan vətəndaşlığı alması prosedurunu da necə keçdikləri hələ açıq məsələ olaraq qalmaqdadır".

Siyasi şərhçi Qədir Aslanın sözlərinə görə, Qarabağ ermənilərinə Azərbaycan doğumlu pasportların verilməsi xoş olduğu qədər naxoşdur: “Çünki onlar savaşdan sonra çalışırdı ki, bizim Ermənistan doğumlu vətəndaşların təbii hüquqlarına dair təşəbbüsümüzün qarşısına əks arqument olaraq Azərbaycan doğumlu ermənilərin hüquqlarını qoysunlar. Indi bunu edə biləcəkləri hüquqi müstəvinin bazisini yaradırlar desək, yanılmarıq”. Bununla belə, ekspertin fikrincə, sülh sənədi imzalanmasa, bu “xına” başqa rənglər də ala bilər: “Əsas odur ki, "Dağlıq Qarabağ","artsax" kimi qondarma vahidlər və yer adları artıq həm də Ermənistanın hüquqi sənədlərindən tədricən rədd olur". /yenisabah.az/

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:114
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 10 Aprel 2025 09:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see258

Sülh Şurası BMT yə alternativ olacaq?

23 Yanvar 2026 20:16see242

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see234

“Xocalı: şahidlər danışır” kitabı qırğız dilində işıq üzü görüb

23 Yanvar 2026 18:54see189

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see187

Adam qələmi atıb, qaçmaz, Şərif Ağayar! Emil Rasimoğlu yazır...

23 Yanvar 2026 13:53see185

Göyçayda sahibkarın 5 milyonluq soyuducu anbarı 35 minə hərraca çıxarıldı VİDEO

23 Yanvar 2026 14:10see183

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see178

Napoli nin hücumcusu əməliyyat ola bilər

23 Yanvar 2026 14:48see177

Kevin Yakob “Qarabağ”ın transfer siyahısına düşüb

23 Yanvar 2026 18:15see171

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see161

Kriminal həyat tərzini təbliğ edən 954 sayt bloklanıb

23 Yanvar 2026 16:40see155

Tramp Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyana təşəkkür edib

24 Yanvar 2026 04:20see152

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see151

Neftçalada bir ailə qəzaya düşdü, yeniyetmə oğul öldü

24 Yanvar 2026 16:04see148

Rusiya: Ukrayna ordusu Donbas bölgəsini tərk etməlidir

23 Yanvar 2026 15:18see146

İtaliya A Seriyası: İnter rəqibini qol vurmağa peşman etdi

24 Yanvar 2026 02:53see146

Donald Trampdan İlham Əliyevlə bağlı təşəkkür paylaşımı

24 Yanvar 2026 06:04see143

Andrey Demçenko: İmişli də eyni şərtlərdə oynayırdı

23 Yanvar 2026 17:28see143

Azərbaycan Trampın yaratdığı Sülh Şurasında qərar verən qlobal aktora çevrilir

24 Yanvar 2026 02:53see140
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri