UNEC QS Beynəlxalq Ticarət Reytinqində Qafqazın birincisi oldu! FOTO
Unikal.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
QS Beynəlxalq Ticarət Reytinqləri MBA 2026 (QS International Trade Rankings MBA/Masters 2026) açıqlanıb.
"Unikal" xəbər verir ki, Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) bu nüfuzlu reytinqdə Azərbaycan və Qafqaz regionu üzrə birinci, dünya miqyasında isə 56-cı yerə yüksəlib.
QS Beynəlxalq Ticarət Reytinqləri dünyada Qlobal Biznes və Ticarət üzrə ən yaxşı magistr proqramlarını müəyyən edir və əsas diqqəti ticarət yönümlü tədris məzmununa yönəldir.
Ticarət proqramının məzmunu göstəricisinə görə UNEC London İqtisadiyyat Məktəbi (LSE) və Warwick Universiteti kimi aparıcı ali məktəbləri geridə qoyaraq dünyanın ilk 20 universiteti sırasında qərarlaşıb.
Məzun nəticələri üzrə də UNEC-in göstəricisi yüksəkdir — 82.8 bal. Məzunların işlə təmin olunma faizi 89.5% təşkil edir ki, bu nəticə ilə UNEC LSE və Warwick-dən üstün mövqeyə yüksəlib.
İnnovativ tədris (“Experiential Learning”) alt indikatoru üzrə isə UNEC-in tədris metodikası Tsinghua və LSE kimi dünyanın aparıcı universitetləri ilə eyni səviyyədə qiymətləndirilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:51
Bu xəbər 24 Oktyabr 2025 09:55 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















