Səudiyyə Ərəbistanı və Rusiya vizasız rejim haqqında saziş imzaladı
Redaktor.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Səudiyyə Ərəbistanı ilə Rusiya arasında vizasız rejimin təşkil edilməsinə dair razılıq əldə olunub.
Redaktor.az xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanı Xarici İşlər Nazirliyinin açıqlamasında deyilir.
“Səudiyyə Ərəbistanı Krallığı ilə Rusiya arasındakı əla münasibətlər çərçivəsində iki dost ölkənin vətəndaşlarının qarşılıqlı vizadan azad edilməsini nəzərdə tutan bir saziş imzalanıb. Saziş hər iki ölkə arasındakı inkişaf etmiş tərəfdaşlığın dərinliyini əks etdirir, humanitar ünsiyyətə daha geniş imkanlar açır və turizm, iqtisadiyyat və mədəniyyət sahələrində mübadilə imkanlarını dəstəkləyir.”, - açıqlamada deyilir.
Qeyd edək ki, hər iki ölkə vətəndaşlarına 90 gün müddətinə vizasız səfər imkanı verən saziş iş, təhsil, daimi yaşayış və ya həcc məqsədilə ölkəyə gələnlərə şamil olunmur. Bu məqsədlər üçün xüsusi viza alınmalıdır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:107
Bu xəbər 03 Dekabr 2025 09:28 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















