“Qarabağ” hələ tam hazır deyil, amma çox təhlükəlidir” Oleq Dulub
Qol.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Belaruslu mütəxəssis Oleq Dulub UEFA Konfrans Liqasının 3-cü təsnifat mərhələsində “Dinamo”nun (Kiyev) “Qarabağ”a 1:0 hesabı ilə qalib gəldiyi ilk oyunu şərh edib.
QOL.az xəbər verir ki, bu barədə “Ukrainskiy futbol” nəşrinə danışan LNZ, “Çernomorets”, “Karpatı”nın sabiq baş məşqçisi bildirib ki, Bakıdakı cavab görüşündə “Dinamo”nu çətin sınaq gözləyir.
– Oleq Anatolyeviç, bilirəm ki, bu oyunu Lyublində stadiondan izləyirdiniz. “Dinamo”nun “Qarabağ”la oyunu sizdə hansı təəssürat yaratdı?
– Açığı, təəssüratlar kifayət qədər müsbətdir. Amma Nikolay Şaparenko iki qol imkanını dəyərləndirsəydi, hər şeyi həll etmək olardı. Məncə, bu oyunun gedişində 2:0 hesabı “Dinamo”nun növbəti mərhələyə yüksəlməsi üçün tam kifayət edərdi.
– İndi isə Kostyukun komandasını səfər oyunu gözləyir. Qarşıda Bakıda ən azı daha iki hissə var…
– Elədir. Orada onları kifayət qədər yaxşı komanda gözləyir. Amma hazırda “Qarabağ” hələ bir qədər "çiy"dir. Görünür ki, komandanın oyun əlaqələri çatışmır, mexanizmlər tam oturuşmayıb. Futbolçular yüksək səviyyəlidirlər, amma vəziyyət hələlik belədir. “Qarabağ”ın heyətində çoxlu yeni oyunçu var. Bununla belə, həm komandada qalan, həm də transfer olunan futbolçuların səviyyəsi kifayət qədər yüksəkdir.
Üstəlik, Lyublində meydança çox sürətli və keyfiyyətli idi. Texnikalı futbolçular üçün bu, ideal şəraitdir. Onların topla davranışı, xətlər arasına şaquli ötürmələr axtarması… Bu, kifayət qədər ciddi rəqibdir və “Dinamo”nun ilk oyunda qalib gəlməsi çox yaxşı oldu.
– Oyunun gedişinə əsasən desək, qələbə “Dinamo”nun haqqı idi? Kiyevlilər həqiqətən “Qarabağ”dan güclü idilər?
– Mən belə deyərdim: yəqin ki, bu qələbə daha çox “Dinamo”ya lazım idi. Topa sahibolma faizinə baxsaq, üstünlük “Qarabağ”ın tərəfində idi. Amma yaradılan qol epizodlarına görə “Dinamo” öndə idi.
Xüsusilə də oyunun sonlarında: əvvəlcə Şaparenkonun qapıçı ilə təkbətək çıxışı oldu, sonra isə “Dinamo”nun sol cinah oyunçusunun Ponomarenkoya ötürməsi, onun topu geri qaytarması, lakin mərkəz müdafiəçisinin ötürməni kəsməsi epizodu yaşandı. Əgər həmin ötürmə ünvanına çatsaydı, daha bir təkbətək vəziyyət yaranacaqdı.
– Görünürdü ki, “Qarabağ” “Dinamo”nun əks-hücumlarına qarşı çətinlik çəkir…
– Aşağı blokda “Qarabağ” özünü rahat hiss edir: texnikalı futbolçular sürətlə qısa paslarla oynayır, rəqibləri keçirlər. Amma orta blokda onların müdafiəçilərin arxasına təhlükəli ötürmələrlə oyunu kəskinləşdirdiyini görmədim. Nə ara zonalara, nə də zərbə üçün uyğun ötürmələr oldu. Bundan başqa, “Qarabağ” bütün standart vəziyyətləri oynayaraq həll etməyə çalışırdı, amma hava toplarında üstünlük tamamilə Kiyev “Dinamo”sunun tərəfində idi.
– Məşqçi qərarlarından danışsaq, İqor Kostyuk sizi nə iləsə təəccübləndirdi, yoxsa məhz gözlədiyiniz “Dinamo”nu gördünüz?
– Bilirsiniz, mənim üçün yeganə gözlənilməz məqam Rubçinskinin start heyətində meydana çıxması oldu. Qalan hər şey tam gözlədiyim kimi idi. Biz sizinlə artıq optimal heyəti müzakirə etmişdik: mərkəzdə Kendzyora – Mixavko cütlüyü, cinahlarda Dubinçak və Siç, dayaq zonasında Brajko. Buna görə məni yalnız Rubçinski təəccübləndirdi. Taktiki sxemə gəlincə isə, bu, 4-3-3 ilə 4-2-3-1 arasında bir şey idi, bəzi anlarda isə hətta 4-4-2-yə daha yaxın görünürdü.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:98
Bu xəbər 07 Avqust 2026 10:07 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















