Icma.az
close
up
RU
Qarabağ ın dəstəyə ehtiyacı var Rumıniya klubunu birlikdə yenək

Qarabağ ın dəstəyə ehtiyacı var Rumıniya klubunu birlikdə yenək

Icma.az, Fanat portalına istinadən məlumat yayır.

Avropa Liqasının Liqa mərhələsində çıxışını sürdürən "Qarabağ" sözügedən turnirdəki növbəti rəqibi ilə duel ərəfəsindədir. Ağdam təmsilçisi sabah Rumıniyanın FCSB komandasını qəbul edəcək. Təbii, Azərbaycan futbolunun beynəlxalq arenadakı ən uğurlu təmsilçisinin hər avrokubok oyunu ölkə üçün böyük idman hadisəsidir. Hamı bilir ki, yaxın keçmişdə bizlər üçün şirin xəyal kimi görünən qitəmiqyaslı turnirlərin "daimi sakin"i qələbələri ilə ölkənin UEFA-nın əmsallar cədvəlindəki mövqeyini yaxşılaşdırmaq, Avropa klubu imicini qorumaq işinin öhdəsindən layiqincə gəlir.  

Şübhəsiz, "köhlən atlar"ın bu mövsüm ilk dəfə fərqli formatda keçirilən AL-in pley-off mərhələsinə vəsiqə qazanacağı real görünmür. Əvvəlki 6 matçda yalnız 1 qələbəyə imza atan "Qarabağ" hazırda 3 xalla 33-cü pillədədir. Amma bu o demək deyil ki, ağdamlıların pley-off şansı ümumiyyətlə yoxdur. "Göy-ağlar" həm evdə FCSB, həm də 8-ci turda səfərdə "Olimpiakos" ilə oyunlarda qələbə əldə edəcəyi halda, pley-offa yüksələ bilər. 

Əsas mərkəz hücumçusu Olavio Juninyonu "Flamenqo"ya satan klubun baş məşqçisi Qurban Qurbanov kompakt futbol sərgiləyən, yetərincə təşkilatlanmış rumınlara qarşı matçda mümkün olanın ən yaxşısını etməyə çalışacaq. Klubun fəxri prezidenti Abdolbari Gözəlin vəfatı ilə əlaqədar meydana qara sarğı ilə çıxacaq Ağdam təmsilçisinin sonadək mübarizə aparacağı dəqiqdir. Juninyosuz "Qarabağ"ın sabahkı matçda azarkeş dəstəyinə çox böyük ehtiyacı var. Reallıq budur ki, FCSB ilə görüş həm fəxri prezidentini itirmiş camiə, həm də bir müddət öncə anası dünyadan köçən yarımmüdafiəçi Yassin Benzia üçün psixoloji qarşılaşmadır. Belə məqamda isə futbolçular dolu tribunalardan dəstək almalı, "biz "bitdi" demədən bitməz" prinsipi ilə ortaya böyük ruh, inanılmaz mübarizə əzmi qoymalıdırlar... 

Bu saata qədər 15 min bilet satılıb. Əvvəlki ev oyunları ilə müqayisədə şübhəsiz, azdır. Yerli futbolsevərlər mövcud durumu düzgün dəyərləndirməli,oyun günü stadionda olmağın önəmini anlamalıdırlar. FCSB əsl azarkeş olduğunu tribunalarda isbatlayanların dəstəyi sayəsində evə əliboş göndərilə bilər. Yarıboş tribunalar və mövcud biganəlik yaxşı nəsə vəd etmir.

Fanat.Az 

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:317
embedMənbə:https://fanat.az
archiveBu xəbər 22 Yanvar 2025 16:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see298

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see287

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see287

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see251

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see248

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see241

Azərbaycan hekayələri Sankt Peterburqda nəşr olunub

31 Oktyabr 2026 15:41see231

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see230

Milli Kitabxananın rəqəmsal fəaliyyəti beynəlxalq konqresdə

31 Oktyabr 2026 15:42see228

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see219

Məşhur aşpazın restoranı borca görə bağlandı

31 Oktyabr 2026 17:23see215

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see214

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see207

Əldə olunan mühüm nailiyyətlər FOTO

31 Oktyabr 2026 13:07see205

8 yaşını qeyd edir

31 Oktyabr 2026 11:14see200

Dövlət Gömrük Komitəsi maliyyə konsaltinqinə 116 min manat ayırır

31 Oktyabr 2026 13:51see197

Sürücülərin çoxu bu sarı nişanın mənasını bilmir Cərimə ilə üzləşməmək üçün diqqətli olun

31 Oktyabr 2026 01:26see188

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see182

Xalq şairinin ölməzlik abidələri

31 Oktyabr 2026 15:41see182

Röya tanınmaz obrazda (Foto/Video)

31 Oktyabr 2026 22:49see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri