Icma.az
close
up
RU
Qarabağ ın əla startının kölgədə qalması...

Qarabağ ın əla startının kölgədə qalması...

Icma.az bildirir, Qol.az saytına əsaslanaraq.

Futbolda zəif komanda anlayışı artıq illərdir aradan qalxmaqdadır. Bunu dünən İrlandiyanın "Şelburn" komandası da təsdiqlədi. Dublin təmsilçisi Avropa Liqasının 3-cü təsnifat mərhələsində Xorvatiyada "Rieka"nı məğlubiyyətə uğratdı - 2:1.
"Rieka" kimdir? Xorvatiya çempionatının son qalibi!

Bəli, həmin bu "Şelburn" o "Şelburn"dur ki, ötən ayın ikinci ongünlüyündə iki dəfə bizim "Qarabağ"la Çempionlar Liqasının 2-ci təsnifat mərhələsində 2 dəfə qarşılaşdı və hər iki matçda uduzdu - evdə 0:3, Bakıda 0:1.

Amma komanda tezliklə özünə gəlib Xorvatiya çempionuna qalib gəldi.

Deməli, bu gün hər bir rəqibi ciddiyə almaq və ona hörmətlə yanaşmaq lazımdır.

Bizim "Qarabağ" "Şelburn"dan sonra Şimali Makedoniyada yerli "Şkendiya"ya da qalib gəldi (1:0). Bu faktı qeyd etməkdə fayda var: makedonlar isə "Qarabağ"la matçdan əvvəl Rumıniya çempionu FCSB-ni mübarizədən kənarlaşdırmışdı. Onlara hər iki matçda qalib gəlməklə (2:1, 1:0).

Yadınızdadırsa, bu FCSB 2024/25 mövsümündə Avropa Liqasında "Qarabağ"ı Bakıda məğlubiyyətə uğratmışdı (3:2).

İndi "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov ötən mövsüm klub üçün uğursuz avrokubok mövsümündən sonra komandanı toparlamağa başlayır. "Qarabağ"ın özünə gəldiyini görürük. Komandanın Çempionlar Liqasındakı startını əla qiymətləndirmək olar: 3 oyun, 3 qələbə. Bu qələbələr Azərbaycanın UEFA reytinqində 1 pillə yüksəlib 28-ə yerə çatmasında vacib rol oynayıb. Klubun özünün reytinqi də bir qədər yaxşılaşıb: komanda Avropada 69-cu yerdən 65-ci pilləyə qalxıb.

Ağdam təmsilçisi artıq Konfrans Liqasının liqa mərhələsini təmin edib. Amma bu, minimum hədəf idi. Bundan sonrakı başlıca vəzifə Çempionlar Liqası, minimum məqsəd isə Avropa Liqasının liqa mərhələsidir... 

Önəmli bir detal da var. Komanda bu 3 oyunda 5 qol vurmaqla yanaşı qapısından 1 qol belə buraxmayıb. Belə yaxşı göstəriciyə təsnifat mərhələlərində iştirak edən 44 komandadan cəmi 2-si nail olub. "Qarabağ" və "Kopenhagen" (Danimarka).

Düzdür, bu uğurlu nəticəyı baxmayaraq, azarkeşlər və media tərəfindən müəyyən təzyiqlər hələ də qalmaqdadır. Bunun da yeganə səbəbi Juninyonun gedişindən sonra komandaya hələ də mərkəz hücumçusunun alınmamasıdır. Bu təzyiqlər başadüşüləndir. Azarkeş əlbəttə komandada keyfiyyətli hücumçu görmək istəyir. Gənc Nəriman Axundzadənin hücumda yaxşı ötürmələri olsa da, ələ düşən qol imkanlarından istifadə edə bilməməsi bir daha komandaya mərkəz hücumçusunun gətirilməsinin vacibliyinin ortaya qoyur.  

Lakin bizdə olan məlumata görə, uzun müddətdir ki, legioner hücumçunun alınması istiqamətində intensiv iş aparılır. Amma işi dolaşığa salan yeganə səbəb odur ki, "Qarabağ"ın istədiyi bahalı hücumçuların klubları ilə müqaviləsi var. Hətta milyondan artıq pul təklif olunmasına baxmayaraq, ya klub futbolçusunu buraxmır, ya bəzi forvardlar özü Azərbaycan liqasına gəlmək həvəsində deyillər. Qurban Qurbanov alınması mümkün olan nisbətən aşağı keyfiyyətli hücumçuların isə komandaya çox faydası dəyəcəyəni düşünmür. 
Təəssüf ki, sırf bu bircə fakt səbəbindən bu mövsüm klub tərəfindən görülən müsbət transfer işləri, hətta "Qarabağ"ın ÇL-dəki 3 oyunun 3-də qalib gəlməsi belə sosial mediada sanki kölgədə qalıb. Və nəinki kölgədə qalıb, komandanı ruhdan sala biləcək, bu 3 qələbənin sanki məhəllə klublar üzərində qazanıldığı yönündə də fikirlərə rast gəlmək mümkündür. Halbuki yuxarıda "Şelburn"un dünən Xorvatiya çempionu, "Şkendiya"nın isə daha öncə Rumıniya çempionları üzərində qələbə qazandığını qeyd etmişdik. Deməli, bu gün komandanın yanında olmaq daha vacibdir, nəinki görülən işlərdən bixəbər halda klubun, Qurban Qurbanovun və futbolçuların üzərinə getmək.

"Dinamo" Zaqrebdən icarəyə götürülən mərkəz müdafiəçisi Sami Mmaee 

Yeri gəlmişkən, Qurban Qurbanov hələ ötən mövsümün sonu demişdi ki, komandaya bir neçə yeni futbolçu gətiriləcək. Klub artıq 5 transfer həyata keçirib. Portuqaliyadan, Xorvatiyadan, İspaniyadan müdafiənin mərkəz və cinahına, dayaq yarımmüdafiəçi, hücumla yarımmüdafiəni birləşdirən pkeymeyker mövqeyinə futbolçular alınıb. 

Qalır bir hücumçu. Güman edirik ki, tezliklə o da alınacaq və komanda hücum xəttində də güclənəcək. 

Amma forvardın hələ alınmaması Qurban Qurbanovun 17 ildir bu komandada gördüyü uğurlu işlərin zədələndiyini deməyə əsas vermir.

"Qarabağ"ın baş məşqçininin sistemi saat mexanizmi kimi dəqiq işləyir. Bu mövsüm geridə qalan qələbələr, Çempionlar Liqası kimi böyuk yarışın bir addımlığında olmaq, komandanın oyundan oyuna formaya düşməsi onun isbatıdır...

İndi narazı azarkeşə qalan isə zamanı gözləyib səbr etməkdir.

ELNUR, 
QOL.az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:225
embedMənbə:https://qol.az
archiveBu xəbər 07 Avqust 2025 13:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see392

Bakı Ekspo Mərkəzdə Musa Yaqubun “İpəkyolu” nəşriyyatı tərəfindən çap olunmuş “Gül bağçası” kitabı təqdim olundu

23 Oktyabr 2026 22:09see308

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

24 Oktyabr 2026 01:51see236

Tramp saxta addan isitfadəyə görə konqresmeni istefaya çağırdı

23 Oktyabr 2026 23:46see231

Dövlət Bağçalı İlham Əliyevə təşəkkür ETDİ

23 Oktyabr 2026 22:34see220

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see213

Qazaxıstanlı filosoflar AMEA da elmi nəzəri təcrübə keçiblər

24 Oktyabr 2026 16:08see211

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see210

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see207

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see199

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see199

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see194

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see193

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see191

Piyada keçidində 3 nəfərin vurulduğu qəzanın ANBAAN VİDEOSU

24 Oktyabr 2026 15:35see190

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see181

Gəzdikcə doymadığın, ayrıldıqca darıxdığın şəhər REPORTAJ

24 Oktyabr 2026 13:48see178

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see175

Zeytunla başlayan, musiqi ilə davam edən gün Fotolar

24 Oktyabr 2026 18:13see175

Zeytun Festivalında estrada ulduzlarının konserti olub

24 Oktyabr 2026 23:08see171
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri